Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-655/2022 07.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borc məbləğinin tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor "xxxx" MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 758,00 manat əsas borc, xx.xx.2021ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1160,00 manat əsas borc və 348,00 manat faiz borcu, həmçinin, 100,00 manat dövlət rüsumu - cəmi 2358,00 manat məbləğin Borclu kreditor "xxxx" MMC-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsində sübutların siyahısı göstərilməmişdir. Bununla da, kreditor iddia ərizəsinin (ərizənin) qanunla müəyyən edilmiş forma və məzmununa riayət etmədən məhkəməyə müraciət etmişdir. Əmr icraatı qaydasında baxılan mülki işlər məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan çıxarıldığından həmin nöqsanların işin icraatı dövründə aradan qaldırılması da mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə hazırki ərizənin və ərizəyə əlavə edilmiş, kreditorun öz tələbini əsaslandırdığı hallara dair iş materiallarında olan digər sənədlərin məzmunundan nisyə alqı-satqı müqavilələri üzrə əsas borc və faiz borcu məbləğlərinin hansı qaydada hesablandığı müəyyən olunmur. Borclunun da ondan tələb olunan məbləğləri mübahisələndirəcəyi istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.1, 279.2 və 279.2.2-ci maddələrinin məzmununa görə verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olunmaması məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, hazırki iş üzrə məhkəmə əmri verilə bilməz. Ona görə də məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Eyni zamanda, kreditora izah edilir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kreditorun həmin tələb üzrə yenidən əmr və ya iddia icraatı qaydasında, (habelə, iddianın qiyməti nəzərə alınmaqla, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268, 276-279-cu maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borc məbləğinin tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəmə əmrinin verilməsi haqqında ərizə və ona əlavə edilmiş sənədlər kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-655/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-655/2022
07.12.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver