Məhkəmə qərarları › İş №2(053)-244/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-244/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-244/2024 29.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları – 27 may 2008-ci il təvəllüdlü X1 və 23 iyul 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 440 manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə 150 manat hər ay sabit pul məbləğinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 12 aprel 2007-ci il tarixdə nikah bağlanmış, bu nikahdan 27 may 2008- ci ildə X4 və 23 iyul 2012-ci ildə isə X8 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlǝ aralarında bağlanılmış nikahları Neftçala Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(53)-33/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Qeydiyyat şöbəsindən nikahın pozulması haqqında şəhadətnamə də əldə etmişdir. Cavabdeh uşaqların maddi təminatı ilə maraqlanmır. Özü "xxxx" MMC-də fəhlə işləyir, uşaqların maddi təminatını ödəməyə çətinlik çəkir. Cavabdeh ona heç bir yardım göstərmir, maddi yardıma çox ehtiyacı var. Cavabdeh valideyin kimi vəzifəsini birmənalı olaraq yerinə yetirmir. Bundan əlavə olaraq bildir ki, böyük qızı X4 uşaq yaşlarından qida borusu daralma xəstəliyindən əziyyət çəkir. Bununla bağlı Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalarda 4 dəfə cərrahi əməliyyat olunmuşdur. Qızının müalicəsinə mütəmadi olaraq maddi vəsait xərcləyir. Lakin cavabdeh ayrıldıqları vaxtdan bu günə kimi övladlarına maddi köməklik etmir. Cavabdeh ata kimi vəzifəsini birmənalı olaraq yerinə yetirmir. Bundan başqa cavabdehin uşağın əlavə xərcində iştirakına cəlb olunmasını istəyir. Cavabdeh fərdi əməklə məşğul olur. Uşaqların birinin xəstə olduğundan cavabdeh ata kimi onun müalicəsi ilə bağlı əlavə xərclərə də cəlb olunmalıdır. O həm həkimə, həm də dərmanlara pul xərcləyir, qızına hər ay müalicələr olunur. Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Mediasiyanın 27 dekabr 2023-cü il tarixdə X7 (İMS) İştirak Edilməməsi barədə arayış əldə etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı ərizə təqdim edərək cavabdehin maddi durumunu nəzərə alıb uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər uşağa görə 150 manat, cəmi 300 manat alimentin və əlavə olaraq bir xəstə uşağın saxlanması üçün 50 manat məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddianı qismən qəbul edərək bildirmişdir ki, Neftçala rayon MKT-da sürücü işləyir və əmək haqqı üzrə vəzifə maaşı cəmi 600 manatdır. Hər ay bir uşağa görə 150 manat, cəmi 300 manat aliment ödəyə bilər. Bundan əlavə qızı X2 xəstəliyi ilə əlaqədar müalicə pulu kimi ayda 50 manat iddiaçıya ödəməsinə etirazı yoxdur.Əlavə olaraq qeyd etmişdir ki, işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmə iclasının onuniştirakı olmadan keçirilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X4 27 may 2008-ci il tarixdə, X8 isə 23 iyul 2012-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə X11r. Neftçala Rayon Məhkəməsinin 2(053)-33/2019 nömrəli iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı Neftçala rayon Aşağı Qaramanlı kənd İƏN tərəfindən 12 aprel 2007-ci il tarixli nikahın bağlanması haqqında 02 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, azyaşlılar 27 may 2008-ci il təvəllüdlü X1 və 23 iyul 2012ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılması müəyyən edilmişdir. “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, iddiaçı və cavabdeh arasındakı nikah ləğv edilmiş, akt qeydləri kitabında 11 dekabr 2019-cu il tarixdə 131 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Səlimova” soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformasiya və Statistika İdarəsinin 14895 nömrəli Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, X5 xx.xx.2011 – xx.xx.2011-ci il müddət arasında «Ezotaqostoma, qastrostomdan sonrakı vəziyyət» diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformasiya və Statistika İdarəsində stasionar müayinə və müalicədə olmuşdur. İnformasiya və Statistika İdarəsinin Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, 27 may 2008-ci il təvəllüdlü X4 xx.xx.2022 – 06.2012-ci il müddət arasında stasionar müayinə və müalicədə olmuşdur. “Mədənin rentgenoqramması”ndan görünür ki, 2008-ci il təvəllüdlü Ağazadə Mirgövhərdə müayinə zamanı Qida borusu-Ezafogokoloplastika əməliyyatından sonrakı görüntü izlənilir. Per os verilən kontarst maddə C7-Th 1 fəqərə səviyyəsində nisbətən ləngiyir Differensiyasiyası məsləhətdir.Konstrastın mədəyə evakuasiyası pozulmayıb. “X7 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, cavabdehin alimentin sabit pul məbləğində tutulmasına razı olduğunu bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, uşaqların əvvəlki təminat səviyyəsini saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər ay hər bir uşağa görə 150 (yüz) manat olmaqla müəyyən edilməlidir. Digər iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən «Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər», «Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 27 may 2008-ci il təvəllüdlü qızı – X1 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilməli, ondan hər ay sabit pul məbləğində 50 (altmış) manat tutulmaqla İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10 yanvar 2024-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3.600 (üç min altı yüz) manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 56 (əlli altı) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh uşaqları – 27 may 2008-ci il təvəllüdlü X1 və 23 iyul 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 27 may 2008-ci il təvəllüdlü X3 görə əlavə xərclərin ödənilməsinə cəlb edilsin və ondan hər ay sabit pul məbləğində 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 10 yanvar 2024-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Əlavə xərcin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar