Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-227/2023 06.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment, xəstəliyinin müalicəsi üçün və dərman preparatlarının alınması üçün 100 manat əlavə xərc olmaqla, ümumilikdə 200 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh onun oğlu olduğunu bildirmişdir. «Şəkərli diabet, Tip 2, orta ağır forma. Hipertoniya xəstəliyi İİİ mərhələ. ÜİX, stabil formalı gərginlik stenokardiyası İİİ fs. Prostat vəzin hiperplaziyası. OUdiabetik retinopatiya, qeyri-proleferativ faza. OU-Artifakiya. Diabetik polineyropatiya» diaqnozları ilə xəstədir. Hazırda tənha yaşayır və 270 manat aylıq pensiyadan başqa heç bir gəliri yoxdur. Aldığı aylıq pensiya məbləği isə onun dava-dərmanlarına belə çatmır. Ona görə də maddi yardıma ehtiyacı var. Bu səbəbdən cavabdehdən ona maddi köməklik göstərməsini xahiş etsə də, cavabdeh onun xahişini nəzərə almamış, ona hər hansı bir yardım etməmişdir. Halbuki «Neftçala RMX» PHŞ-da bölmə müdiri vəzifəsində işləyən cavabdehin buna yetərli imkanı vardır. Hal-hazırda apteklərə borclu qalması səbəbindən heç bir aptekdən müalicəsi üçün lazım olan dərmanları ala bilmir. Qeyd edilən səbəblərə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Məhkəməyə hazırkı iddia ilə müraciət etməzdən əvvəl mediatora da müraciət etmiş, lakin məsələ mediasiya səviyyəsində də həllini tapa bilməmişdir. Hesab edir ki, Cavabdeh ona hər ay 100 manat sabit pul məbləğində aliment və bununla yanaşı xəstəliyi ilə əlaqədar müalicəsi və dərmanları üçün 100 manat əlavə xərc ödəməsi maddi baxımdan faktiki olaraq mümkündür. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı onun atasıdır. O, özü ailənin yeganə oğul övladıdır. Atası ilə X1nın arasında olan nikah pozulmuşdur. Hazırda anası onunla birlikdə, atası isə onlardan ayrı yaşayır. Ehtiyacı olan valideynlərin saxlanmasının və onlara qayğı göstərilməsinin, lazım gəldiyi halda maddi yardım göstərilməsinin övladlar üçün qanunla müəyyən edilmiş vəzifə borcu olduğunu başa düşür. Lakin buna onların maddi imkanları yol verməlidir. Qeyd edir ki, «Neftçala RMX» PHŞ-da Texniki dəstək bölməsində bölmə müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı cəmi 555,31 manatdır. İki azyaşlı uşağı və yaşlı anası onun himayəsindədirlər. Uşaqlardan biri – 04 iyul 2016-cı il təvəllüdlü İddiaçı «Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş epilepsiya. Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu» diaqnozu ilə xəstədir və «Neftçala RMX» PHŞ-da həkimnevropatoloqun dispanser qeydiyyatındadır. X1 isə İİ qrup əlildir və «Keçirilmiş serebral araxnoiditin qalıq əlamətləri. Qıcolma tutmaları və asteno nevrotik vəziyyət. Hipertoniya xəstəliyi İİ mərhələ. Şəkərli diabet TİP 2» diaqnozu ilə «Neftçala RMX» PHŞ-da dispanser qeydiyyatındadır. Uşağının və anasının daim müalicəyə ehtiyacı, həmçinin ailənin ümumi olaraq maddi tələbatları vardır. Arvadı 491 manat əmək haqqı, anası isə minimum məbləğdə pensiya alır. Başqa hər hansı bir qazancları yoxdur. Ümumi gəlirləri yuxarıda qeyd edilən səbəblərdən ailənin maddi tələbatının yetərincə qarşılanmasına kifayət etmir. Digər tərəfdən 2022-ci ildə həyat yoldaşı X5 zaminliyi ilə ASC «Xalq» Bankının «Neftçala» filialından 3 il müddətinə ödənilməsi şərtilə 6.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit öhdəliyinə əsasən hər ay 202,16 manat məbləğində ödəniş etməlidir. Buna baxmayaraq, o, iddiaçıya 50 manat məbləğində maddi köməklik göstərə bilər. İddiaçının ondan tələb etdiyi 200 manat isə onun maddi imkanına uyğun məbləğ deyil. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 29 avqust 1986-cı ildə doğulmuşdur. Şəhadətnamənin «Atası» qrafasında İddiaçı qeyd edilmişdir. «Neftçala rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli 1834 nömrəli arayışdan görünür ki, İddiaçı «Şəkərli diabet, Tip 2, orta ağır forma. Hipertoniya xəstəliyi İİİ mərhələ. ÜİX, stabil formalı gərginlik stenokardiyası İİİ fs. Prostat vəzin hiperplaziyası. OU-diabetik retinopatiya, qeyri-proleferativ faza. OU-Artifakiya. Diabetik polineyropatiya» diaqnozu ilə xəstədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində DSMF X12 2 saylı X2 Neftçala rayon qəbul şöbəsi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin tabeliyində Fondun 2 saylı X2 Neftçala qəbul şöbəsindən ömürlük yaşa görə 358,87 manat məbləğində əmək pensiyası alır. Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli 709 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.1995-ci il təvəllüdlü həyat yoldaşı X8 və uşaqları - xx.xx.2016-cı il təvəllüdlü İddiaçı və xx.xx.2019-cu il təvəllüdlü X6 olmaqla, 4 nəfərdən ibarət ailə üzvləri vardır. «Neftçala rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli 286 nömrəli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü İddiaçı «Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş epilepsiya. Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu» diaqnozu ilə xəstədir və «Neftçala RMX» PHŞ-da həkim-nevropatoloqun dispanser qeydiyyatındadır. «Neftçala rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli 287 nömrəli arayışdan görünür ki, X4 «Keçirilmiş serebral araxnoiditin qalıq əlamətləri. Qıcolma tutmaları və asteno nevrotik vəziyyət. Hipertoniya xəstəliyi İİ mərhələ. Şəkərli diabet TİP 2» diaqnozu ilə «Neftçala RMX» PHŞ-da dispanser qeydiyyatındadır və hazırda İİ qrup əlildir. «Neftçala rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli 326 nömrəli arayışdan görünür ki, Cavabdeh «Neftçala RMX» PHŞ-da Texniki dəstək bölməsində bölmə müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 555,31 manat təşkil edir. «Neftçala rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli 325 nömrəli arayışdan görünür ki, X8 «Neftçala RMX» PHŞ-da Sığortanın Təşkili və İnnovasiya Şöbəsində sığorta üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 491,15 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC «Neftçala» filialı ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 3 il müddətinə illik 13 faizlə, hər ay 202,16 manat ödənilməsi şərtilə 6.000 manat məbləğində kredit verilmişdir. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1, 82.2. və 82.3-cü maddələrinə əsasən «Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar», «Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur», «Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir». Eyni Məcəllənin 83-cü maddəsinə əsasən «83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. 83.2. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3 – 82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. 83.3. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını, o cümlədən cavabdehin ailə və maddi vəziyyətini, biri xəstə olan iki nəfər azyaşlı uşağı ilə yanaşı anasının da onun yanında qaldığını, kredit borcunun olduğunu, gəliri nəzərə alınmaqla iddiaçının tələb etdiyi 200 manatı ödəyəcəyi təqdirdə ailəsinin maddi cəhətdən ağır vəziyyətə düşə biləcəyini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 60 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 06 fevral 2023-cü ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh hər ay 60 (altmış) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 06 fevral 2023-cü ildən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-227/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-227/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver