Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-474/2023 14.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh Bəhlül qızının iştirakı ilə İddiaçı Cavabdeh Bəhlül qızına qarşı “əmlak tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bəhlül qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbadehdən tələb etdiyi əmlakları, yəni (rus qızılı) sırğa-üzük komplekt fantaziya, boyunbağı qolbaq dəsti, cəmi 1700 manat, gözəllik salonuna aid əşyalar 1000 manat, altüst geyimləri, toy kostyumları 500 manat, uşağın geyimi, bələyin geyimləri, bələk dəsti 100 manat, hamam dəst geyimi 70 manat, taxt- əlavə döşəylə 450 manat, taxt üstlüyü dəsti pərdəsi ilə birgə bahalı 250 manat, taxt döşəyi 76 manat, 3 ədəd yük döşəyi 84 manat, 5 ədəd yorğan 200 manat, 6 ədəd balış 200 manat, 7 ədəd nalça 70 manat, 1 ədəd ədyal bahalı 65 manat, bir ədəd xalça bahalı 400 manat, 1 ədəd kilin qədimi bahalı 500 manat, 1 ədəd sandıq 50 manat, lüstür çıraq 70 manat, 7 ədəd komplekt prostin çexol dəsti 255 manat, hamam dəsmal dəsti 40 manat, əl üz dəsmalı dəsti 18 manat, çay dəsmalı dəsti 10 manat,süfrə dəsmalları 12 ədəd 10 manat,6 ədəd süfrə bahalı 200 manat,ütü 20 manat, qazan dəsti 50 manat, tefal çaydan 22 manat, tok elektrik ət maşın 80 manat, 2 ədəd plastik vanna 10 manat, 1 ədəd nikkel vanna 15 manat, 2 ədəd dəmir vedrə 16 manat, 6 ədəd qara kasa bahalı 60 manat, 6 ədəd güllü kasa 10 manat, 6 ədəd qaşıqlı qara fincan 20 manat, 2 ədəd qara duz istiot qabı 10 manat, 2 ədəd çörək qabı 6 manat, 2 ədəd salfet qabı 10 manat, 12 ədəd dolça qabı 25 manat, 12 predmet dəst abedni serviz yemək dəsti bahalı 300 manat, 1 ədəd xrustal güldan 40 manat, 1 ədəd bagema güldan 50 manat, 1 ədəd bagema meyvə qabı 50 manat, 2 ədəd xrustal meyvə qabı 30 manat, 2 ədəd konfet qabı 20 manat,3 ədəd konfet qabı 2 si qara 1 i xrustal 30 manat, 2 cür 2 ədəd kompakt dəsti 60 manat, 6 ədəd bagima bakallar 30 manat, 6 ədəd bagema araq stakanı 20 manat, 1 ədəd tort boşqab nabor 15 manat, ləpəçəkən 15 manat, çömçə kəpkir dəsti 20 manat, 1 ədəd balıqtəmizləyən bıçaq 15 manat, 1 ədəd kartofkəsən bıçaq 5 manat, 1 ədəd qaşıq nabor,4 ədəd böyük qaşıq 15 manat, 12 ədəd böyük stakan xrustallar 12 manat, 12 ədəd nəlbəkisi 10 manat, 12 ədəd armudu stakan xrustal 12 ədəd nəlbəkəsi 20 manat, 3 ədəd qənd qabı 20 manat, 6 ədəd ləpə qabı 12 manat, 2 ədəd kül qabı 10 manat, 3 ədəd çaşqa dəsti 1 çayniklə 65 manat, müxtəlif şüşə qablar 30 manat, 12 ədəd kompakt stakanı 20 manat, 6 ədəd çaşkası 8 manatdan ibarət əmlaklarını və yaxud onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı 31 iyul 2023-cü il və 14 may 2023-cü il tarixlərinə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən «işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə» və «işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh Bəhlül qızı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Bəhlül qızına qarşı «əmlak tələbinə dair» iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-474/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-474/2023
14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver