Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-239/2024 29.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında 10 iyul 2007-ci il tarixdə Neftçala rayon VVADQ şöbəsi tərəfindən bağlanmış nikahdan doğulmuş uşaqları – 08 oktyabr 2014-cü il təvəllüdlü X3 və 04 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 iyul 2007-ci il tarixdə Neftçala rayon VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından 08 oktyabr 2014-cü il təvəllüdlü X5 və 04 dekabr 2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Neftçala Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli qətnaməsi əsasında pozulmuş və nikahın pozulması haqqında 14 may 2020-ci il tarixli şəhadətnamə alınmışdır. Cavabdehlə aralarında bağlanmış nikahın pozulduğu gündən o, bir dəfə də olsun ki, uşaqlarla maraqlanmamış, onlara maddi yardım göstərməmişdir. O özü çörəkbişirmə sexində işləyərək 170 manat əmək haqqı alır. Aldığı 170 manat əmək haqqı uşaqların ərzaq, geyim və məktəb ləvazimatlarının ödənilməsinə çatmır. Qanunvericiliyə əsasən uşaqdan ayrı yaşayan valideyn uşağın saxlanılmasında iştirak etməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mediatora müraciət etmiş, ilkin mediasiya iclasında iştirak edilməməsi barədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq 26 dekabr 2023-cü il tarixli MŞS/MT/628/2023/0744A saylı arayış verilmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddia ərizəsinə dəqiqləşmə haqqında ərizə təqdim edərək iddia tələbində uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən bir uşağa görə 100 manat, cəmi 200 manat alimentin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş, lakin Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X5 08 oktyabr 2014cü il tarixdə, X4 isə 04 dekabr 2016-cı ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə X1r. Neftçala Rayon Məhkəməsinin 2(053)-512/2018 nömrəli iş üzrə 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı Neftçala rayon VVADQ şöbəsi tərəfindən 10 iyul 2007-ci il tarixli nikahın bağlanması haqqında 197 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahlarından 08 oktyabr 2014-cü il təvəllüdlü X3 və 04 dekabr 2016-cı il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması müəyyən edilmişdir. “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, iddiaçı və cavabdeh arasındakı nikah ləğv edilmiş, akt qeydləri kitabında 14 may 2020-ci il tarixdə 40 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Musayeva” soyadı verilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişkən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, uşaqların əvvəlki təminat səviyyəsini saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 100 (yüz) manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10 yanvar 2024-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2.400 (iki min dörd yüz) manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 44 (qırx dörd) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh uşaqları – 08 oktyabr 2014-cü il təvəllüdlü X3 və 04 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 10 yanvar 2024-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-239/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-239/2024
29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver