Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-436/2023 21.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X11 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 09 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tələbinə dair mülki işə Oğuz şəhərində 21 avqust 2023-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 09 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçının xeyrinə verilməsi barədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə xx.xx.2009-cu ildə rəsmi nikahla ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2010-cu ildə Elay Məmmədzadə, xx.xx.2013-cü ildə Məryəm Məmmədzadə adlı iki uşağı anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)- 134/2015 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanılmış, onların saxlanılması üçün ondan hər ay hər uşaq üçün 50 manat alimentin tutulması qərara alınmışdır. 2021-ci ilin dekabr ayından Elay onun yanında yaşamağa başladığından məhkəməyə müraciət etmiş, Elayın onun yanında qalmasının müəyyən edilməsi, əvvəlki qətnamə ilə müəyyən edilmiş cəmi 100 manat alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi qismən təmin edilmiş, Elayın onun yanında qalmaqla qətnamə qanuni qüvvəyə mindikdən sonra onun Elay üçün cavabdehə ödədiyi alimentdən azad edilməsi qərara alınmışdır. Həmin dövrdə onun xeyli aliment borcu yaranmış, cavabdeh isə razılaşmanı pozaraq ondan Məryəmə ödənilən aliment pulu ilə birgə yığılmış borcu da tələb edir. Yenidən ailə qurmuş, həmin nikahdan 2016-cı ildə Yusif adlı oğlu doğulmuşdur. Hazırda himayəsində azyaşlı iki uşaq vardır. Cavabdeh onun maddi vəziyyətini nəzərə almadan ondan şikayət edir, aliment borcuna görə onu narahat edir. Buna görə də cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumunun 220 manat olduğunu nəzərə almaqla alimentin həmin məbləğdə təyin edilməsini xahiş etsə də, onun əsas məqsədi qalıq aliment borcundan azad olmaqdır. Buna görə də alimentin məbləğinin 50-70 manat həddində təyin edilməsinə də etiraz etmir. Əks halda iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, iddiaçı əvvəllər elə bilib ki, ümumiyyətlə aliment ödəmədən azad olunub, çünki uşağın biri onun yanında, digəri isə cavabdehlə birgə yaşayıb. Ona görə borc artıb. Hazırda iddiaçı azyaşlı Məryəm üçün 50 manat alimenti müntəzəm ödəyir, lakin aliment borcuna görə onun cavabdehin şikayətləri əsasında tez-tez məcburi icra tədbirlərinə cəlb edilməsi və həbs edilməsi ailəsi üçün mərhumiyyətlər yaradır. Hazırki iddia tələbində əsas məqsəd borcun aradan qaldırılmasıdır. Ona görə də məbləğin təyin edilməsini məhkəmənin mülahizəsinə buraxılmasına iddiaçı etiraz etmir. Əks halda iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, nikah pozulduqdan sonra iki uşağı onun yanında saxlanılıb. Göründüyü kimi aliment məbləği də çox deyil. Həmin vaxt dolanışığının təmin edilməsi üçün Bakı şəhərində işə girib. Uşağını zorla iddiaçıya verməyib. Elay öz xoşuyla atasının yanında qalmaq istəyib. Elayı yenə də qəbul etməyə hazırdır. Aralarında alimentlə bağlı heç bir razılaşma olmayıb. İddiaçı azyaşlı uşağını bəhanə edir. Valideyn kimi uşaqlarına baxmaq onun da borcudur. Müalicə olunmaqla bağlı işdən çıxıb, Oğuz rayonuna qayıdıb. Maddi imkanı yaxşı deyil. Hazırda maddi ehtiyacı olan şəxs odur. İddiaçı isə 50 manat pulu da ödəmək istəmir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilini, eləcə də cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, M.Əzizbəyov küçəsi, ev 12-dir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 14 aprel 2022-ci il tarixli, e-2(054)-98/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 iddiaçının yanında qalması müəyyən edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçının Elay Məmmədzadənin saxlanması üçün cavabdehə aliment ödəməkdən azad edilməsi qət edilmiş, iddia tələbi iddiaçının xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün cavabdehə aliment ödəməkdən azad edilməsinə dair hissədə təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə qeydə alınmış nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-134/2022 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş Elay Məmmədzadə və xx.xx.2013-cü il tarixdə anadan olmuş Məryəm Məmmədzadə anasının himayəsində saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-T 212591 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Bayan kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 16 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası X6r. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 120262 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X7 xx.xx.2016-cı ildə nikah bağlamış, bu barədə Oğuz rayon Bayan kənd icra nümayəndəliyində nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 18 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərarvada Məmmədov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 820225 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Oğuz rayon Bayan kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 50 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası X3r. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və ya daha artıq uşağa görə yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə muraciət edildiyi vaxtdan tutulur. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2009-cu ildə rəsmi nikahla ailə qurmuş, həmin nikahdan onların 2010 və 2013-cü il təvəllüdlü iki uşağı doğulmuşdur. Tərəflərin nikahı 2015-ci ildə məhkəmə qaydasında pozulub, həmin qətnamə ilə iki uşaq anada saxlanılıb, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 50 manat alimentin tutulması müəyyən edilib. 2021-ci ilin sonuncu ayından 2010-cu il təvəllüdlü Elay atası ilə yaşamağa başladığından iddiaçı məhkəməyə müraciət edərək onun yanında qalması, hər iki uşaq üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-134/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 100 manat alimentdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)- 98/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən- Elayın atanın yanında qalması və qətnamə qanuni qüvvəyə mindiyi gündən onun saxlanması üçün tutulan alimentdən iddiaçının azad edilməsi hissəsində təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü Məryəm Məmmədzadənin saxlanılması üçün tutulan alimentdən azad edilməsi hissəsində rədd edilmişdir. Hazırda iddiaçı, onun nümayəndəsi və vəkili 2010-cu il təvəllüdlü Elay üçün cəmi 220 manat, bu mümkün olmadıqda heç olmasa 50-70 manat həddində alimentin cavabdehdən tutulmasını xahiş edir, bunu onunla əsaslandırırlar ki, iddiaçı işləmir, maddi imkanı aşağıdır, himayəsində Elaydan başqa ikinci nikahdan doğulmuş 2016-cı il təvəllüdlü daha bir övladı da vardır. Əvvəllər hesablanmış aliment borcuna görə cavabdeh şikayət etdiyindən icra şöbəsində onun barəsində tədbirlər görülür, bu isə məhrumiyyətlərə səbəb olur. İddia tələbinin verilməsi aliment borcunun aradan qaldırılması məqsədi daşıyır. Cavabdeh iddia tələbinə etiraz edərək hazırda müalicə aldığından işləmədiyini, maddi ehtiyacı olduğunu bildirir. Qeyd olunanlara əsasən məhkəmə bildirir ki, tərəflərin nikahı pozularkən cavabdehin himayəsində olan iki övladına cəmi 100 manat alimentin iddiaçıdan tutulması müəyyən edilmişdir. 2022-ci ildə iddiaçı Elayın onun yanında qalmasının müəyyən edilməsi ilə yanaşı uşaqlar üçün tutulan alimentdən azad olunmasını da xahiş etmiş, onun tələbi qeyd edildiyi kimi qismən təmin olunmuşdur. Həmin qətnamə ilə bildirilmişdir ki, Elayın iddiaçının yanında qalması müəyyən edildiyindən iddiaçı həmin uşaq üçün cavabdehə aliment ödəməkdən azad edilməlidir. Bununla bərabər ikinci uşağın cavabdehin yanında qalmasına və iddiaçı özünün yanında qalan uşaq üçün aliment tələb etməməsinə baxmayaraq bu, cavabdehin öz yanında qalan uşaq üçün digər valideyndən aliment tələb etmək hüququnu istisna etmir. Bundan əlavə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat olmasına baxmayaraq bir uşaq üçün təyin edilmiş alimentin miqdarı 50 manat olmaqla cüzi hesab edildiyindən və iddiaçının həmin uşağa görə aliment ödəməkdən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbinin həmin hissədə təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə iş materiallarından göründüyü kimi, tərəflərin hər biri ilə uşaq qalmışdır və belə olan halda, qanunvericiliyin tələbi ondan ibarətdir ki, yalnız bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər, buna görə də məhkəmə hesab edir ki, işin digər halları ilə birgə qanunvericiliyin tələbi də nəzərə alınmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 09 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-436/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-436/2023
21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver