Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-288/2025 01.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdən cehiz əmlakının çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus cehiz əmlakın, yəni 1 ədəd qonaq otağı mebeli (stenka), 1 ədəd yataq dəsti, 1 ədəd paltar dolabı (şifoner), 1 ədəd yataq otağı üçün güzgülü termo, 1 ədəd sandıq, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yataq dəsti üçün dolabça, 1 ədəd televizor, divan-kreslo dəsti, 1 ədəd jurnalni stul, 6 ədəd yorğan, 3 ədəd yun döşək, 1 ədəd taxt döşəyi, 6 ədəd balınc, 6 ədəd döşəkçə (nalça), 3 ədəd xalça, 1 ədəd soyuducu və s. adlarını qeyd edə bilmədiyi evin 2 otağında yerləşən əşyaların Neftçala rayonu, Boyat kəndində yerləşən, iddiaçı, yəni onun İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən cavabdehin öz vəsaiti hesabına çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X3 Şüşə Camal qızı ilə nikahlarını 12 iyul 2004-cü il tarixdə Neftçala rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyində qeyd etdirmişlər. Onların nikahlarından 20 noyabr 2005-ci il təvəllüdlü X19, 07 aprel 2007-ci il təvəllüdlü X14 və 14 mart 2010-cu il təvəllüdlü X20 adlı uşaqları doğulmuşdur. Son illərdə cavabdehin oğlu Rəsula qarşı münasibətlərinin dəyişdiyi görmüşdür. 15 avqust 2023-cü il tarixində cavabdeh uşağın xəstəliyi ilə əlaqədar uşaqları ilə birlikdə Bakı şəhərinə həkimə getmiş, bundan sonra geri qayıtmamışdır. Sonra cavabdeh nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və uşaqların saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(053)-211/2024 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlardan yetkinlik yaşına çatmayanlar Cavabdeh yanında saxlanılmış və sabit pul məbləğində iki uşağın saxlanması üçün aliment müəyyən olunmuşdur. Həmin tarixdən də ona məxsus cehiz əmlakı mərhum ərindən miras qalmış yaşadığı evin iki otağındadır. X30 ünvan 1 ünvanında qeydiyyatdadır. Oğlu Rəsul cavabdehlə ailə münasibətləri pozulandan ata evinə gec-gec gəlir. Artıq oğlu ilə cavabdeh tǝmamilə ayrılmışlar. Odur ki, cavabdehə məxsus cehiz əmlakı onun faktiki mülkiyyətində olan evin 2 otağından istfadəsini məhdudlaşdırmışdır. Eyni zamanda cavabdehdə hazırki ünvanda qeydiyyatdadır. ünvan 2lkiyyətindədir və orada yaşayır. Artıq cehizlərin evdən çıxarılması zəruridir. Odur ki, onun Neftçala rayon Boyat kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh cehiz əmlakları çıxarılmalıdır. Həmin cehizlər evin iki otağındadır. Qonaq otağı mebeli (stenka)- 1 ədəd, yataq dəsti, paltar dolabı(şifoner), yataq otağı üçün güzgülü termo 1 ədəd, sandıq 1 ədəd, stol - 1 ədəd, stul - 6 ədəd, yataq dəsti üçün dolabça, televizor - 1 ədəd, divan-kreslo dəsti, jurnalni stul -1 ədəd, yorğan - 6 ədəd, yun döşək - 3 ədəd, taxt döşəyi-1 ədəd, balınc - 6 ədəd, döşəkçə (nalça) - 6 ədəd, xalça - 3 ədəd, soyuducu – 1 ədəd və s. adlarını qeyd edə bilmədiyi bir çox əşyalar. Cehizlərin çıxarılması ilə bağlı mediasiya prosesi keçirilmiş və X1 tərəfindən keçirilən iclasda cavabdeh tərəf iştirak etməmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasının məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək,iddia qəbul etməyərək onun təmin olunması üçün heç bir əsas olmadığını bildirmişdir. Qeyd edir ki, iddiaçının evin mükiyyətçisi olmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Hazırda iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Neftçala rayon Boyat kənd inzibati ərazi nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavabdan göründüyü kimi iddiaçı özü bildirmişdir ki, cehizlərin çıxarılmasını tələb etdiyi evə dair heç bir sənədi yoxdur. Eyni zamanda Neftçala rayon Boyat kənd təsərrüfat başına hesab kitabının 145 saylı təsərrüfatından çıxarışdan da görünür ki, ev iddiaçının mərhum əri Temir Musayevin adına olmuşdur. Göründüyü kimi faktiki vəziyyətdə miras əmlakla bağlı vərəsəliyin açılması barədə məhkəməyə heçbir sənəd təqdim edilməmişdir. Bütün qeyd edilənlər iddianın əsassızlığını və iddiaçının iddia irəli sürmək üçün subyektiv hüququnun olmamasını sübuta yetirir. Qeyd etdiklərinin nəzərə alınmasını və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə etiraz uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Neftçala Rayon Məhkəməsinin e-2(053)-211/2024 nömrəli iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh X18 arasında 12 iyul 2004-cü il tarixdə bağlanmış və həmin tarixdə Neftçala rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd İnzibati ərazi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş, 07 aprel 2007-ci il təvəllüdlü X4 və 14 mart 2010-cu il təvəllüdlü X6 nikah pozulduqdan sonra iddiaçı Cavabdeh yanında qalmaları müəyyən edilmiş, 07 aprel 2007-ci il təvəllüdlü X4 və 14 mart 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Neftçala Rayon Məhkəməsinin e-2(053)-211/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərardadı nəzərə alınmaqla cavabdeh X5 hər ay, hər bir uşağa görə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. -“Ölüm haqqında” şəhadətnamənin surətindən götrünür ki,X21 xx.xx.2006-cı ildə “Miokard infartı” sənbəbindən Neftçala rayonu Boyat kəndində ölmüşdür. -Neftçala rayon Boyat kənd İƏDÜN-nin 409 saylı arayışı və şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı hazırda Neftçala rayonu Boyat kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. -Neftçala rayon Boyat kənd İƏDÜN-nin 413 saylı arayışı ilə müəyyən olunur ki, Cavabdeh hazırda Neftçala rayonu Boyat kəndində qeydiyyatda olsa da həmin ərazidə yaşamır. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Neftçala rayon Boyat kənd sakinləri İddiaçı, qonşular X15 və X10 iştirakları ilə Cavabdeh uzun müddətdir ki, Neftçala rayonu Boyat kəndində yaşamadığı, əvvəlki illərdə gəlin köçüb yaşadığı evdən uşaqları ilə birlikdə köçüb getdiyi barədə akt tərtib edilərək həmin şəxslər tərəfindən imzalanmışdır. -“İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. - F-20 poçt qəbzindən görünür ki, Cavabdeh ünvanlanmış zərf onun köçməsi səbəbindən xx.xx.2025-ci il tarixdə geri qaytarılmışdır. -Neftçala rayon Boyat kənd İƏDÜN-nin 43 saylı, xx.xx.2025-ci il tarixli arayışının məmunundan görünür ki, həqiqətən hal-hazırda İddiaçı, Neftçala rayonun Boyat kəndində yaşayır və onun mərhum əri X21 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra arvadı İddiaçı təsərrüfat başçısı olaraq təsərrüfata rəhbərlik edir. Təsərrüfat 2 saylı Boyat kǝnd təsərrüfatbaşına kitabın 145 saylı şəxsi hesabında təsərrüfat başçısı İddiaçı olmaqla qeydə alınmışdır. -Neftçala rayon Boyat kənd İƏDÜN-nin 111 saylı, xx.xx.2025-ci il tarixli nümayəndəliyin 2021-2025-ci illər üzrə 2 nömrəli Boyat kənd təsərüffatbaşına kitabın 145 saylı şəxsi hesabından Çıxarış-arayışdan görünür ki, həqiqətən hal-hazırda İddiaçı Neftçala rayon Boyat kəndində xx.xx.2006-cı il tarixdə mərhum ǝri Musayev Temirin vəfatından sonra ona məxsus olan 1991-ci il tarixdə tikilmiş, bir mərtəbəli, ümumi sahəsi 93,7 kv.m.,yaşayış sahəsi 60 kv.m., köməkçi sahəsi 33.7 kv.m. 03(üç) otaqlı, divarı doldurma, dam örtüyü şifer olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsi var. Bu ev Neftçala rayonunun Boyat kəndində yerləşir və Boyat kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 02 (iki) nömrəli təsərrüfatbaşına kitabının 146-cı səhifəsində 145 nömrəli şəxsi hesabında qeydiyyata alınmışdır. -Neftçala Rayonu İcra Hakimiyyəti Başçısının Boyat kənd İƏDÜN-nin 5-67-6/2- 21/2025 №-li, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilir ki, məhkəmənin sorğusuna əsasən İddiaçı faktiki yaşadığı evin kimə məxsus olması barədə 2 nömrəli Boyat kənd təsərrüfatbaşına kitabın 145 nömrəli şəxsi hesabından çıxarış-arayışı sizə təqdim edir. İddiaçı dediyinə görə vətəndaşın yaşadığı ev barədə əlində bir sənədi yoxdur. Odur ki, həmən evin sənədinin təsdiq edilmiş surətinin sizə göndərilməsi mümkün olmadı. -Neftçala rayon Boyat kənd İƏDÜN-nin 139 saylı, xx.xx.2025-ci il tarixli arayışının məmunundan görünür ki, İddiaçı həqiqətən hal-hazırda Neftçala rayonun Boyat kəndində yaşayır və onun mərhum ǝri X21 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra arvadı İddiaçı təsərrüfat başçısı olaraq təsərrüfata rəhbərlik edir. Təsərrüfat 2 saylı Boyat kənd təsərrüfatbaşına kitabın 145 saylı şəxsi hesabında təsərrüfat başçısı İddiaçı olmaqla qeydə alınmışdır. Hal-hazırda təsərrüfatda aşağıda adları qeyd olunan vətəndaşlar qeydiyyatdadır. İddiaçı -xx.xx.1949-cu il təsərrüfat başçısı, Cavabdehxx.xx.1976-cı il, sabiq gəlni, X19 - xx.xx.2005-ci il nəvəsi, X14 - xx.xx.2007-ci il nəvəsi, X22 - xx.xx.2010-cu il nəvəsi. - JN - 015F seriyalı, 80703018 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Neftçala rayonu Boyat kənd sakini X11 və onun ailə üzvləri kimi qeyd edilən İddiaçı və X12 Neftçala rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1997-ci il tarixli, 18 saylı qərarı ilə 0.25 hektar fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərüffatının bağı mülkiyyətinə verilmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə onun ailə üzvləri X11 və X12 Neftçala rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1997-ci il tarixli 18 saylı qərarı ilə Neftçala rayonu Boyat kəndində 0,25 ha torpaq sahəsi ayrılmışdır.İş materiallarına əlavə edilmiş çıxarış-arayışdan görünür ki, ev 1991-ci ildə inşa olunub. İddiaçının bildirdiklərindən görünür ki, evin və müvafiq torpaq sahəsində yerləşən digər tikililərin inşası tam olaraq 2001-ci ildə yekunlaşıb.Hazırda həmin ev və torpaq sahəsi İddiaçı, X7 və X8 ümumi birgə mülkiyyətindədir. İddiaçının oğlu X18 12 iyul 2004-cü ildə Cavabdeh ilə nikah bağlamış, həmin nikah Neftçala Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X18 ilə Cavabdeh birgə nikahı dövründə yuxarıda qeyd olunan evdə və həyətyanı torpaq sahəsində heç bir tikinti və ya təmir işləri aparılmayıb. X8 ailəsi ilə (anası) Cavabdeh arasında münasibətlərin boşanma və bununla əlaqəli s. səbəblərdən kəskin olduğunu, evin üç otağından ikisinin cavabdehin əşyaları ilə dolu olması səbəbindən mülkiyyətçilərin həmin otaqlardan istifadə etmək imkanından məhrum edir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edir. Mübahisənin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən «Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər». Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən «Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən «Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər». ««Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012ci il tarixli Qərarında qeyd olunur ki, «Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ərarvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir». Göründüyü kimi, əmlakın ər-arvadın birgə mülkiyyətində olması üçün 2 şərtin mövcud olması, yəni əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ərarvadın ümumi gəlirləri hesabına, yəni əvəzli əqd əsasında əldə olunması vacibdir. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Plenum Qərarının 5.2-ci bəndində əks olunmuş hüquqi mövqeyə görə: «Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Misal üçün ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir». Məhkəmə hazırkı işin faktik hallarını qüvvədə olan qanunvericiliyin yuxarıda istinad olunan və s. aidiyyəti müddəaları baxımından təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı hazırkı məzmunlu iddia ilə məhkəməyə təkbaşına müraciət etmək hüququna malikdir. Belə ki, cavabdehin öz əşyalarını mübahisəli evdə saxlaması səbəbindən cəmi üç yaşayış otağı olan həmin fərdi yaşayış evinin iki otağına münasibətdə sahiblik və istifadə imkanlarının məhdudlaşdırılması iddiaçı ilə yanaşı digər mülkiyyətçilərin də mülkiyyət hüquqlarını pozur. Və bunun əksinə, iddiaçının cavabdehdən sonuncuya məxsus əşyaları evdən çıxarmasını, yəni faktik olaraq otaqları boşaltmasını tələb etməsi ümumi birgə mülkiyyətin digər mülkiyyətçilərinin də daşınmaz əmlakla bağlı mənafelərinə uyğundur. Belə ki, cavabdeh göstərilən iki otaqdan öz əşyalarını çıxaracağı təqdirdə iddiaçı ilə yanaşı digər mülkiyyətçilərin də həmin otaqlara real sahiblik etmək və onlardan istifadə etmək imkanları bərpa olunacaq. Başqa sözlə desək, iddiaçının ümumi mülkiyyətdə olan daşınmaz əmlak barəsindəki tələbi bütün digər mülkiyyətçilərin də xeyrinə olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə uyğundur. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan hüquqi mövqelərini və işin faktik hallarını, o cümlədən Neftçala rayonu, Boyat kəndində yerləşən torpaq sahəsinin X17 İnstitutunun reyestrində 2005-ci ildə qeydə alındığına baxmayaraq, X18 ilə Cavabdeh nikahından xeyli əvvəl əldə olunduqlarını (inşa olunduğunu), habelə torpağın əldə edilməsinə, evin inşasına və təmirinə X18 ilə Cavabdeh ümumi birgə nikahı dövründə heç bir vəsait sərf olunmadığını və cavabdehin həmin daşınmaz əmlakın ərsəyə gəlməsinə ümumiyyətlə hər hansı aidiyyətinin olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin öz əşyalarını evdə saxlaması ilə bağlı ümumi nikah münasibətlərindən irəli gələn hüququ da mövcud deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə cavabdehin nümayəndəsinin (vəkilin) yuxarıda göstərilən məzmunlu etirazını əsaslı saymır. İddiaçının bildirdiklərindən görünür ki, cavabdehə məxsus cehiz əşyaları, yəni yəni 1 ədəd qonaq otağı mebeli (stenka), 1 ədəd yataq dəsti, 1 ədəd paltar dolabı (şifoner), 1 ədəd yataq otağı üçün güzgülü termo, 1 ədəd sandıq, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yataq dəsti üçün dolabça, 1 ədəd televizor, divan-kreslo dəsti, 1 ədəd jurnalni stul, 6 ədəd yorğan, 3 ədəd yun döşək, 1 ədəd taxt döşəyi, 6 ədəd balınc, 6 ədəd döşəkçə (nalça), 3 ədəd xalça, 1 ədəd soyuducu və s. iddiaçının adlarını qeyd edə bilmədiyi evin 2 otağında yerləşən əşyalar Neftçala rayonu, Boyat kəndində yerləşən, iddiaçıya və sonuncunun ailə üzvlərinə məxsus olan evdədirlər. Göstərilən əşyaların həqiqətən də hazırda qeyd olunan evdə olması cavabdeh tərəfindən mübahisələndirilməyib. Məhkəmə hesab edir ki, bu hal mülkiyyətçilərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2 və 152.3-cü maddələri ilə müəyyən olunmuş hüquqlarını pozur və iddiaçı eyni Məcəllənin 157.4-cü maddəsinə əsaslanmaqla cavabdehdən müvafiq hərəkətlərə son qoymasını tələb etmək hüququna malikdir. X23 Cavabdeh arasında olan nikah 2023-cü ildə pozulmuş, həmin vaxtdan 2 il keçməsinə baxmayaraq Cavabdeh həmin evdə yaşamamış, yaşamaq üçün cəhd etməmiş, hər hansı tələblə məhkəməyə müraciət etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı sahibliyində və istifadəsində olan Neftçala rayonu, Boyat kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh məxsus olan əşyalar, yəni 1 ədəd qonaq otağı mebeli (stenka), 1 ədəd yataq dəsti, 1 ədəd paltar dolabı (şifoner), 1 ədəd yataq otağı üçün güzgülü termo, 1 ədəd sandıq, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yataq dəsti üçün dolabça, 1 ədəd televizor, divan-kreslo dəsti, 1 ədəd jurnalni stul, 6 ədəd yorğan, 3 ədəd yun döşək, 1 ədəd taxt döşəyi, 6 ədəd balınc, 6 ədəd döşəkçə (nalça), 3 ədəd xalça, 1 ədəd soyuducu və cavabdehə məxsus olan digər əşyalar çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı sahibliyində və istifadəsində olan Neftçala rayonu, Boyat kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh məxsus olan əşyalar, yəni 1 ədəd qonaq otağı mebeli (stenka), 1 ədəd yataq dəsti, 1 ədəd paltar dolabı (şifoner), 1 ədəd yataq otağı üçün güzgülü termo, 1 ədəd sandıq, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yataq dəsti üçün dolabça, 1 ədəd televizor, divan-kreslo dəsti, 1 ədəd jurnalni stul, 6 ədəd yorğan, 3 ədəd yun döşək, 1 ədəd taxt döşəyi, 6 ədəd balınc, 6 ədəd döşəkçə (nalça), 3 ədəd xalça, 1 ədəd soyuducu və cavabdehə məxsus olan digər əşyalar çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-288/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-288/2025
01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver