Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-190/2023 09.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı aliment borcuna görə yaranmış 4670 manat pul və 67,70 manat dövlət rüsumu tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı aliment borcuna görə yaranmış 4670 manat pulun və ödənilmiş 67,60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin mətnindən görünür ki, iddiaçı ilə cavabdeh 2014-cü ildə qeyrirəsmi ailə qurmuş, faktiki nikahdan onların xx.xx.2015-ci ildə Ümid adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 2(054)-1882/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən uşaq cavabdehdən alınaraq iddiaçıya verilmiş, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 60 manat alimentin tutulması qət edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(054)-303/2019 saylı qətnaməsi ilə alimentin məbləği 120 manat müəyyən edilmişdir. Cavabdeh alimentin ödənilməsindən qərəzli olaraq boyun qaçırmış, onun ödənilməmiş 4670 manat aliment borcu qalmışdır. Həmin fakt Oğuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq edilir. Həmin məbləğin ödənilməsində çətinliklər yarandığından iddianın təmin edilməsi xahiş edilmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin iddiaçıya ünvanlanmış, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 97184/2019-31 saylı məktubundan göründüyü kimi xx.xx.2019-cu il tarixli, 2(054)-303/2019 saylı icra vərəqəsi üzrə borclu Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 250 manat ödəniş edildiyi, qalıq 4670 manat aliment borcunun ödənilməsi üçün bütün məcburi icra tədbirlərinin davam etdirildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmədə baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Beləliklə, iş materiallarından göründüyü kimi iddiaçının tələbində göstərdiyi 4670 manat pulla bağlı qüvvədə olan məhkəmə qərarı mövcud olmaqla hazırda həmin məbləğin ödənilməsi üçün aidiyyəti orqan tərəfindən məcburi icra tədbirləri həyata keçirilməkdədir. Buna görə də hazırki iddiaya məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı aliment borcuna görə yaranmış 4670 manat pul və 67,70 manat dövlət rüsumu tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya aliment borcunun ödənilməsi ilə bağlı tədbirlərin görülməsi barədə ərizə ilə aidiyyəti icra və probasiya şöbəsinə müraciət etmək hüququ izah olunsun. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən "xxxx" ASC-yə ödənilmiş 67,70 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-190/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-190/2023
09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver