Məhkəmə qərarları › İş №2(053)-717/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-717/2024

06.06.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-717/2024 06.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Kreditor Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor məhkəməyə ərizə ilə müraciət edərək, Borclu ümumi dəyəri 490 manat olan “NOTE 13 Midnight black 6GB RAM 128GB ROM” markalı mobil telefona görə Kreditor MMC-yə yaranmış 490 manat əsas məbləğ, ümumi 490 (dörd yüz doxsan) manat borc məbləğinin və 27 manat məhkəmə xərclərinin Kreditor MMC-nin xeyrinə tutulmasına dair məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmadan verilmişdir. Belə ki, ərizəyə əlavə olunmuş Kapital Bank rekvizitində göstərilən məbləğin ödəniş təyinatlı dövlət rüsumu olmaqla qanunvericiliyə uyğun formada dövlət büdcəsinə ödənilməsinin həqiqiliyini qəbzdə nömrə göstərilmədiyindən müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 278.2.4-cü maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar