Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-954/2023 07.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, ilk iddia üzrə Cavabdeh, ilk iddia üzrə cavabdehin nümayəndəsi, vəkil X2 iştirakı ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı aliment tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından doğulmuş 13 sentyabr 2010-cu il təvəllüdlü X6 və 06 mart 2014-cü il təvəllüdlü X3 adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək aralarında 23 dekabr 2009-cu ildə bağlanmış və həmin tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 414 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah qeyd etdirmədən faktik olaraq ailə qurmuş, nikahları 23 dekabr 2009-cu ildə rəsmi olaraq qeydiyyata alınmışdır. Nikahları qüvvədədir. Birgə yaşadıqları müddətdə 2010-cu ildə Fidan, 2014-cü ildə isə Əlihüseyn adlı iki uşağı doğulub. Cavabdehlə bir müddət mehriban yaşamalarına baxmayaraq hazırda ayrılmışlar. Uşaqlarının saxlanmasında həddən artıq çətinlik çəkir. Hər iki uşağı onun yanındadır. Cavabdeh isə uşaqların saxlanmasında ona maddi cəhətdən heç bir köməklik göstərmir. Ona görə də hazırkı iddia tələbi ilə cavabdehin aliment ödəməsini məhkəmə qaydasında tələb edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş İddiaçı gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək ilk iddianı müdafiə etdiyini, həmçinin qarşılıqlı iddianı qəbul edərək nikahın pozulmasına razı olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, işə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılıb, qətnamə çıxarılmasını mümkün saymışdır. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək və ilk iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı ilə faktiki ailə münasibətlərinə daxil olmuş, lakin ailə münasibətlərini bundan bir qədər sonra – 23 dekabr 2009-cu ildə rəsmiləşdirmişlər. İlk iddia üzrə iddiaçı ilə münasibətləri əvvəllər yaxşı olmuş, lakin sonradan kəskinləşmiş və faktik olaraq ayrılmışlar. İlk iddiaya münasibət bildirərək qeyd edir ki, uşaqlarının ilk iddia üzrə iddiaçının yanında qalmasına etiraz etmir. İlk iddianın alimentlə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, heç bir yerdə işləmədiyi üçün maddi imkanı çox aşağıdır. Ona görə də ilk iddia üzrə iddiaçının tələb etdiyi aliment məbləğini ödəmək iqtidarında deyil. Qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın isə daha aşağı məbləğdə, yəni hər bir uşağa görə 130 manat sabit pul məbləğində aliment müəyyən edilməklə təmin edilməsini məhkəmədən xahiş edir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, vəkil X4 da qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı isə qismən qəbul edərək, Cavabdeh məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. O, həmçinin qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının analarının yanında qalmaları ilə bağlı narazılıq yoxdur. Lakin ilk iddia üzrə tələb olunan alimentin miqdarı cavabdehin maddi imkanlarına qeyri-mütənasibdir. Bu səbəbdən ilk iddianın qismən təmin edilməklə uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə sabit olaraq 130 manat məbləğində aliment müəyyən edilməsinin daha ədalətli olduğunu düşünür. Nümayəndə göstərilənlərə əsasən ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə tam təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış sənədləri və işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. «Nikah haqqında» şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23 dekabr 2009-cu ildə nikah bağlanmış, həmin nikah Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 414 nömrəsi ilə qeydə alınmışdır. İlk iddia üzrə iddiaçının nikahdan əvvəlki soyadı «Əliyeva» olmuşdur. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 13 sentyabr 2010-cu ildə X6 və 06 mart 2014-cü ildə X3 adlı uşaqlar doğulub. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Tərəflərin məhkəməyə bildirdikləri ilə müəyyən olunur ki, uşaqlar hazırda ilk iddia üzrə İddiaçı yanında qalırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1 və 20.2-ci maddələrinə əsasən «Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur», «Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur», «Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur». Hər iki tərəf nikahın pozulmasında təkid edir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, tərəflər arasındakı ailə münasibətləri faktik pozulmuş, onların birgə yaşaması və ailənin saxlanması qeyrimümkündür. Məhkəmə hər iki tərəfin nikahın pozulmasında təkid etdiyini nəzərə alaraq hesab edir ki, nikah tərəflərə Ailə Məcəlləsinin 20.2-ci maddəsində nəzərdə tutulmuş vaxt verilmədən pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən «Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər». Eyni Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə 13 sentyabr 2010-cu il təvəllüdlü X6 və 06 mart 2014-cü il təvəllüdlü X1 azyaşlı olmaqla ana qayğısına daha çox ehtiyaclarının olduğunu, faktik olaraq analarının yanında qaldıqlarını, bu vəziyyətə artıq uyğunlaşdıqlarını, ilk iddia üzrə iddiaçının uşaqların bundan sonra da onun yanında qalmalarında təkid etdiyini, ilk üzrə cavabdehin isə buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, 13 sentyabr 2010-cu il təvəllüdlü X6 və 06 mart 2014-cü il təvəllüdlü X1 boşanmadan sonra anaları - ilk iddia üzrə İddiaçı yanında qalması müəyyən edilməlidir. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən ilk iddia üzrə Cavabdeh daimi iş yerinin olması barədə məhkəmədə məlumat olmadığını, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin bir uşağa görə hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 13 sentyabr 2010-cu il təvəllüdlü X6 və 06 mart 2014-cü il təvəllüdlü X1 əvvəlki təminat səviyyəsinin saxlanması üçün ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 135 manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». İlk iddia üzrə iddiaçının alimentlə bağlı müraciəti məhkəməyə 04 sentyabr 2023-cü ildə daxil olub. Beləliklə, alimentin hesablanması və ödənilməsi 04 sentyabr 2023-cü ildən etibarən həyata keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinin müddəalarını nəzərdən keçirərək həmçinin qeyd edir ki, tərəflər ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölünməsinə dair tələb irəli sürməyiblər. Bu səbəbdən hazırda Ailə Məcəlləsinin 22.2.3-cü maddəsində təsbit olunmuş məsələyə baxıla bilməz. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cü maddəsinin tələbini proses tərəflərinin diqqətinə çatdırmağı zəruri sayır və qeyd edir ki, həmin normaya əsasən «Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən, qarşılıqlı iddia isə tam təmin olunsunlar. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdeh Səfərova (nikahdan əvvəl – Əliyeva) Günel Pirverdi qızı arasında 23 dekabr 2009-cu ildə bağlanmış və həmin tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 414 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilsin. 13 sentyabr 2010-cu il təvəllüdlü X5 və 06 mart 2014-cü il təvəllüdlü X1 boşanmadan sonra ilk iddia üzrə iddiaçı Səfərova (nikahdan əvvəl – Əliyeva) Günel Pirverdi qızının yanında qalmaları müəyyən edilsin. 13 sentyabr 2010-cu il təvəllüdlü X5 və 06 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ilk iddia üzrə Cavabdeh hər ay hər uşağa görə 135 (yüz otuz beş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə iddiaçı Səfərova (nikahdan əvvəl – Əliyeva) Günel Pirverdi qızına verilsin. Alimentin hesablanması və ödənilməsi 04 sentyabr 2023-cü ildən etibarən həyata keçirilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İlk iddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-954/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-954/2023
07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver