Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-717/2023 11.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 16 iyul 2012-ci il təvəllüdlü X3, 10 yanvar 2014-cü il təvəllüdlü X1 və 22 noyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hazırda cavabdehin maddi durumunu və işsizliyini nəzərə alıb, ona görə də iddia tələbinin həcmini azaldaraq aşağıdakı məzmunda qəbul edilməsini xahiş etmişdir: «Cavabdeh 16 iyul 2012-ci il təvəllüdlü X3, 10 yanvar 2014-cü il təvəllüdlü X1 və 22 noyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılsın». İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə 16 sentyabr 2011-ci il tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən 260 nömrə ilə qeydə alınmış nikahlarının pozulmasını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, birgə nikahlarından 16 iyul 2012-ci ildə Həmzə, 10 yanvar 2014-cü ildə Muhamməd və 22 noyabr 2017-ci ildə Gülmirzə adlı üç uşaqları anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(053)- 316/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, həmçinin hər üç uşağın onun yanında qalması müəyyən edilmişdir. Cavabdehlə nikahları pozuldudan sonra uşaqlar onun himayəsində qalmışlar. Dörd ildən çoxdur ki, uşaqlarını təkbaşına saxlayır. Özü heç bir yerdə işləmir, uşaqlarını və özünü güclə dolandırır. Qeyd etdiyi vaxtdan cavabdeh uşaqları ilə bir dəfə də olsun maraqlanmamışdır. Əvvəllər fərdi qaydada işləsə də hazırda işsiz olduğu üçün uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehlə ayrıldıqları müddətdən o, uşaqlarına heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh hazırda fərdi qaydada işləyir və onun maddi imkanı vardır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, 27 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək rəsmi iş yeri olmasa da dolanışığını təmin etmək məqsədilə işləyib qazanc əldə etdiyini, uşaqlarının hər birinə hər ay 50 manat aliment ödəməsinə etirazı olmadığını və başqa hər hansı bir qazancının olmadığını bildirərək, növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, eyni zamanda işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X7 16 iyul 2012-ci il tarixdə, X4 10 yanvar 2014-cü il tarixdə, X5 isə 22 noyabr 2017-ci il tarixdə anadan olmuşdur. Uşaqların atası İddiaçı, anası isə Cavabdehdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-316/2019 nömrəli iş üzrə 23 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin olunmaqla tərəflər arasında Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən 16 sentyabr 2011-ci il tarixdə 260 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2012-ci il tarixdə anadan olmuş X7, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 ataları İddiaçı yanında saxlanılmışlar. “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, iddiaçı və cavabdeh arasında olan nikah ləğv edilmiş və 04 iyul 2019-cu il tarixdə akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişkən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, uşağların əvvəlki təminat səviyyəsinin saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 50 (əlli) manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10 iyul 2023-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1.800 (min səkkiz yüz) manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 38 (otuz səkkiz) manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh uşaqları – 16 iyul 2012-ci il təvəllüdlü X3, 10 yanvar 2014-cü il təvəllüdlü X1 və 22 noyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 50 (əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 10 iyul 2023-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-717/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-717/2023
11.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver