Məhkəmə qərarları › İş №2(053)-156/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-156/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-156/2025 24.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «doğum haqqında akt qeydinin atalığa dair hissədə ləğvi ilə bağlı» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, 11 iyun 2017-ci il təvəllüdlü X2 və 15 noyabr 2018-ci il təvəllüdlü X3 atası olmaması faktının müəyyən edilməsinə və uşaqların doğumu ilə bağlı Maraqlı şəxsndə aparılmış 209 və 397 nömrəli akt qeydlərinin onun adı ilə müəyyən edilmiş atalığa dair hissəsinə düzəliş edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdehlə 2015-2024-cü illər aralığında rəsmi nikah münasibətlərində olmuş, bu müddətdə ataları İddiaçı və anaları Cavabdeh olaraq müəyyən edilməklə 11 iyun 2017-ci il təvəllüdlü X4 və 15 noyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqlar doğulmuşdur. Ailəli olduqları müddətdə Ülkər Rahib adlı şəxslə sevgi münasibətində olmuş və bununla əlaqədar ailə münasibətlərinə faktiki xitam verilmişdir. Bu zaman Ülkər ona onun uşaqların bioloji atası olmadığını bildirmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-447/2024 nömrəli iş üzrə 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqların yaşayış yeri analarının yaşayış yeri üzrə müəyyən olunmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ondan ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bu zamana qədər hesab edib ki, 11 iyun 2017-ci il təvəllüdlü X2 və 15 noyabr 2018-ci il təvəllüdlü X3 atası deyil. Ona görə də bununla bağlı məhkəməyə müraciət etmiş və uşaqların atası olub-olmamasını müəyyən etmək istəmişdir. Çünki artıq cavabdeh 8 ildir ki, onu aldadır. Cavabdehin nümayəndəsi, vəkil Nümayəndə işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək İddiaçı iddiasının əsassız olduğunu bildirmişdir. Qeyd edir ki, iddiaçının əsl məqsədi hər vəchlə və hər cür vasitələrdən istifadə etməklə uşaqlarına görə aliment verməkdən boyun qaçırmaqdır. Cavabdeh məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğindən 15 aprel 2024-cü il tarixdən bu günədək bir manat belə olsun ödəməmiş, uşaqların saxlanılması vəzifəsindən bir valideyn kimi boyun qaçırmışdır. Nümayəndə göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Nümayəndə həmçinin qeyd edir ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh bu əsassız iddiadan müdafiə olunmaq üçün onunla 23 dekabr 2024-cü il tarixdə elektron müqavilə bağlamış və vəkil haqqı kimi 1.032 manat məbləğində pul vəsaitini Şirvan Regional Vəkil Bürosunun bank hesabına ödəmişdir. Göründüyü kimi cavabdeh iddiaçının əsassız iddia qaldırması səbəbindən kifayət qədər böyük məbləğdə xərcə məruz qalıb. İddianın əsassız olması səbəbindən rədd edilməli olduğunu nəzərə alaraq nümayəndə hesab edir ki, yuxarıda göstərilən məbləğ iddiaçıdan tutulmaqla cavabdehə ödənilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Prosessual qanunvericiliyin yuxarıda qeyd olunan və digər aidiyyəti müddəalarının tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan hal, yəni iddiaçının 11 iyun 2017-ci il təvəllüdlü X4 və 15 noyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqların bioloji atası olmaması halı iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. Bununla bağlı aşağıdakılar qeyd olunur. Maraqlı şəxs tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X4 11 iyun 2017-ci ildə Neftçala şəhərində doğulub. Arayışda uşağın atası kimi İddiaçı, anası kimi isə Cavabdeh yazılıb. Uşağın doğumu il əlaqədar Maraqlı şəxsndə doğum haqqında akt qeydləri kitabında 19 iyul 2017-ci ildə 209 nömrəsi ilə qeydiyyat aparılaraq «Doğum haqqında» şəhadətnamə verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X5 15 noyabr 2018-ci ildə Neftçala şəhərində doğulub. Arayışda uşağın atası kimi İddiaçı, anası kimi isə Cavabdeh yazılıb. Uşağın doğumu ilə əlaqədar Maraqlı şəxsndə doğum haqqında akt qeydləri kitabında 06 dekabr 2018-ci ildə 397 nömrəsi ilə qeydiyyat aparılaraq «Doğum haqqında» şəhadətnamə verilmişdir. Məhkəmənin 26 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: «Hüquqmüəyyənedici sənədlər üzrə atalığı onun, yəni İddiaçı adı ilə müəyyən edilən 11 iyun 2017-ci il təvəllüdlü X4 və 15 noyabr 2018-ci il təvəllüdlü X1 əldə edilən bioloji materialdan təcrid olunan DNT onunla eynilik təşkil edirmi?». Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin eksperti tərəfindən 17 mart 2025-ci ildə verilmiş 40/2025-MTBŞ nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış GlobalFiler™ İQC PCR Amplification Kit reaktiv dəstinə daxil olan 24 müxtəlif STR lokusdan 24-ü (cədvəl 1, 1-24 saylı STR lokuslar) üzrə uşaqlar X4 (Cl), X5 (C2) ilə güman olunan ata İddiaçı arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır (cədvəl 2): Testin keçirilməsi üçün götürülən 24 STR lokusdan 24-ü (1-24 saylı STR lokuslar) üzrə təyinat aparmaq mümkün olmuşdur (cədvəl 2). Nəticələrin etibarlı hesab olunduğu 21 (1- 21 saylı STR lokuslar) autosom STR lokusların hər biri üzrə uşaqların (Cl və C2) və ananın (M) DNT profillərində tam şəkildə uyğunluq aşkarlanmışdır. 2 saylı cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 21 (1-21 saylı STR lokuslar) autosom STR lokusların hər biri üzrə testdə iştirak edən uşaqların (Cl və C2) və güman olunan atanın (F) DNT profillərində də ən azı bir ortaq allel aşkarlanmışdır (cədvəldə xüsusi sütunda uşaqların güman olunan ataya - F-ə nəzərən obliqat allelləri göstərilmiş və «uyğundur» kimi qiymətləndirilmişdir). Amelogeninlə nəticələr reallığa uyğun gəlmişdir testə uğradılan uşaqların hər ikisi (Cl və C2) qızdır. Cinsi xromosomda yerləşən digər iki kontrol lokus (22 saylı DYS391 və 23 saylı Yindel STR lokusları) üzrə də nəticələr də bunu təsdiqləmişdir (həmin lokuslar üzrə spesifik allellər aşkarlanmamışdır). Testə uğradılan şəxslərin genotiplərində cəmi bir halda (D10S1248 STR lokusu üzrə) tam homoziqotluq aşkar edilmişdir. Həmin lokus da nəzərə alınmaqla testin keçirilməsində istifadə olunan 21 autosom STR lokusdan cəmi üç halda (D18S51, D19S433 və D10S1248 STR lokusları üzrə) təkcə ananın, dörd halda (D16S539, CSFİPO, D19S433 və D10S1248 STR lokusları üzrə) təkcə birinci uşağın (Cl), dörd halda (D8S1179, D2S441, D22S1045 və D10S1248 STR lokusları üzrə) təkcə ikinci uşağın (C2) və səkkiz halda (CSF1PO, D18S51, D22S1045, D13S317, SE33, D10S1248, D1S1656 və D2S1338 STR lokusları üzrə) isə güman olunan atanın genotiplərində homoziqot allellər aşkar olunmuşdır. Tam homoziqotluğun həddən artıq kiçik (cəmi 1 hal) və testə uğradılan şəxslərdə daxili homoqizotluğun həddən artıq aşağı olması (anada 3, uşaqların hər birində 4, güman olunan atada 8 hal) testin nəticələrini yüksək dərəcədə etibarlı edir. Beləliklə, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaqlar (Cl və C2) arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X4 və X5 adlı uşaqların bioloji atası olması təsdiq olundu». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən «Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar ». Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər ». Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin eksperti tərəfindən 17 mart 2025-ci ildə verilmiş 40/2025-MTBŞ nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı 11 iyun 2017-ci il təvəllüdlü X4 və 15 noyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqların atasıdır. Məhkəmə işin faktik hallarını nəzərə alaraq yuxarıda qeyd olunan ekspert rəyini iş üzrə mötəbər sübut kimi qiymətləndirir. Beləliklə, iddiaçı tərəf Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad olunan maddəsi və s. aidiyyəti müddəaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsini icra etməmiş, yəni iddiasının əsası kimi istinad etdiyi halı (İddiaçı 11 iyun 2017-ci il təvəllüdlü X4 və 15 noyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqların atası olmaması halını) sübuta yetirə bilməmişdir. Belə olan halda, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların doğum haqqında akt qeydlərində düzəliş aparılması üçün də heç bir qanuni əsas yoxdur. Ona görə də iddia bütövlükdə rədd olunmalıdır. İddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəyib. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin 19 mart 2025-ci il tarixli 9/256 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasına 2.500 manat məbləğində pul xərcləyib. İş materiallarından həmçinin görünür ki, hazırkı işlə əlaqədar olaraq Cavabdeh ilə Şirvan Regional Vəkil Bürosu arasında 23 dekabr 2024-cü il tarixində EM-700VK- 18478/24 nömrəli müqavilə bağlanmış, bu müqaviləyə əsasən cavabdeh tərəf vəkil bürosuna 1.032 manat məbləğində pul ödəmişdir. Göstərilən müqaviləyə əsasən vəkil Nümayəndə cavabdehin hazırkı iş üzrə hüquqlarının müdafiəsini həyata keçirib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 115.0.1 və 115.0.6-cı maddələrinə əsasən “şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər”, habelə “vəkillərə etdikləri kömək üçün ödənilən xərclər” işə baxılması ilə əlaqədar məsrəflərə daxildirlər. Eyni Məcəllənin 121.1-ci maddəsinə əsasən “Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır”. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Yuxarıda qeyd olunduğu kimi iddiaçının məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəməsi, habelə ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasına 2.500 manat məbləğində pul xərcləməsi iş materialları ilə təsdiq olunur. Məhkəmə eyni zamanda Cavabdeh göstərilmiş hüquqi yardıma görə Şirvan Regional Vəkil Bürosuna 1.032 manat məbləğində pul ödədiyini qeyd etməklə yanaşı, işin konkret hallarını nəzərə alaraq hesab edir ki, göstərilən məbləğ ağlabatan sayıla bilməz. Məhkəmə işin faktik hallarını və Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, müvafiq məbləğ 600 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın tam rədd olunduğunu nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbini rəhbər tutaraq hesab edir ki, dövlət rüsumunun ödənilməsinə və ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasına xərclənmiş məbləğlər iddiaçının özünə aid edilməlidirlər. Bununla yanaşı, vəkilin hüquqi yardımına görə cavabdeh tərəfindən ödənilmiş 1.032 manat məbləğində pulun 600 manatlıq hissəsi iddiaçıdan tutularaq cavabdehə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «doğum haqqında akt qeydinin atalığa dair hissədə ləğvi ilə bağlı» iddiası rədd edilsin. Məhkəməyə müraciət olunması üçün İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş, habelə ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasına sərf olunmuş pul məbləğləri iddiaçının özünə aid edilsinlər. Vəkil Nümayəndə göstərdiyi hüquqi yardıma görə ödənilmiş pul məbləğinin 600 (altı yüz) manatlıq hissəsi İddiaçı alınaraq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar