Məhkəmə qərarları › İş №2(054)-61/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-61/2024

28.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-61/2024 28.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X22 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı1 Ramiz qızının, İddiaçı2, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Oğuz rayon Notariat ofisinə, üçüncü şəxs X7 qarşı Oğuz rayon Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2004-cü il tarixli, 216902 saylı müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair işə 28 fevral 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (iddiaçılar) cavabdeh Oğuz rayon Notariat ofisinə (cavabdeh), üçüncü şəxs X7 (üçüncü şəxs) qarşı Oğuz rayon Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2004-cü il tarixli, 216902 saylı müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Oğuz rayon Notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirdi ki, digər iddiaçılar bacılarıdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə ataları X11, anaları X5, ona, bacıları Zərinə və Aynurəyə 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 066A saylı şəhadətnamə atasına verilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi qeydə alınaraq atasının adına 31 may 2004-cü il tarixli, 2047 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Atası həmin evi 31 may 2004-cü il tarixdə 216902 saylı müqaviləyə əsasən X1. 01 iyun 2004-cü il tarixdə Hidayət Kərimov həmin evə dair 2047 saylı yeni qeydiyyat vəsiqəsi almışdır. Müqavilədə alqı-satqının predmeti kimi yalnız ünvan 1 ünvanında yerləşən, 1992-ci ildə çay daşından tikilmiş, üstü şiferlə örtülmüş, ümumi sahəsi 88,5 kv.m olan fərdi yaşayış evi göstərilmişdir. Bu evin satılması üçün onlar notariusa razılıq ərizəsi verməyiblər. Bundan əlavə evin yerləşdiyi torpaq sahəsinin yalnız 1/5 hissəsi atasının mülkiyyətində olub, qalan torpaq sahəsinə onun hüququ olmayıb, yəni torpaq sahəsinin satılması üçün də onlar razılıq ərizəsi verməyiblər. Buna baxmayaraq notarius qanunsuzluq edərək müqaviləni təsdiq edib. Bununla da onların mülkiyyət hüquqları pozulub, onlara çatmalı olan pul məbləğindən məhrum olmuşlar. Evi alanda Hidayət Kərimovun pulu çatmayıb, Qalan pulu 2006-cı ildə verməli idilər. Keçən müddətdə atası xəstələndiyindən bu məsələni araşdıra bilməmişlər. Sonra anası rəhmətə getmişdir. X23 dəfələrlə xəbər göndərmişdir. Atası sağlığında ASAN xidmətə getmişlər, orada torpağın satılmadığı bildirilmişdir. Sonra onlara məlum olub ki, X6 Kərimov onları inzibati məhkəməyə verib.Şəki İnzibati Məhkəməsində iddia rədd edilib. Qorxmaz Kərimov qərardan apelyasiya şikayəti verib, şikayət təmin edilib. Qərardan bacısı Aynurənin adından kassasiya şikayəti verilib. Onları çağırmadan işə baxılıb qanunsuz qərar verilib. Həmin qərardan əlavə kassasiya şikayəti veriblər. Şikayət onlara geri qaytarılıb, burda da hüquqları pozulub. Şəhadətnamə ləğv oluna bilməzdi. Bu torpaq onlara islahat vaxtı verilib. Satıldığı deyilən evdə böyüyüblər. Ataları və notarius onların razılığını almalı idi. Sonra evsiz-eşiksiz qalmışlar. Qardaşının torpağında ev tikib yaşayıblar. Kərimovlar insanlıq naminə onların razılığını almalı idi. Notariusa müraciət ediblər, onlara deyilib ki, müqavilə elə-belə bağlanıb, ləğv etdirin. Müqaviənin və ondan irəli gələn nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı1 İddiaçı2 izahatını təsdiq etdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X4 nümayəndəsi və vəkili X17 iddia tələbinə etiraz edərək bildirdi ki, 2004-cü ildə ünvan 2 ünvanda yerləşən, Oğuz rayon İnventar bürosunun verdiyi xx.xx.2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X9 mülkiyyətində olan fərdi yaşayış evi mülkiyyətçi tərəfindən X12 28000000 manata satılmışdır. Bununla bağlı 216902 saylı müqavilə Oğuz Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Müqavilədən də göründüyü kimi bütün əməliyyat qanuni şəkildə həyata keçirilmişdir. Müqavilənin hüquqi nəticəsi olaraq alıcının mülkiyyəti qeydə alınmış, xx.xx.2004-cü il tarixdə ona qeydiyyat vəsiqəsi və evin texniki pasportu verilmişdir. Hidayət Kərimovun vəfatından sonra onun oğlu-iş üzrə üçüncü şəxs Qorxmaz Kərimov evin torpaq sahəsi ilə birlikdə vahid miras əmlak kimi atasının adına qeyd edilməsi üçün 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, İdarə 0,09 ha torpaq sahəsinə dair şəhadətnamənin olduğunu əsas gətirməklə mərhum X10 mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi qeydə alınmasından imtina etmişdir. Buna görə də X28 İnzibati Məhkəməsinə müraciət edərək X18 və ailə üzvlərinin adına olan JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X10 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasport hazırlanması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-2(116)-524/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan Qorxmaz Kərimovun verdiyi apelyasiya şikayəti təmin olunmuş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-299/2022 saylı qərarı ilə X18 və ailə üzvlərinin adına olan JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X10 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasport hazırlanması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixdə qeyd edilən əmlaka dair X4 adına çıxarış və texniki pasport verilmişdir. Hazırki iş üzrə İddiaçı3 həmin işdə üçüncü şəxs olaraq qərardan verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1037/2023 saylı qərarında göstərildiyi kimi mübahisəli JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə öhdəliklər qoyulmuşdur. İddiaçıların istinad etdiyi torpağa dair mülkiyyət sənədi artıq mövcud deyil, çünki mülki qanunvericiliyə görə ev satılarkən torpaq sahəsi də alıcının mülkiyyətinə verilir. 2004-cü ildə torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd olmadığından torpağın rəsmi alqı-satqısı mümkün olmamışdır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1977-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1981-ci ildə Vartaşen şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri S. Vurğun küçəsi, ev 122B-dir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1983-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 066A (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhər sakinləri X11, X5, X13, X15 və X16 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamə 5761 nömrə ilə qeydiyyata alınmış və bir nüsxəsi X11 verilmişdir. İşə əlavə edilmiş, Oğuz rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixdə 4Ə-1/44 reyestr nömrəsi ilə təsdiq olunmuş 216902 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə satıcı X3 rayon İnventar bürosunun verdiyi xx.xx.2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən, 1992-ci ildə daşdan tikilmiş, üstü şiferlə örtülmüş, 88,5 kv.m ümumi, 48,0 kv.m yaşayış, 40,5 kv.m köməkçi sahəsi olan iki otaqdan ibarət yaşayış evini 28000000 manata alıcı X2, həmin məbləği alıcıdan almışdır. Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər alıcı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsinin və fərdi yaşayış fonduna daxil olan evin texniki pasportunun surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 48,0 kv.m olan yaşayış evi Oğuz rayon Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən X10 adına qeydə alınmış, bu barədə qeyd reyestr kitabının 43-cü səhifəsinə yazılmışdır. Mülki işə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və fərdi yaşayış evinin 405-1/1339 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, ünvan 5 ünvanında 0,09 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının işə əlavə edilmiş 2-1(107)-299/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X4 apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-524/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X18 və ailə üzvlərinin adına hazırlanmış JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X10 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(102)-1037/2023 saylı qərarından görünür ki, üçüncü şəxs İddiaçı3 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(107)-299/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X18 və ailə üzvlərinin adına hazırlanmış JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə hüququn mərhum X12 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan görünür ki, apelyasiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının İddiaçı1 ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1-8-10/2-Q-4234/u23/2023 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarının qəti olduğu, inzibati məhkəmə icraatında əlavə kassasiya qaydasında kassasiya instansiyasının qərarlarına yenidən baxılmasının nəzərdə tutulmadığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 647-ci maddəsinə görə alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların atası X18 qanuni əsaslarla mülkiyyətində olan fərdi yaşayış evini xx.xx.2004-cü il tarixdə X12 28000000 manata satmış, həmin alqı-satqı Oğuz rayon Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Alqı-satqı rəsmiləşdirildikdən sonra Hidayət Kərimov daşınmaz əmlaka dair adına qeydiyyat vəsiqəsi almışdır. Həmin vaxtdan hal-hazıradək iddiaçılar tərəfindən alqı-satqı ilə bağlı hər hansı mübahisəyə dair rəsmi müraciətin olduğu müəyyən edilməmişdir. X14 inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X18 və ailə üzvlərinin adına hazırlanmış JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X10 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) üzərinə qoyulması tələbinin təmin edilməsini xahiş etmişdir. Həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə iddiaçılar üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara əsasən JN 066A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, qərar qanuni qüvvəsini almışdır. İddiaçılar xx.xx.2004-cü il tarixli müqavilənin və ondan irəli gələn hüquqqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar öz tələblərini onunla əsaslandırmışlar ki, fərdi yaşayış evi satılarkən notariat orqanı tərəfindən onların razılığı alınmamış, habelə evin yerləşdiyi torpaq sahəsi aqrar islahat keçirilərkən ailənin mülkiyyətinə verilməklə atalarının torpaq üzərində yalnız 1/5 hissədə payı olduğundan evin və onun altındakı torpaq sahəsinin satılması onların mülkiyyət hüquqlarını pozmuş, haqları çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edildiyi kimi alqı-satqı obyekti olmuş fərdi yaşayış evi xx.xx.2004-cü il tarixli, 2047 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçıların atası X9 tam mülkiyyətində olmuş və onun mülkiyyətində olan əmlakını satması üçün ailə üzvlərinin razılığının alınması qanunda müəyyən edilməmişdir. Müqavilə mülki qanunvericiliyə uyğun şəkildə tərtib və təsdiq edilmiş, müqavilənin ləğv edilməsi üçün əsaslar məhkəmə icraatı zamanı aşkar edilməmişdir. Bundan əlavə həmin vaxt İddiaçı2 27, İddiaçı1 23, İddiaçı3 21 yaşı olmaqla məsələni qiymətləndirmək iqtidarında olmuşlar. İddiaçıların iddia tələbinin təmin edilməsinə dair əsaslarının ikinci hissəsinə gəldikdə məhkəmə icraatı gedişində müəyyən edildiyi kimi iddiaçıların istinad etdikləri torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, qərar qanuni qüvvəsindədir. Buna baxmayaraq iddiaçılar həmin qərarı qəbul etməməkdə israrlıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların irəli sürdüyü arqumentlər mübahisələndirilən müqavilənin ləğvi üçün əsas vermədiyindən, yəni qüvvədə olan mülki qanunvericiliyə əsasən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı normaların pozulduğu müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi hissəsi birinci hissə ilə əlaqəli olduğundan məhkəmə bildirir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsindən istifadə edə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Oğuz rayon Notariat ofisinə, üçüncü şəxs X7 qarşı Oğuz rayon Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2004-cü il tarixli, 216902 saylı müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar