Məhkəmə qərarları › İş №2(053)-685/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-685/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-685/2024 28.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, böhtan xarakterli ittihamları və təhqirləri ilə əlaqədar Cavabdeh tərəfindən ona dəymiş 15.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi 27 may 2024-cü ildə məhkəməyə daxil olmuş, 31 may 2024-cü il tarixli qərardadla işin icraatı mümkün hesab edilmişdir. Həmçinin İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “Dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbi üzrə 2(053)-629/2024 nömrəli mülki işi məhkəmənin icraatındadır. Qeyd olunan iş üzrə məhkəmə hazırlıq iclası 28 iyun 15:10-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən “Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İddiaçı işlərin bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin icraatında olan 2(053)- 629/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “Pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 14:10-a təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3 və 169.4-cü maddələrinə əsasən «Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır», «Bu Məcəllənin 169.1 – 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər». İş materiallarından göründüyü kimi, Nefçala Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “Mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(053)-685/2024 nömrəli və İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “Dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” nə dair iddia ərizəsi üzrə 2(053)-629/2024 nömrəli mülki işlər bir-biri ilə əlaqəli olduğundan, yəni, eyni şəxslərin bir-birinə qarşı bir-biri ilə əlaqəsi olan müxtəlif iddia tələbləri ilə bağlı olması müəyyən edildiyindən hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez, səmərəli və obyektiv həllinə xidmət etdiyi üçün sözügedən mülki işlər bir icraatda birləşdirilməli və mülki işə e-2(053)-629/2024 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 169.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “Mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(053)-685/2024 nömrəli və İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “Dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(053)-629/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(053)-629/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar