Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-66/2024 22.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Oğuz rayon İHB yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs Oğuz rayon İHB yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) qarşı uşaqların himayədə qalması və aliment tələbinə dair mülki işə Oğuz şəhərində 22 yanvar 2024-cü il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) (maraqlı şəxs Oğuz rayon İHB yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixdən 90 manat alimentin tutulması tələbinin təmin edilməsini xahiş etmişdir. Mülki iş xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2009-cu il tarixdə anadan olmuş X2, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yanında qalması və onların saxlanması üçün hər uşağa 30 manat, cəmi 90 manat alimentin cavabdehdən alınaraq ona ödənilməsi tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə xx.xx.2008-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə İlham, xx.xx.2011-ci il tarixdə Canan və xx.xx.2015-ci il tarixdə Arif adlı övladları doğulmuşdur. Cavabdeh iddiası təmin olunmuş, Oğuz Rayon Məhkəməsinin 2(054)-744/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qarşılıqlı razılıq əsasında pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cəmi 90 manat alimentin alınıb anaya verilməsi qət olunmuşdur. Böyük övladı 1-ci qrup əlildir. Keçmiş həyat yoldaşı Sona xx.xx.2023-cü il tarixdə yanıq xəsarəti almışdır, buna görə müalicə olunmaq üçün Almaniyaya getmək istəyir. Uşaqları özü ilə aparmaq imkanı yoxdur. Ona görə də uşaqların ona verilməsi və cavabdehin ona hər uşaq üçün 30 manat olmaqla, cəmi 90 manat aliment verməsi barədə razılaşmışlar. Bu barədə X5 barışıq sazişi bağlamışlar. Uşaqlar hazırda onun yanında Zərrab kəndində yaşayırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddiaçının izahatına uyğun izahat verdi, müalicə üçün Almaniyaya getməli olduğundan övladlarının ataları ilə qalmasına və onların saxlanması üçün cəmi 90 manat aliment verməyə etiraz etmədiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Oğuz rayon İHB yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, hazırki iş üzrə Komissiya tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, tərəflər 2017-ci ildə məhkəmə qaydasında ayrılarkən 2009, 2011 və 2015-ci il təvəllüdlü üç uşaq ananın yanında saxlanmışdır. İddiaçının dediyinə görə cavabdeh uşaqlara baxa bilmir, həmin vaxtdan uşaqlara ata himayədarlıq edir. Artıq neçə aydır ki, uşaqlar ataları ilə birlikdə Oğuz rayonu Zərrab kəndində yaşayır və orada təhsilə cəlb olunmuşlar. Komissiya üzvləri uşaqlarla görüşmüş, onlarla söhbət aparmışlar. Uşaqlar izahat verərək ataları ilə qalmaq istədiklərini bildirmişlər. Cavabdehlə söhbət zamanı o səhhəti ilə bağlı uşaqlara baxa bilmədiyini, uşaqları könüllü olaraq ataya verərək Almaniyaya müalicəyə gedəcəyini bildirmişdir. Komissiyanın araşdırmalarının nəticəsi olaraq xx.xx.2024-cü il tarixli rəylə xx.xx.2009-cu il tarixdə anadan olmuş X2, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 iddiaçı ata İddiaçı yanında saxlanması bu uşaqların mənafeyinə uyğun olmaqla qanuni və əsaslı hesab edilmişdir. (Rəy işə əlavə edilmişdir.) Məhkəmə iddiaçını, cavabdehi, Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsini dinləyib, iş üzrə müəyyən olunmuş halları tədqiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA 23133 saylı şəxsiyyət vəsiqəsinin surətindən və Oğuz rayon İHB Padar İƏD üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 5-68-12/2-136/2023 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, Padar kəndində yaşayır. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 315026 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Oğuz rayonu Zərrab kəndində anadan olmuş, bu barədə Oğuz rayon Yaqubli kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 22 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası Cavabdehdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 698751 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 21 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası Cavabdehdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 601067 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 52 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası Cavabdehdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 2(054)- 744/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Oğuz rayon Padar kənd İƏD üzrə nümayəndəliyində 19 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə anadan olmuş X7, xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 anaları Cavabdeh himayəsində saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa 30 manat olmaqla cəmi 90 manat alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 258766 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında nikah ləğv edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2017ci il tarixdə 165 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə və qadına Əhmədova soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Yenə həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yenə həmin Məcəllənin: 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. (maddə 61.2) Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. (maddə 61.3) Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. (maddə 61) “Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli 499-İQ saylı Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” qərarında hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyətin daha dəqiq müəyyən edilməli olduğu təsbit edilmişdir. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (Xİ Y) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə görə uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Konvensiyann 31-ci maddəsinə görə, iştirakçı dövlətlər uşağın istirahət etmək və asudə vaxta malik olmaq hüququnu, onun yaşına uyğun gələn oyunlarda və əyləncəli tədbirlərdə iştirak etmək və sərbəst surətdə mədəni həyatda iştirak etmək və incəsənətlə məşğul olmaq hüququnu tanıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin rəsmi nikahından 2009, 2011 və 2015-ci il təvəllüdlü üç övladı vardır. Tərəflərin nikahı 2017-ci ildə məhkəmə qaydasında pozularkən hər üç uşaq ananın himayəsinə verilsə də, uşaqlar xeyli vaxtdır ki, iddiaçının yanında və himayəsində yaşamaqla Oğuz rayon Zərrab kənd tam orta məktəbdə təhsillərini davam etdirirlər. Cavabdeh müalicə üçün xarici ölkəyə gedəcəyini bildirərək könüllü şəkildə uşaqların iddiaçının yanında saxlanmaına etiraz etmir. Buna görə də iddiaçı bu məsələnin rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etirazının olmadığını bildirdi. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi də eyni məzmunlu izahat verərək Komissiya üzvlərinin hər üç uşağın atasının himayəsinə verilməsinin məqsədə müvafiq olduğuna dair rəy verdiyini bildirdi. Beləliklə, məhkəmə həm tərəflərin qarşılıqlı razılığını, uşaqların atası ilə yaşamaq istəyini, Komissiyanın rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, xx.xx.2009-cu il tarixdə anadan olmuş X7, xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 iddiaçının himayəsinə verilməlidir. İddianın cavabdehdən hər ay hər uşağa 30 manat, cəmi 90 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün yaşayış minimumu hər ay 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 30 manat alimentin tutulmasını məhkəmədən xahiş etmiş, cavabdeh isə buna etiraz etməmişdir. Buna görə də məhkəmə iclasında müəyyən edilənlərə əsasən ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq valideynlərin uşaqların saxlanmasında bərabər hüquq və vəzifələrə malik olduğunu, onların maddi imkanlarını, tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq məhkəmə iddianın aliment tələbinə aid hissəsinin təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30,80 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2009-cu il tarixdə anadan olmuş X2, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 İddiaçı himayəsində olması (yanında qalması) müəyyən edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 30 manat olmaqla cəmi 90 manat sabit pul məbləğində aliment tutularaq, xx.xx.2009-cu il tarixdə anadan olmuş X2, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Alimentin bu qaydada tutulması 04.12. 2023-cü il tarixdən hesab edilsin. İddiaçı 30,80 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-66/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-66/2024
22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver