Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-461/2023 16.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin əmək haqqına yönəlməklə təhsil müddətində davam etdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X8 təhsilini başa vuranadək saxlanılması üçün hər cür əmək haqqı və gəlirlərinə yönəldilməklə 1/3 hissədə xx.xx.2023-cü il tarixdən hesablanmaqla aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü il təvəllüdlü X7 təhsilini başa vuranadək hər ay sabit pul məbləğində 150 manat pulun tutulması barədə Neftçala Rayon Məhkəməsinin 2(053)-1179/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi vardır. xx.xx.2005-ci il təvəllüdlü X1 üçün tutulan aliment artıq 18 yaşı tamam olduğuna görə mart ayından dayandırılmışdır. Oğlu Hidayət barədə məlumatlar Neftçala Rayon Məhkəməsinin 2(053)-459/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. xx.xx.2005-ci il təvəllüdlü X15 Bakı Biznes Universitetinin İqtisadiyyat və idarəetmə fakultəsinin Maliyyə ixtisası üzrə əyani şöbəsinin 2-ci kurs tələbəsidir. Uşaqların atası Cavabdeh ilkin olaraq əmək haqqının 1/3 hissəsinə yönəlməklə aliment ödəmişdir. Hazırda Azərbaycan Xəzər X16 Səhmdar Cəmiyyətində Abşeronskaya-5 gəmisində kapitan vəzifəsində işləyir, 2290 (iki min iki yüz doxsan) manat maaş alır. Eyni zamanda uşaqlar ödənişli əsaslarla təhsil alırlar. X2 iştirakı ilə mediasiya keçirilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Cavabdeh ikinci uşaq üçün də 150 manat aliment ödənilməsinə razılıq verdiyindən, onun tələbi 1/3 hissə olduğundan razılıq əldə edilməmişdir. Alimentin hər iki uşağa nisbətdə əmək haqqına 1/3 hissədə yönəldilməklə tutulması daha məqsədəmüvafiqdir və cavabdehin buna hər cür imkanı çatır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uygun izahat verərək Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X8 təhsilini başa vuranadək saxlanılması üçün hər cür əmək haqqı və gəlirlərinə yönəldilməklə 1/3 hissədə xx.xx.2023-cü il tarixdən hesablanmaqla aliment tutularaq ona ödənilməsinə dair qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi, Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasında vermiş olduğu izahatında iddianı qismən qəbul edərək iddiaçı ilə birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X12 2016-cı il tarixdən 2021-ci il tarixədək qədər aylıq maaşının 1/3-i qədər aliment verdiyini, oğlu xx.xx.2003-cü il təvəllüdlü Hidayətin 2021-ci ilin iyul ayının 3-də 18 yaşı tamam olduğundan ona verilən alimentin dayandırıldığını, lakin onun təhsil haqqının ödənilməsi üçün Neftçala Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş təhsilini başa vuranadək hər ay sabit pul məbləğində -150 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsini bildirmişdir. Qeyd etmişdir ki, onun hazırda ikinci ailəsindən himayəsində böyrək xəstəsi olan bir uşağı vardır. Özü də ürəyindən müalicə alır. Bir ay evdə, bir ay işdə olur. Yarımçıq evinin kreditini ödəyir. Bu səbəbdən əlavə ödəniş edə bilmir. Əmək haqqından iki uşağının təhsilini başa vurana kimi 1/3 hissədə tutulmasına razı deyil. Belə vəziyyətdə o, hər ay hər uşağa 150 və ya 200 manat sabit pul məbləğində olmaqla aldığı əmək haqqından vəsaitin tutulmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin izahatlarını dinləyərək, onların izahatlarınını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarxli, 2(53)-1179/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2011-ci il tarixli, 2(53)-40/2011 saylı qətnaməsilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş, Cavabdeh 03 iyul 2003-cü il tarixdə doğulmuş Hidayət və 25 mart 2005-ci il tarixdə doğulmuş Cavad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-1179/2015 nömrəli iş üzrə 23 iyul qətnaməsindən həmçinin görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 10 oktyabr 2002-ci il tarixdə bağlanmış, tərəflərin birgə nikahlarından 03 iyul 2003-cü il tarixdə Hidayət və 25 mart 2005-ci il tarixdə Cavad adlı uşaqları doğulmuş, həmin nikah 30 may 2014-cü il tarixdə pozulmuş və akt qeydləri kitabında 33 nömrə ilə qeyd edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-459/2021 nömrəli iş üzrə qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın təhsili üçün əlavə vəsait” tələbinə dair iddiası təmin edilməklə xx.xx.2003-cü il tarixdə doğulmuş X7 təhsilini başa vuranadək hər ay sabit pul məbləğində 150 manat vəsaitin Cavabdeh tutuaraq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, X11 "xxxx"MMC-yə daxil olmuş və əyani tədris formasının İ kursunda təhsil alır. Təhsilini başa vurma tarixi 30 iyun 2025-ci ildir. İşdə olan "xxxx" QSC-nın X17 xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh hal-hazırda X25 Donanmasının istifadəsində olan “Abşeronskaya-5” gəmisində kapitan vəzifəsində işləməklə ona 2290,00 (iki min iki yüz doxsan) manat (vergi və s.ödənişlər daxil) əmək haqqı hesablanır. İşə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli, 173 nömrəli məktubdan görünür ki, X15 xx.xx.2022-ci il tarixli, 279 saylı əmrlə Bakı Biznes Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “Maliyyə” ixtisasının əyani şöbəsinin İ kursunu əyani formada davam etdirir. İllik təhsil haqqı 2000 (iki min) manatdır. Tələbənin universiteti bitirməsi 2026-cı ildə gözlənilir. İşdə olan 2022-2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı Ali Təhsil müəssisəsi olan “Bakı Biznes Universiteti”nin və “Zolotaya korona” KoronaPay hesabına ödənişlər etmişdir. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 14 yanvar 2015-ci ildə Neftçala rayon qeydiyyat şöbəsində nikah bağlanmış, nikahdan sonra arvada “Nəcəfova” soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X18 12 oktyabr 2015-ci ildə tarixdə doğulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cabadehin birgə nikahlarından xx.xx.2003-cü il tarixdə doğulmuş X11 və 25 mart 2005-ci ildə doğulmuş X15 adlı uşaqları vardır. Tərəflərin arasındakı nikah 2010-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozularkən uşaqların hər ikisi azyaşlı olduqlarına görə İddiaçı himayəsində saxlanılmışlar. Cavabdeh uşaqların hər ikisinə görə müəyyən olunmuş miqdarda aliment ödəmişdir. xx.xx.2021-ci il tarixdə uşaqlardan X11 artıq yetkinlik yaşına çatmış və ona aliment ödənilməsi dayandırılmışdır. Bundan sonra X11 "xxxx" MMC-də əyani təhsil aldığından Neftçala Rayon Məhkəməsinin 2(053)- 4598/2021-ci il tarixli qətnaməsi ilə X7 təhsilini başa vuranadək hər ay sabit pul məbləğində 150 manat Cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. X3 2023-cü ilin mart ayında 18 yaşı tamam olduğundan ona təyin olunmuş alimentin ödənilməsi dayandırılmışdır. X4 Bakı Biznes Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “Maliyyə” ixtisasının əyani şöbəsinin İ kursunu əyani formada davam etdirir. İllik təhsil haqqı 2000 (iki min) manatdır. Tələbənin universiteti bitirməsi 2026-cı ildə gözlənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən “alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər”. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən “valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur”. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən “məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər”. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərini, habelə valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 459/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən 03 iyul 2003-cü il təvəllüdlü X7 təhsilini başa vuranadək hər ay sabit pul məbləğinin miqdarı dəyişdirilərək, 03 iyul 2003-cü il təvəllüdlü X7 ilkin ali təhsilini başa vuranadək Cavabdeh tutulan sabit pul məbləğinin miqdarı artırılmalı və sabit pul məbləğində tutulmaqla hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilərək İddiaçı ödənilməli, eyni zamanda 25 mart 2005-ci il təvəllüdlü X9 ilkin ali təhsilini başa vuranadək Cavabdeh hər ay 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində tutularaq İddiaçı ödənilməli, alimentin hesablanması və ödənilməsi qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən həyata keçirilmədir. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Neftçala Rayon Məhkəməsinin 2(053)-459/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən 03 iyul 2003-cü il təvəllüdlü X7 təhsilini başa vuranadək hər ay sabit pul məbləğinin miqdarı dəyişdirilərək, 03 iyul 2003-cü il təvəllüdlü X7 ilkin ali təhsilini başa vuranadək Cavabdeh tutulan sabit pul məbləğinin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilərək İddiaçı ödənilsin. Eyni zamanda 25 mart 2005-ci il təvəllüdlü X9 ilkin ali təhsilini başa vuranadək Cavabdeh hər ay 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən həyata keçirilsin. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-461/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-461/2023
16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver