Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-286/2025 30.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Cumayeva (Əzizova) Lalə Namiq qızına qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Cumayeva (Əzizova) Lalə Namiq qızına qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2008-ci ildə Şəki rayon Bideyiz kənd sakini Cumayeva (Əzizova) Lalə Namiq qızı ilə nikah bağlayaraq ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah Oğuz Rayon İcra Hakimiyyətinin Padar kənd nümayəndəliyində 10 dekabr 2008-ci il tarixdə 26 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd edilən nikahdan onların xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-334/2024 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Həmin qətnamə ilə azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 boşanmadan sonra onunla qalmaları qət olunmuşdur. Lakin həmin məhkəmənin gedişində cavabdeh ona uşaqlara baxmaqda köməklik edəcəyinə söz vermiş, hətta boşanmadan sonra bir müddət qayıdaraq onlarla yaşamışdır. Bir müddət keçdikdən sonra isə yenidən əvvəllər olduğu kimi yenə də evdən getmişdir. O da uşaqlara baxmaqda çətinlik çəkir, ona görə də cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Hazırda uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən aliment tələb edir. Eyni zamanda, hazırki mübahisə üzrə mediasiyadan müvafiq sənəd almışdır və mediasiya sessiayasında iştirak etmək üçün nəzərdə tutulan mediasiya xərcini ödəmişdir. O, hazırda cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşağa görə 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0.50 mislində alimentin Cumayeva (Əzizova) Lalə Namiq qızından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə prosesinin iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir və bu səbəbdən aliment tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, aliment ödəməyə imkanı yoxdur. O, 7 aydır ki faktiki olaraq işləmir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 334 / 2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh Cumayeva (Əzizova) Lalə Namiq qızı arasında 10 dekabr 2008-ci il tarixdə Oğuz rayon Padar kənd icra nümayəndəliyində 26 sayla qeydə alınmış nikah pozulmuş, xx.xx.2009-cu il tarixdə anadan olmuş X4, xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 İddiaçı himayəsində saxlanılmışdır. X4 31 oktyabr 2009-cu il tarixdə Oğuz rayon Padar kəndində anadan olmuş, bu barədə Oğuz rayonu Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 42 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası Cumayeva (Əzizova) Lalə Namiq qızıdır. X7 30 aprel 2013-cü il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayonu Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 22 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası Cumayeva (Əzizova) Lalə Namiq qızıdır. X6 06 fevral 2015-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayonu Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 08 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası Cumayeva (Əzizova) Lalə Namiq qızıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflərin nikahı məhkəmə qaydasında pozulmuş və tərəflərin birgə nikanından anadan olmuş uşaqlarının iddiaçının himayəsində qalması qərara alınmışdır. Uşaqlar hazırda da iddiaçının himayəsindədirlər. Hazırda iddiaçı uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən hər ay hər uşaq üçün 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulаraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirir. Cavabdeh iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız heç bir yerdə işləmədiyini bildirmişdir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246,0 manat, minumum əmmək haqqı isə 400,0 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: "8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)." Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün cavabdehdən hər ay tutulan alimentə dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Məhkəmə İddiaçı aliment tələbinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır: 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir; 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Belə ki, məhkəmə qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, Həbibova Mehriban mehman qızının yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0.50 misli həddində, yəni 200,0 manat olmaqla, cəmi 600,0 manat sabit pul məbləğində aliment pulunun tutulması valideyn kimi Cavabdeh gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək onun və uşaqların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də cavabdeh barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Bu isə onu ehtiva edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın mənafeyinin pozulmamasından ötrü tərəflərin maddi vəziyyəti, işin faktiki halları düzgün dəyərləndirilməli, maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməldir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşağın yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İddia tələbinin tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 200 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərinə uyğun olmazdı. Çünki, həmin normalarla müəyyən etməyə əsas verir ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Ona görə də məhkəmə iddianın qismən təmin edilərək tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 100,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat olmasının nəzrə aldıqda cavabdehdən 100,0 manat alimentin məbləği minimum əmək haqqı məbləğinin (100:400) 0, 25 mislini təşkil edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud tələb ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti aliment tələbinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin miqdarının hər ay hər uşaq üçün 100 manat-cəmi 300 manat olması nəzərə alınmaqla, artırılmış miqdar üzrə bir il ərzində ödəmənin məcmusu 3600 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 56 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmişdir. Cavabdeh alimentin miqdarının artırılması ilə bağlı iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək barışıq sazişi bağlamamış, mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmiş, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iddia tələbi üzrə iddiaçı mediasiya xərcini cavabdehdən tələb etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat məbləğ alimentin miqdarına görə cavabdehin ödəməli olduğu 56 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır .Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cumayeva (Əzizova) Lalə Namiq qızından xx.xx.2025-cı il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X2, xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cumayeva (Əzizova) Lalə Namiq qızından xx.xx.2025-cü il tarixdən başlayaraq xx.xx.2009cu il tarixdə anadan olmuş X1, xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında ödədiyi 60 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-286/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-286/2025
30.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver