Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1650/2025 25.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X3 və X13 qızının katibliyi, İddiaçı nümayəndəsi (anası) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26 sentyabr 2020-ci il təvəllüdlü X5 və 22 mart 2022-ci il təvəllüdlü X1 üçün qazancın, əmək haqqının və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti üzrə toy edərək ailə qurmuş və 06 avqust 2018-ci il tarixdə Neftçala rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 26 sentyabr 2020-ci il təvəllüdlü X8 və 22 mart 2022-ci il təvəllüdlü X9 adlı uşaqları doğulub. Nikah dövründə xasiyyətləri uyğun gəlməmiş, aralarında narazılıqlar yaranmışdır. Artıq birgə yaşamaqları mümkün deyil. Faktiki olaraq bir neçə müddətdir ki, ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh onlarla maraqlanmayıb. Hesab edir ki, cavabdeh bir ata kimi uşaqlarını saxlamağa borcludur. Cavabdeh hərbiçidir və N saylı hərbi hissədə işləyir. İddiaçı nümayəndəsi (anası) X4 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, tərəflər artıq 3 aydan çoxdur ki, ayrı yaşayırlar və cavabdeh də ailəsinə baxmır. Cavabdeh hərbiçidir və normal əmək haqqı alır. Bu səbəbdən uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb edir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edildiyinə baxmayaraq gəlmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı və cavabdeh arasında 06 avqust 2018-ci ildə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı «Ağalarova» olub. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, X8 26 sentyabr 2020-ci ildə, X9 isə 22 mart 2022-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İddiaçının nümayəndəsinin bildirdikləri ilə müəyyən olunur ki, uşaqlar hazırda iddiaçının yanında qalırlar. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, Cavabdeh N nömrəli hərbi hissədə işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay «2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi» miqdarında aliment tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktik hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, 26 sentyabr 2020-ci il təvəllüdlü X5 və 22 mart 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının (və ya başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 18 noyabr 2025-ci ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 26 sentyabr 2020-ci il təvəllüdlü X5 və 22 mart 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Aliment 18 noyabr 2025-ci il tarixindən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1650/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1650/2025
25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver