Məhkəmə qərarları › İş №2(054)-174/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-174/2023

07.02.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-174/2023 07.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, kreditor "xxxx" MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Kreditor "xxxx" MMC borclu, xx.xx.1992-ci il təvəllüdlü Borclu qarşı xx.xx.2020-ci il tarixli, BNK5808945 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 370 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BNK5843886 saylı nisyə alqı-satqı nüqaviləsinə əsasən 812 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu, 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1682 manat pulun alınaraq kreditorun hesabına ödənilməsi tələbinin təmin olunması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, tələb mahiyyətinə görə kreditor "xxxx" MMC ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BNK5808945 saylı və xx.xx.2020-ci il tarixli, BNK5843886 saylı borc müqavilələri üzrə yaranmış borcun ödənilməsi olmaqla ərizədə xx.xx.2020-ci il tarixli, BNK5808945 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 370 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BNK5843886 saylı nisyə alqı-satqı nüqaviləsinə əsasən 812 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcunun borcludan tutulması tələbinin təmin edilməsinə dair məhkəmə əmri çıxarılması xahiş edilsə də, ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 209 saylı maliyyə arayışı ilə borclunun müqavilələrə müvafiq olaraq ödənilməmiş 370 manat və 812 manat əsas (qalıq) borcunun olduğu bildirildiyindən məhkəmə əmrinin verilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə dair 279cu maddəsinin 2-ci bəndinin 1-ci yarımbəndinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, 2-ci yarımbəndinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266, 279-280-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Kreditor "xxxx" MMC-nin cavabdeh Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. xx.xx.2022-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən "xxxx" ASC-yə ödənilmiş 100 manat dövlət rüsumu kreditor "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar