Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-577/2025 23.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-65/2025 saylı qərardadı ilə xx.xx.2012-ci il təvəlüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün məndən Cavabdeh xeyrinə ödənilməli olan aylıq hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,98 misli həddində sabit pul məbləğində alimentin azaldılaraq hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,25 (sıfır tam yüzdə iyirmi beş) misli, iki uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin cəmi 0,50 (sıfır tam yüzdə əlli) misli həddində həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə Oğuz rayon Xaçmaz kəndi İcra Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Onunla rəsmi nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı üç uşağı olmuşdur. X7 hazırda onun, X5 və X8 isə cavabdehun himayəsindədir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)- 82/2024 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə aramızda olan nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X4 onun, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı iki uşağının Cavabdeh yaninda qalması, iddia tələbinin alimentin tutulmasına dair hissəsinin qismən təmin edilməklə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı iki uşağımızın yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ondan hər ay hər uşağa görə 170 manat, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-65/2025 saylı qərardadı ilə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-82/2024 saylı qətnaməsi ilə, xx.xx.2012-ci il tarixli X5 və xx.xx.2022-ci il tarixdə X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün məndən Cavabdeh xeyrinə hər ay hər uşağa görə ödənilməli olan aylıq 170 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,49 misli həddində indeksasiya edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan ərizəçi Cavabdeh xeyrinə 05 may 2025-ci il tarixdən hesablanılmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,98 (sıfır tam yüzdə doxsan səkkiz) misli həddində indeksasiya edilmişdir. O, hazırda Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-65/2025 saylı qərardadı əsasında hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,98 (sıfır tam yüzdə doxsan səkkiz) misli həddində sabit pul məbləğində aliment ödəməlidir. Qeyd edilən məbləğ həddindən artıq cox olmaqla həm onun aylıq qazancını və ölkə üzrə hazırda yeni boşananlar üçün müəyyən edilən aliment məbləğlərindən dəfələrlə çox olmaqla ödənilməsi onun imkanı xaricindədir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi hazırda birgə nikahdan doğulmuş 3 uşaqdan biri onun, digər ikisi isə cavabdehin himayəsindədir. Hazırkı iddia ərizəsinə baxılarkən bu hal da nəzərə alınmalıdır. Hazırda onun aylıq gəliri təyin edilmiş hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,98 misli həddində sabit pul məbləğində alimenti ödəməyə imkan vermir. Onun gəlirləri ilə həm öz himayəsində olan bir uşağın bütün ehtiyaclarını ödəmək, eyni zamanda iki uşağa görə ödəməli olduğu aliment məbləği arasında kəskin təzad mövcuddur. O, 60(altmış) manat mediasiya xərci və 40(qırx) manat dövlət rüsumu ödəmişdir. "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, aliment məbləği indeksasiya olunduqdan sonra məbləğ hədsiz yüksəlmişdir. O, hazırda hər ay həmin məbləği ödəmək iqtidarında deyildir. Belə ki, o, ictimai nəqliyyat vasitəsinin sürücüsü işləməklə günlük 10-15 manat əldə edir. Eyni zamanda cavabdehlə birgə nikahdan anadan olmuş uşaqlardan biri də hazırda onun himayəsindədir və o, həmin uşağın da maddi ehtiyaclarını ödəməlidir. Qeyd etdiklərinə əsasən aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatına uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasında Bakı şəhərində yaşadığı üçün iştirak edə bilməyəcəyini, alimentin indeksasiya məbləğinin azaldılmasına etiraz etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və Bakı şəhərində yaşamağının nəzəra alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-82/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 iyun 2010-cu il tarixdə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində 16 sayla qeydə alınmış nikah pozulması, 01 iyun 2010-cu il tarixdə anadan olmuş X7 iddiaçının, 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X5 və 25 iyul 2022-ci il tarixdə anadan olmuş X6 Cavabdeh himayəsində saxlanılması, İddiaçı qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq, 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X5 və 25 iyul 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. - Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-65/2025 saylı qərardadından görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054)-82/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində indeksasiya olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarın 8.13-cü bəndinə əsasən Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırda iddiaçı cavabdehlə birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə ödəməli olduğu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində alimentin azadılaraq 0,25 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi hazırki aliment məbləğinin kifayət qədər yüksək olmasına, beləliklə ailəsinin maddi ehtiyaclarını ödəyə bilməməyinə istinad edir. Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş uşaq əvvəl olduğu kimi hazırda da cavabdehin yanında yaşayır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-82/2024 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-65/2025 saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində dəyişiklik olması halları aşkar olunmasa da, iddiaçı məhəkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq hər uşaq üçün minimum əmək haqqının 0,49 misli həddində, yəni 2025-ci il üçün 196 manat müəyyən edilmiş, bununla da, onun maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ əvvəlki aliment məbləğinə münasibətdə əhəmiyyətli dərəcədə artmışdır ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşaqlarının, həm də digər ailə üzvlərinin maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Bundan əlavə, tərəflərin birgə nikahından anadan olmuş uşaqlardan biri hazırda iddiaçının himayəsindədir və o həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tələb etməmişdir. Həmçinin, cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşaqları olsa da, onun əmək qabiliyyətsiz və ya məhdud əmək əmək qabiliyyətli olması halları müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırki vəziyyətdə cavabdehin rəsmi iş yerinin olmaması, indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü, eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olması, bundan əlavə iddiaçının özünün də himayəsində bir azyaşlı övladının olması nəzərə alınmaqla, iddiaçının uşağın saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində tutulmasının müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində sabit pul məbləğində müəyyən edilsin. Alimentin bu qaydada tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-577/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-577/2025
23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver