Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-240/2024 20.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, uşaqları – 28 fevral 2010-cu il təvəllüdlü X3 və 26 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay 470 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə 14 aprel 2009-cu ildə nikah bağladığını, həmin nikahdan 28 fevral 2010-cu ildə X6 və 26 noyabr 2012-ci ildə X5 adlı uşaqlarının doğulduğunu bildirmişdir. Cavabdehlə 2023-cü ilin əvvəllərinədək birgə, ər-arvad münasibətlərində yaşamışlar. Ailə münasibətləri alınmadığına görə cavabdehin iddiası əsasında Neftçala Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulubdur. Uşaqları orta məktəbdə təhsil alır və onların hər ikisi onun (iddiaçının) yanındadırlar. Özü heç bir yerdə işləmədiyindən uşaqların maddi təminatını ödəməyə imkanı çatmır. İş yeri və maaşı olan cavabdehin isə uşaqları üçün aliment ödəməyə maddi imkanı vardır. Həmçinin qeyd edir ki, uşaqların saxlanmasında, onların maddi təminatlarının ödənilməsində iştirak etmək cavabdehin qanunvericiliklə müəyyən edilmiş valideynlik vəzifələrindəndir. Hesab edir ki, cavabdehdən tələb etdiyi alimentin miqdarı da onun (cavabdehin) maddi imkanlarına uyğundur. Ona görə də məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş, lakin 08 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə verərək iddianı tam həcmdə qəbul etdiyini, uşaqlarının saxlanılması üçün ondan tələb edilən 470 manat məbləğində alimentin tutulmasına etirazının, həmçinin məhkəməyə təqdim edəcəyi sübutlarının olmadığını, habelə işin məhkəmə hazırlıq iclasının keçirilərək məhkəmə baxışına təyin edilməsinə heç bir etirazının olmadığını və işi ilə əlaqədar olaraq məhkəmə iclasları və çıxışları mərhələsində iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, X6 28 fevral 2010cu ildə, X5 26 noyabr 2012-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-402/2023 nömrəli mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Əsgərova (nikahdan əvvəl – Nəfəsova) Nisə Səxavət qızı arasında 14 aprel 2009-cu ildə bağlanmış və həmin tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 56 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İddiaçının bildirdikləri ilə müəyyən olunur ki, uşaqlar hazırda onun yanında qalırlar. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, cavabdehə 01 dekabr 2023-cü il tarixli mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını, habelə uşaqların maraqlarını nəzərə alaraq 28 fevral 2010-cu il təvəllüdlü X4 və 26 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər bir uşağa görə 235 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10 yanvar 2024-cü ildən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 50 manat miqdarında mediasiya xərci ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 5.640 manat miqdarında müəyyən edir (470 x 12 = 5.640). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 76,40 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə – iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin qalan 26,40 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 28 fevral 2010-cu il təvəllüdlü X4 və 26 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 10 yanvar 2024-cü ildən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməli olan dövlət rüsumunun qalan hissəsini təşkil edən 26 (iyirmi altı) manat 40 (qırx) qəpik tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-240/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-240/2024
20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver