Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-358/2024 12.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh oğuna qarşı aliment tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, 18 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat məbləğində alimentin onun (iddiaçının) xeyrinə tutulması və alimentin başlanğıcının 14 noyabr 2023-cü il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)» göstərilməlidir. Qeyd olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. İlk növbədə qeyd olunur ki, iddiaçı iddia ərizəsində öz ünvanı kimi «Neftçala rayonu, Həsənabad qəsəbəsi, Vidadi küçəsi» ünvanını qeyd etmiş, lakin «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, iddiaçı «ünvan 2 ünvanı üzrə qeydiyyatdadır. Beləliklə iddiaçı iddia ərizəsində özünə aid ünvanı natamam göstərib. Bundan əlavə, iddiaçı iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı kimi «ünvan 3tərmiş və bununla bağlı ərizəyə «əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə» 81349996 nömrəli bildirişi əlavə etmişdir. Həmin bildirişdən görünür ki, cavabdehin yuxarıda göstərilən ünvanda qeydiyyatının son tarixi 19 mart 2023-cü ildir. Bu hal cavabdehin hazırda göstərilən ünvan üzrə qeydiyyatda olamaması qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən iddiaçı iddia ərizəsində «Türkiyə Cümhuriyyəti, Balıkesir ilçesi» ünvanını cavabdehin faktik ünvanı kimi göstərmiş, lakin ərizəyə əlavə edilmiş digər sənədlərdən cavabdehin Türkiyə Respublikasında olan ünvanının «Sinop-Boyabat- AKYÖRÜK 16/13/254» ünvanı olduğu görünür. Beləliklə, iddia ərizəsində cavabdehə aid faktik ünvan kimi göstərilən ünvan da natamam olmaqla qeyri-müəyyəndir. Göstərilənlərlə yanaşı qeyd olunur ki, iddia ərizəsinə əlavə edilmiş «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifin hansı vasitə ilə göndərilməsi də görünmür. Buradan isə belə bir qənaət hasil olur ki, iddiaçı tərəfindən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə də düzgün riayət edilməyib. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh oğuna qarşı aliment tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-358/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-358/2024
12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver