Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-510/2025 04.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin 8(054)-51/2025 nömrəli, 23 may 2025-ci il tarixli qərardadına əsasən müəyyən edilmiş 0,76 misli həddində indeksasiya məbləğinin azaldılaraq 0,30 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdən başlayaraq məndən hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 80 (səksən) manat - cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğindən az olmamaqla aliment tutularaq 08 iyun 2011-ci il tarixdə anadan olmuş X7 və 07 may 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı X1 verilməsi qət edilmişdir. 2025-ci il tarixdə Mikayılova (Lətifova) X6 Rayon Məhkəməsinin 2(054)-136/ 2015 nömrəli qətnaməsi ilə sonrakı artımlar da nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad çıxarılmasına dair Oğuz Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məsafənin uzaqlığına görə o, məhkəmə iclasında iştirak edə bilməmişdir. Keçən müddət ərzində o ailə qurmuşdur. Nikahları olmasa da, o, X8 ilə faktiki nikah münasibətindədir və birlikdə ünvan 1 ünvanında kirayədə yaşayırlar. Birgə nikah münasibətlərindən 21 fevral 2020-ci il tarixdə X4 adlı bir övladı anadan olmuşdur. Beyləqan şəhərində kirayədə yaşayır və işləmir. Öhdəsində olan övladının tələbatını çətinliklə ödəməyə çalışır. İndeksasiya olunmuş alimenti ödəməsi isə faktiki olaraq mümkün olmayacaqdır. Oğuz Rayon Məhkəməsinin 8(054)- 51/2025 nömrəli, 23 may 2025-ci il tarixli qərardadına əsasən Mikayılova (Lətifova) Aysel Fəxrəddin qızının ərizəsi təmin edilmiş, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində indeksasiya olunmuşdur. Oğuz Rayon Məhkəməsinin 8(054)-51/2025 nömrəli, 23 may 2025-ci il tarixli qərardadından narazıdır. Belə ki, hazırda xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 nömrəli qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunması onun vəziyyətini daha da ağır vəziyyətə salmışdır. Hər uşaq üçün 304 manat, cəmi 608 manat alimentin onun tərəfindən ödənilməsi mümkünsüzdür. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, aliment məbləği indeksasiya olunduqdan sonra məbləğ hədsiz yüksəlmişdir. O, hazırda hər ay həmin məbləği ödəmək iqtidarında deyildir. Belə ki, belə olan halda o, ailəsinin maddi ehtiyaclarını ödəyə bilmir. O, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment ödəyə bilər. Qeyd etdiklərinə əsasən aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 onun yanında qalması müəyyən edilmişdir. Uşaqlar hazırda da onun özünün himayəsindədirlər. O, öz valideynlərinin evində qalır və hazırda valideynləri onkoloji xəstədirlər. Uşaqlar da xəstədir və onların baxıma ehtiyacı vardır. O, başqa şəxslərin evini təmizləyərək aylıq 500 manat əmək haqqı alır. Lakin bu da uşaqların ehtiyacları üçün kifayət etmir. O, hesab edir ki, hər uşaq üçün ən azı 100 manat, cəmi 200 manat aliment ödənilməlidir. Ona görə də alimentin miqdarının azaldılmasına etiraz edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-51/2025 saylı qərardadından görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində indeksasiya olunmuşdur. -xx.xx.2020-ci il tarixli AZ-İİİ 380947 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarın 8.13-cü bəndinə əsasən Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırda iddiaçı cavabdehlə birgə nikahından anadan olmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə ödəməli olduğu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində alimentin azadılaraq 0,30 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi hazırki aliment məbləğinin kifayət qədər yüksək olmasına, yenidən nikah münasibətlərinə daxil olmaqla həmin münasibətdən 1 övladının dünyaya gəlməsinə beləliklə ailəsinin maddi ehtiyaclarını ödəyə bilməməyinə istinad edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, uşaqların xəstə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş uşaqlar əvvəl olduğu kimi hazırda da cavabdehin yanında yaşayırlar. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-51/2025 saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı iki uşağı dünyaya gəlmişdir. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan dünyaya gəlmiş uşaqlar Cavabdeh himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment müəyyən edilmişdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra məhkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq minimum əmək haqqının 0,76 misli həddində, yəni 2025-ci il üçün 304 manat müəyyən edilmiş, bununla da, onun maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ əvvəli aliment məbləğinə münasibətdə üç dəfədən çox artmışdır ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşalarının, həm də digər ailə üzvlərinin maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Eyni zamanda cavabdeh 2015-ci ildən 2025-ci ilədək, yəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilməsi barədə qərar çıxarılanadək alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin, cavabdeh özü çalışaraq aylıq qazanc əldə edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırki vəziyyətdə indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü, eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olması, bundan əlavə iddiaçının yenidən faktiki nikah münasibətlərinə daxil olması və həmin evliliyindən bir azyaşlı övladının da dünyaya gəlməsi nəzərə alınmaqla, iddiaçının uşaqların saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçının cavabdehə ödəməli olduğu, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində alimentin azadılaraq 160 manat məbləğində, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində tutulmasının müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 (hər uşaq üzrə ayrıayrılıqda) misli həddində sabit pul məbləğində müəyyən edilsin. Alimentin bu qaydada tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-510/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-510/2025
04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver