Məhkəmə qərarları › İş №2(053)-88/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-88/2023

13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-88/2023 13.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 17 sentyabr 2009-cu il təvəllüdlü X2 və 21 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 200 manat olmaqla sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia 12 dekabr 2022-ci ildə məhkəməyə daxil olmuş və 2(053)-1146/2022 nömrəsi ilə qeydə alınmışdır (işə 2023-cü il üçün 2(053)-88/2023 nömrəsi verilib). Eyni zamanda qeyd olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 01 may 2008-ci ildə bağlanmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia 29 iyul 2022-ci ildə məhkəməyə daxil olmuş və 2(053)-760/2022 nömrəsi ilə qeydə alınmışdır (işə 2023cü il üçün 2(053)-15/2023 nömrəsi verilib). Azərbaycan Respublikası MPM-nin 169.3 və 169.4-cü maddələrinə əsasən "Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır", "Bu Məcəllənin 169.1 – 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər". Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinin, mülkiprosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəalarının tələblərini və işin faktik hallarını nəzərdən keçirərək göstərilən işlərin bir icraatda birləşdirilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4, 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin icraatında olan 2(053)-88/2023 nömrəli mülki işlə 2(053)-15/2023 nömrəli mülki iş bir icraatda birləşdirilməklə, 2(053)-15/2023 nömrəsi altında baxılsın. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar