Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-203/2023 16.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları – 20 oktyabr 2015-ci il təvəllüdlü X2 və 28 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay üzrə alimentin hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində mediasiya üçün müraciət etdiyi vaxtdan tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16 mart 2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, uşaqları - 20 oktyabr 2015-ci il təvəllüdlü X2 və 28 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay üzrə alimentin hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində mediasiya üçün müraciət etdiyi vaxtdan tutulmasının müəyyən edilməsini, ona görə də iddia tələbinin həcmini azaldaraq aşağıdakı məzmunda qəbul edilməsini xahiş etmişdir: «Cavabdeh 20 oktyabr 2015-ci il təvəllüdlü X2 və 28 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılsın». İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə 16 mart 2015-ci ildə nikah bağladığını, birgə ailə münasibətlərindən 20 oktyabr 2015-ci il tarixdə X4 və 28 fevral 2019-cu il tarixdə X3 adlı uşaqlarının doğulduqlarını bildirmişdir. Ailə münasibətləri bir müddət normal olmuş, lakin sonradan cavabdehin ona və uşaqlara qarşı münasibəti dəyişmişdir. Belə ki, cavabdeh hazırda ailənin, o cümlədən uşaqların maddi vəziyyəti ilə maraqlanmır, uşaqların saxlanması üçün ona maddi kömək etmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi iddianı qismən qəbul edərək bildirmişdir ki, oğlu Cavabdeh hazırda işsizdir. İşsizliyi ilə bağlı müvafiq sənədləri təqdim etmişdir. Eyni zamanda oğlu xəstədir. İş olanda gücü çatdığı işlərə gedərək fəhlə kimi işləyir. Bu səbəbdən Cavabdeh hər ay bir uşağa üçün 90 manat olmaqla, cəmi 180 manat məbləğində aliment ödəyə bilər. Uşaqlarına aliment ödəməsinə etirazı yoxdur, lakin iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək imkanı yoxdur. Başqa hər hansı bir qazancı yoxdur. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməlidir. Nikah qeydi barədə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, iddiaçı və cavabdeh arasında 16 mart 2015-ci il tarixdə 66 saylı akt qeydi ilə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı “Kərimova” olub. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X4 20 oktyabr 2015ci il tarixdə, X3 28 fevral 2019-cu il tarixdə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.2-ci maddəsinin mənasına görə 2 uşağa görə aliment qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulur. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını, uşaqların maraqlarını nəzərə alaraq 20 oktyabr 2015-ci il təvəllüdlü X2 və 28 fevral 2019cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni hər ay hər bir uşağa görə 110 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 01 fevral 2023-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2640 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 46,40 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh uşaqları – 20 oktyabr 2015-ci il təvəllüdlü X2 və 28 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 110 (yüz on) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 01 fevral 2023-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 46 (qırx altı) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-203/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-203/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver