Məhkəmə qərarları › İş №2(054)-757/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-757/2025

29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-757/2025 29.01.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Məmmədova Samı̇ rə Mı̇ rfaı̇ q qızının cavabdeh Məmmədov Arı̇ f Hacıbala oğluna qarşı "mənəvi zərər" tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Məmmədova Samı̇ rə Mı̇ rfaı̇ q qızının cavabdeh Məmmədov Arı̇ f Hacıbala oğluna qarşı "mənəvi zərər" tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədova Samı̇ rə Mı̇ rfaı̇ q qızı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə təqdim edilmiş sənədlərin geri qaytarılması və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Məmmədov Arı̇ f Hacıbala oğluna məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxləri dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılması xahiş etdiyindən mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin iş materiallarında olan ********** saylı mədaxil qəbzi görünür ki, Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün iddiaçı tərəfindən 70,80 (yetmiş manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1-ci və 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 70,80 (yetmiş manat səksən qəpik) manat məbləğində pul tam şəkildə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Məmmədova Samı̇ rə Mı̇ rfaı̇ q qızının cavabdeh Məmmədov Arı̇ f Hacıbala oğluna qarşı "mənəvi zərər" tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 70,80 (yetmiş manat səksən qəpik) manat dövlət rüsumu iddiaçı Məmmədova Samı̇ rə Mı̇ rfaı̇ q qızına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar