Məhkəmə qərarları › İş №2(053)-934/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-934/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-934/2024 06.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment ödənilməsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(053)-227/2023 nömrəli qətnaməsi əsasında tərəfindən Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsinə xitam verilməsi və həmin qətnamə ilə müəyyən edilmiş aliment öhdəliyindən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Neftçala Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(053)-227/2023 nömrəli qətnaməsinə əsasən 60 manat sabit pul məbləğində alimentin ondan tutularaq atası Cavabdeh xeyrinə ödənilməsinin qət edildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, qətnamə iddiaçı Cavabdeh əmək qabiliyyətli olmaması ilə əlaqədar maddi yardıma ehtiyacının olması, eyni zamanda onun maddi vəziyyətinin həmin ehtiyacları qismən öğdəməyə imkan verməsi ilə əsaslandırılmışdır. Neftçala Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən olunan faktiki hallara zəmin yaradan şərait köklü dərəcədə dəyişmişdir. Belə ki, qətnamənin qəbul edildiyi tarixdən bugünədək ötən müddətdə Cavabdeh yenidən ailə həyatı qurmuş və hazırda özü əmək pensiyası almaqla, arvadı isə işləməklə gəlir əldə edir. Bu gün cavabdehin ailəsi ilə birlikdə ümumi gəlirləri onların maddi rifahının minimaldan yüksək həddə saxlanılmasına kifayətdir. Hesab edir ki, belə olduqda ondan cavabdehin xeyrinə aliment tutulmasına artıq zərurət yoxdur. Lakin göstərilən müddətdə onun maddi tələbatları kəskin surətdə artmış, anası və övladının sağlamlıqlarında davamlı müşayət olunan proplemlərlə bağlı onların müalicə xərcləri, eyni zamanda aktiv kredit ödəyicisi olmağı hazırda sözügedən aliment öhdəliyinin icrasına imkan vermir. Əlavə olaraq qeyd edir ki, hazırki mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdeh sessiyada iştirak etməmiş və bu barədə arayış tərəfindən alınaraq məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi yetkinlik yaşına çatmış övladdan maddi ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynin xeyrinə alimentin tutulmasını müəyyən edən şərtlər cavabdeh tərəfindən artıq ödənilmədiyindən ona Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında aliment ödənilməsinə xitam verilməli və o, həmin qətnamə ilə müəyyən edilmiş aliment öhdəliyindən azad edilməlidir. Ona görə də hesab edir ki, cavabdeh olan atasına aliment ödəməli deyil. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı olan oğlu hər ay 60 manat olmaqla ona köməklik edir. Onun krediti olduğunu bilir. Özü ayda 297 manat pensiya alır. İkinci ailəsi olan xanımı Salyan rayonu, Xocalı kəndində müəllim işləyir. Buna baxmayaraq oğlunun ödədiyi 60 manat alimentdən imtina etmir. Çünki çoxsaylı xəstəlikləri vardır ki, onların da müalicəsi üçün maddi imkanı yetərli deyil. Yaşlı və xəstə olduğu üçün başqa işlə məşğul ola bilmir. Aldığı pensiya və müəyyən edilmiş aliment məbləği ilə güclə dolanır. Məhkəmə tərəfindən ona müəyyən edilmiş 60 manat məbləğə həqiqətən də ehtiyacı vardır. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Neftala Rayon Məhkəməsinin 2(053)-227/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair iddiası qismən təmin olunmuş, cavabdeh İddiaçı hər ay 60 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İş materiallarına əlavə olunmuş arayışlarla müəyyən edilir ki, iddiaçının anası 1961ci il təvəllüdlü X1 “Keçirilmiş serebral araxnoiditin qalıq əlamətləri, Asteno-nevrotik sindrom, hipertoniya xəstəliyi İİ mərhələ, boyun osteoxondrozu, vertebro-bazilyar sindrom, şəkərli diabet Tip 2, orta ağır forma. Diabetik polineyropatiya” diaqnozu, oğlu xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh isə ha-hazırda “Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş parsial epilepsiya. Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə xəstədir. İddia tələbinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1, 107.2 və 112.1-ci maddələrinə əsasən «Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər», «Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər», «Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə bir daha vurğulayır ki, Neftala Rayon Məhkəməsinin qanuni qüvvədə olan 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı hər ay 60 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə diqqət yetirərkən məlum olur ki, hazırda iddiaçının (borcunun) ailə vəziyyətində elə bir dəyişiklik olmamış, onun ailə və maddi vəziyyətinin bu məbləği ödəməyə imkan vermədiyi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının hazırkı tələbini də əsaslı hesab etmir. Beləliklə, qüvvədə olan məhkəmə aktına əsasən İddiaçı hər ay 60 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Göstərilənləri, habelə İddiaçının yuxarıda qeyd olunan faktları əsas gətirərək xx.xx.1954-cü il təvəllüdlü atası Cavabdeh ödədiyi alimentin ondan tutulmasına zərurət qalmadığını qanuni əsaslarla əsaslandıra bilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hal-hazırda iddiaçının qeyd etdiyi faktlar onu aliment öhdəliyindən azad etmir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «aliment ödənilməsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar