Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-387/2023 16.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşağı – 07 iyul 2017-ci il təvəllüdlü X1 üçün əmək haqqına və hər növ qazancına yönəlməklə ¼ hissədə aliment tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 02 oktyabr 2014-cü il tarixdə nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 07 iyul 2017-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə münasibətləri pozulan vaxtdan cavabdeh uşağını və onu saxlamaqdan imtina etmiş, ailənin dolanışığına hec bir maddi yardım göstərməmişdir. Bu səbəbdən cavabdehə qarşı aliment tələbi qoymaq məcburiyyətində qalmışdır. Cavabdehin işləməsini nəzərə alaraq, onun hər növ qazancından və əmək haqqından ¼ hissədə alimentin onun xeyrinə tutulmasını istəyir. İlkin olaraq hər ikisi mediasiya prosesində iştirak etmiş, lakin aralarında razılıq əldə olunmamışdır. Cavabdeh 07 iyul 2017-ci il təvəllüdlü X1 üçün hər ay əmək haqqının və hər növ qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, birgə nikahlarından 07 iyul 2017-ci il tarixdə doğulmuş X4 iddiaçının himayəsindədir. Uşağın saxlanmasından ötrü aliment məbləğinin qazancının ¼ hissəsinə yönəldilməsinə etiraz etmir. Hazırda müqavilə əsasında “X6 İmalat Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqadir işləməklə hər ay 420 manat əmək haqqı alır. Başqa hər hansı bir qazancı yoxdur. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməlidir. “X2” AQİS-dən çıxarışdan görünür ki, iddiaçı və cavabdeh arasında 02 oktyabr 2014-cü il tarixdə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı “Məlikova” olub. “X2” AQİS-dən çıxarışdan görünür ki, X4 07 iyul 2017-ci il tarixdə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin mənasına görə 1 uşağa görə aliment — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, 07 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 28 mart 2023-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1260 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğub olaraq 32,60 manat cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh uşağı – 07 iyul 2017-ci il təvəllüdlü X1 üçün hər ay əmək haqqına və hər növ qazancına yönəlməklə ¼ hissədə aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 28 mart 2023-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 32,60 (otuz iki manat altmış qəpik) dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-387/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-387/2023
16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver