Məhkəmə qərarları › İş №2(054)-607/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-607/2025

30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-607/2025 30.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X1 xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəlldlü X5 və xx.xx.2014-cü il təvəlldlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 246 manat olmaq, ümumilikdə 738 sabit pul məbləğində alimentin, eləcə də ödədiyi 60 manat mediasiya xərcinin tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X10 cavabdeh X8 ilə 07 noyabr 2006-cı il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəlldlü X12 və xx.xx.2014-cü il təvəlldlü X14 dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlardan münasibətləri normal olmamış, sonradan isə tamamilə pozulmuşdur. Belə ki, Oğuz Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah ləğv edilmiş, birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəlldlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X14 hal-hazırda onun himayəsindədir. Həmçinin, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək isə hər iki valideynin borcudur. Birgə yaşadıqları müddətdə cavabdeh X8 malyar ustası kimi çalışmış, aylıq təxminən 2000 civarında qazanc əldə etmişdir. Lakin onun qazancı leqallaşmadığı üçün təsdiqedici sənəd təqdim olunması mümkün deyildir. Hazırda isə onun əmək fəaliyyəti və qazancı haqqında məlumatı yoxdur. Bundan başqa, nikahlarının ləğv olunduğu vaxtdan hazıradək cavabdeh Mehman Məhərəmov uşaqlarla maraqlanmamış və uşaqların saxlanılması üçün heç bir vəsait ödəməmişdir. Mediatorun iştirakı ilə uşağın təminatının əvvəlki səviyyəsinin mümkün qədər saxlanması məqsədi ilə alimentin məbləği barədə danışıqlara cəhd etməyi heç bir nəticə verməmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" Şəki 1 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Bu hal uşağların maddi təminatının, sağlamlığının onu maraqlandırmadığını təsdiq edir. Ona görə də, X1 3 uşağın saxlanması üçün aliment tutulmasını məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat məbləğində müəyyən etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, uşaqlara tək baxa bilmir. 2025-ci ilin iyun ayında cavabdehlə nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahın pozulmasına dair iddia tələbinə məhkəmədə baxılarkən o, uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməmişdir. O, özü hazırda işləyib 450 manat əmək haqqı alsa da, həmin məbləğ uşaqların ehtiyacları üçün kifayət etmir. Belə ki, 1 uşağın kursu üçün 230 manat, digər uşaqlar üçün isə 300 manat ödəniş etməlidir. Onlar hazırda şəhərdə yaşadıqlarından qiymətlər bahadır. O, 1 uşağın saxlanılması üçün aylıq, təxminən, 500 manat ödəniş etməlidir. Qeyd etdikləri nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, yaşadıqları evi iddiaçıya verərək evdən çıxmışdır. O, hazırda da uşaqlara özü baxır. O, uşaqların hazırlıqlarının pulunu da verir. Uşaqlar üçün aylıq, təxminən 500 manat xərcləyir. Eyni zamanda, o, usta kimi işləyir və qazancından 320 manat kredit borcuna, 80 manat isə kirayə haqqı verir. Uşaqların saxlanması üçün bütün zəruri xərcləri çəkdiyi halda iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsini başa düşə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X8, anası İddiaçı olan xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X14 doğulmuşdur. İş materiallarında olan tərəflər arasında bağlanılmış və xx.xx.2025-ci il tarixli barışıq sazişin surətindən görünür ki, tərəflər aralarında xx.xx.2006-cı il tarixdə Oğuz rayon Bucaq kənd nümayəndəliyində bağlanmış və bağlanması haqqında akt qeydləri kitabında 36 nömrə ilə qeyd edilmiş nikahın onlara barışmaları üçün vaxt verilmədən məhkəmə qaydasında pozulmasına, onların birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 anası X6 himayəsində və yanında saxlanılmasına razıdırlar. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(054)- 360/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 ilə cavabdeh X10 arasında Oğuz rayon Bucaq kənd Nümayəndəliyində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 36 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının cavabdeh X8 ilə faktiki nikahından xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X14 adlı övladları olmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş və birgə nikahlarından anadan olmuş uşaqlar hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246,0 manat, minumum əmək haqqı isə 400,0 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: "8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)." Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə tərəflərin faktiki nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq, cavabdehin iddia tələbinin təmin olunmasına etiraz etmədiyini nəzərə alaraq X1 hər ay 140,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat olmasının nəzrə aldıqda cavabdehdən 140,0 manat alimentin məbləği minimum əmək haqqı məbləğinin (140:400) 0,35 mislini təşkil edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud tələb ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti aliment tələbinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edən zaman 60 manat mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərərlər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilərək cavabdeh X1 60,0 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X1 xx.xx.2025-cı il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə, cavabdeh X1 60,0 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X1 xx.xx.2025-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X1 60,0 manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar