Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-735/2023 10.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı istehlakçı hüquqlarının müdafiəsi - alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında “Sintra” markalı, “premium” modelli su filtrinin alqı-satqısına dair müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış, “Sintra” firmasının istehsalı olan “premium” modelli su filtrinin alqı-satqısına dair müqavilənin qarşılıqlı razılıqları ilə ləğv edildiyini, belə olduğu təqdirdə iddianının predmeti məhkəmə mübahisəsi mahiyyəti daşımadığından tərəfindən verilmiş iddia tələbi üzrə məhkəmə icraatının aparılmasına ehtiyac qalmadığı üçün iddiaçı iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Göstərilənlərə əsasən məhkəmə iddiadan imtinanın qəbul olunmasını mümkün sayır. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən «iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa» hakim iş üzrə icraata xitam verir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261 – 264, 266 – 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı İstehlakçı hüquqlarının müdafiyəsi - Alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasından imtinası qəbul olunsun. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-735/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-735/2023
10.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver