Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-78/2022 09.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsi X2, Cavabdeh Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı Şəki Regional Ədliyyə İdarəsinin cavabdehlər Oğuz rayon Baş Daşağıl Bələdiyyəsi, Oğuz rayon Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh4 qarşı bələdiyyənin iclas aktının nəticələrinin ləğv edilməsi tələbi barədə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Şəki Regional Ədliyyə İdarəsi cavabdehlər Oğuz rayon Baş Daşağıl Bələdiyyəsi, Oğuz rayon Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh4 qarşı bələdiyyənin iclas aktının nəticələrinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın geri götürülməsi haqqında vəsatət təqdim edib hazırki işin mühiyyəti ilə bağlı iddiaçının cavabdehlərə qarşı hər hansı tələbi qalmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin nümayəndəsi X4 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X5 da ayrı-ayrılıqda məhkəməyə ərizə verərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini bildirmişlər. İş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Qeyd olunan hüquq normalarının ümumi məzmunundan müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verilməsi üçün iddiaçı iddiadan imtina etdiyini yazılı ərizədə qeyd etməli və iddiadan imtina etmənin hüquqi nəticələrinin ona aydın olduğu ərizədə aydın surətdə göstərilməli, habelə, bu imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hazırki ərizənin sonunda iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilsə də, iddiaçı həmin ərizədə iddiadan imtina etdiyini qeyd etmədiyindən və iddiadan imtina etmənin hüquqi nəticələri ərizədə ifadə olunmadığından, habelə, iddiaçı özü də hazırki ərizəsini iddianın geri götürülməsi haqqında ərizə adlandırmaqla, məzmun etibarilə iddia ərizəsinin qaytarılmasını məhkəmədən xahiş etdiyindən məhkəmə hesab edir ki, həmin ərizə iddia ərizəsinin qaytarılması barədə vəsatət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: İddiaçı Şəki Regional Ədliyyə İdarəsinin cavabdehlər Oğuz rayon Baş Daşağıl Bələdiyyəsi, Oğuz rayon Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh4 qarşı bələdiyyənin iclas aktının nəticələrinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Şəki Regional Ədliyyə İdarəsinə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-78/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-78/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver