Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-8/2025 14.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə Cavabdeh1 adına hazırlanmış ilkin sənədlərin iddiaçıya məxsus 105 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi, həmin sənədlər əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1529 reyestr nömrəli alqı-satqı müqaviləsinin həmin hissədə ləğv edilməsi tələbinə dair işə 14 aprel 2025-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (9 saylı Qəbələ Ərazi İdarəsi) qarşı Oğuz şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə Cavabdeh1 adına hazırlanmış ilkin sənədlərin iddiaçıya məxsus 105 kv.m torpaq sahəsinə dair hissədə qismən ləğv edilməsi, həmin sənədlər əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə- 1529 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın həmin hissədə qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Əvvəlki məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, üçüncü şəxs Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisi xx.xx.2024-cü il tarixli, 338 saylı və xx.xx.2024-cü il tarixli, 662 saylı məktublarla işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı Oğuz şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarına əsasən sahibkarlıq məqsədilə tikinti tikmək üçün 105 kv.m torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə xx.xx.2008-ci il tarixdə 820 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Torpaq sahəsinə iddiaçının adına xx.xx.2008-ci il tarixli, A 041902 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək X4 kitabında 553 nömrə ilə qeydə alınmışdır. İddiaçı 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinə adına çıxarışın verilməsini xahiş etmiş, lakin İdarədən xx.xx.2022-ci il tarixli, **********54 saylı məktubla əsassız və qanunsuz cavab verildiyindən iddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə araşdırma aparılarkən məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi hazırki iş üzrə cavabdehlər arasında alqı-satqı olunmuş, Cavabdeh2 adına çıxarış hazırlanmışdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı A 041902 saylı plan-ölçü sənədində qeyd edilmiş 105 kv.m torpaq sahəsinin **********57 reyestr nömrəli çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmin torpaq sahəsinin İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi 2007-ci ildən iddiaçının istifadəsindədir. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərin hansı yolla hazırlandığı ona məlum deyil. Hesab edir ki, Cavabdeh1 adına hazırlanmış ilkin sənədlər qanunsuzdur. Buna uyğun olaraq da həmin sənədlər əsasında bağlanmış əqdlər də qanunsuzdur. Qeyd edilənlərə uyğun olaraq Oğuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Mülki qanunvericilik normaları nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı rədd edərək bildirmişdir ki, Oğuz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli, 23 saylı iclas qərarına əsasən 5 nömrəli Tütünçülük sovxozunun Oğuz şöbəsində tikiləcək 90 yerlik uşaq bağçası-körpələr evinin tikintisi üçün sovxozun torpaq fondundan ayrılan 0,4 ha torpaq sahəsində yerləşən yarımçıq tikili və tikiliyə aid torpaq sahəsi Oğuz rayon 28 May kolxozunun X5 Komissiyasının qərarı əsasında aktla ona əmlak payı olaraq verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 2570 nömrəli alqı-satqı müqaviləsinə əsasən hərracdan satış yolu ilə həmin uşaq bağçasıkörpələr evinin yarımçıq tikilisini, xx.xx.2013-cü il tarixli, 4307 nömrəli alqı-satqı müqaviləsinə əsasən isə yarımçıq tikiliyə aid 0,2099 ha torpaq sahəsini dəyərini tam ödəməklə satın almışdır. Qeyd olunan müqavilələr əsasında həmin əmlaklara dair onun adına çıxarış sənədləri tərtib edilmişdir. O xüsusi mülkiyyətində olan 0,2099 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Bütün sənədlər qanuni əsaslarla tərtib edilmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında digər Cavabdeh1 izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,2099 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almış, həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilmiş, adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və A 401976 saylı plan-ölçü sənədi tərtib edilmişdir. Sahibkardır, lakin torpaq sahəsindən 3 ildir ki, istifadə edə və tikinti işləri apara bilmir. Həmin sahədə özəl uşaq bağçası tikmək fikri var. Bir qrup insan orada işlə təmin olunacaq. Buna baxmayaraq ona maneələr yaradılır. Hesab edir ki, mütəxəssis məsələni araşdırsa, onun sənədinin doğruluğu, iddiaçının sənədinin saxta olduğu öz təsdiqini tapacaq. İddiaçının tələb etdiyi torpaq sahəsi onun mülkiyyətində yerləşə bilməz. Ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib sənədləri araşdıraraq işin hallarını və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, 2(054)-162/2024 saylı qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin ekspertlərinə həvalə etmşdir. Mülki iş (yeni nömrə 2(054)-08/2025) 03 fevral 2025-ci il tarixli, 10/4420 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli hazırlıq iclası və xx.xx.2025-ci il tarixli baxış iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı və Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Üçüncü şəxs Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisi xx.xx.2025-ci il tarixli, 834 saylı və xx.xx.2024-cü il tarixli, 1053 saylı məktublarla notariat ofisində iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, verilmiş mütəxəssis və ekspert rəyləri ilə razı olduğunu bildirdi, əlavə olaraq qeyd etdi ki, mütəxəssis və ekspert rəylərindən göründüyü kimi iddiaçının torpaq sahəsinin qüvvədə olan sənədində göstərilən cizgiləri yerdəki cizgilərlə üst-üstə düşür. İddiaçı da məhz həmin torpaq sahəsindən faktiki istifadə edir. 2007-ci ilədək torpaqlar hərrac yolu ilə satılırdı, lakin sonra bələdiyyələrə torpaq sahələrinin satışının qərarla həyata keçirilməsinə icazə verilmişdir. Hazırki iş üzrə sənəd müqavilədir. İddiaçı torpaq sahəsini 2008-ci ildə satın alıb. Torpaqla bağlı dəfələrlə məhkəmə mübahisələri olub, ona görə də İddiaçı torpağı sənədləşdirə bilməyib. Mübahisə bələdiyyə qərarı və plan-ölçü sənədi ilə bağlıdır. Həmin sənədlər qanuni qüvvədədir. Torpaq şöbəsi tərəfindən verilmiş rəyə əsasən 105 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyəti hesab edilir. Şəki İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsi araşdırılanda da İddiaçı satılmış 105 kv.m torpaq sahəsinin Cavabdeh2 alqı-satqı vasitəsi ilə aldığı torpaq sahəsinin hüdudları daxilində olduğu müəyyən edildiyindən torpağa aid sənədlərin mübahisələndirilməsinin rayon məhkəməsinə aidiyyəti nəzərə alınmaqla inzibati məhkəmədəki ərizəsini geri götürüb. Oğuz şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə Cavabdeh1 adına hazırlanmış ilkin sənədlərin iddiaçıya məxsus 105 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi, həmin sənədlər əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1529 reyestr nömrəli alqı-satqı müqaviləsinin həmin hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, mütəxəssis və ekspert rəylərinə etiraz etmədi, əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə dövlət mülkiyyətinə aid yarımçıq tikili olan binalar özəlləşdirilmişdir. Hazırki mübahisəyə aid torpaq və üzərində olan yarımçıq tikili dövlətə məxsus olub. Bələdiyyə torpağı saxta sənədlərlə satıb. Alqı-satqı yolu ilə aldığı torpaq sahəsinə dair əvvəllər də müxtəlif məhkəmə mübahisələri olub, onun sənədlərində hər hansı problem aşkar edilməyib. İddiaçı ilə görüşəndə o bu işlərdən xəbərinin olmadığını, bu işlərlə qardaşı Dursunun məşğul olduğunu demişdir. Dursun reyestr xidmətini də aldadıb. Onu inzibati məhkəməyə dəvət etsəydilər, mübahisə bu qədər uzanmazdı. İddiaçı öz problemini həll etmək üçün reyestr xidmətini məhkəməyə verməlidir. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən iddiaçı və cavabdeh tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (ləğv edilmiş) işə əlavə edilmiş torpaq sahəsinin A 041902 saylı planı və ölçüsü sənədindən və Oğuz Bələdiyyəsinin möhürlə təsdiq edilməmiş qərarından, torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli, 320 nömrə ilə qeydə alınmış, xx.xx.2008-ci il tarixdə tərtib edilmiş aktından və digər sənədlərdən görünür ki, Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə Oğuz rayonu Kərimli kənd sakini İddiaçı sahibkarlıq üçün Oğuz şəhərində 105 kv.m torpaq sahəsi satılmış, torpaq sahəsi X4 kitabında 20 may 2008-ci il tarixdə 553 nömrə ilə uçota alınmışdır. İddiaçı 30 nömrəli qəbzlə (tarix göstərilməyib) əvvəlcədən Kapital Bankdakı hesabına 200 manat haqq ödəmişdir. (iş vər:12-16, 18) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (ləğv edilmiş) Oğuz rayon şöbəsinin müdiri A.M.Əzizov tərəfindən imza və möhürlə təsdiq edilmiş, işə əlavə edilmiş tarixsiz və nömrəsiz rəydən görünür ki, İddiaçı sahibkarlıq məqsədi ilə ayrılması nəzərdə tutulmuş 105 kv.m torpaq sahəsi Oğuz Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Həmin torpaq sahəsi şərti yararsızdır. (iş vər:17) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-1877/2024 saylı məktubundan görünür ki, İddiaçı adına tərtib edilmiş, Oğuz şəhərində yerləşən 105 kv.m sahibkarlıq məqsədli torpaq sahəsinə aid AN 041902 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olan sənədlər İdarədə saxlanılmır. (iş vər:115) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-1537/2024 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, işə əlavə edilmiş bildiriş məktubunun, xx.xx.2013-cü il tarixli, 4307 saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 4307 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Oğuz şəhəri, Ş.Qurbanov küçəsi ümvanında yerləşən qeyri-yaşayış binasının (90 yerlik uşaq bağçasının yarımçıq tikilisinin) istifadəsində olan 2098,8 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış, əmlakın dəyəri 1070 manat alıcı tərəfindən dövlət büdcəsinə tam ödənilmişdir. (iş vər:67- 70) Həmin məktubla daxil olmuş, işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,2099 ha digər təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. (iş vər:71) Həmin məktuba əlavə edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ünvan 2 ünvanda yerləşən 0,2099 ha digər təyinatlı torpaq sahəsini xx.xx.2019-cu il tarixdə 40000 manata alıcı Cavabdeh2 satmış, bu barədə Şəki Regional “ASAN xidmət” mərkəzi notariat ofisində reyestrdə 4Ə-1529 nömrə ilə qeyd edilmişdir. (iş vər:72-73) İşə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 401976 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,2099 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi Şəki “ASAN xidmət” mərkəzində notariat ofisinin daşınmaz əmlakın xx.xx.202019-cu il tarixli, 4Ə-1529 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. (iş vər:09-11) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-1878/2024 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, işə əlavə edilmiş müəssisənin (obyektin) xx.xx.2013-cü il tarixli, 2570 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi tərəfindən həmin tarixdə keçirilmiş hərracda 01 nömrəli protokola əsasən 90 yerlik uşaq bağçasının yarımçıq tikilisi 2583 manata Cavabdeh1 satılmış, hərracın nəticələrinə uyğun olaraq satıcı Azərbaycn Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh1 arasında həmin müqavilə bağlanmaqla tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. (iş vər:119- 120) Həmin məktubla daxil olmuş, işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli, **********57-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Oğuz şəhəri, Ş.Qurbanov küçəsində dövlət mülkiyyətində istifadədə olan 0,0364 ha torpaq sahəsində yerləşən 90 yerlik uşaq bağçasının yarımçıq tikilisi xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. (iş vər:117-118) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-4152/2024 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planlarından, habelə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4420/2025 saylı məktubu ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 10/4420 saylı ekspert rəyindən görünür ki, Oğuz şəhərində yerləşən, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə sahibkarlıq üçün Oğuz rayonu Kərimli kənd sakini, İddiaçı satılmış, X4 kitabında xx.xx.2008-ci ildə 553 nömrə ilə uçota alınmaqla A 041902 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi (qüvvədə olan) işlənilmiş 105 kv.m torpaq sahəsinin sənəddə göstərilmiş cizgiləri ilə yerdəki cizgiləri üstüstə düşür. Həmçinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli,**********57 reyestr nömrəli çıxarış və A 401976 saylı torpaq sahəsinin planı-ölçüsü sənədinə əsasən Cavabdeh2 mülkiyyətində olan 0,2099 ha torpaq sahəsinin sənəddə göstərilmiş cizgiləri ilə yerdəki cizgiləri üst-üstə düşür. Qərardadın 3-cü sualına cavab olaraq İddiaçı qeyd edilən torpaq sahəsinin Cavabdeh2 torpaq sahəsinin hüdudları daxilində olduğu bildirilmişdir. Qərardadın 5-ci və 6-cı suallarına mücərrəd və əvvəlki sualların cavabları ilə üst-üstə düşən cavablar verilmiş, soruşulan ziddiyyətli məqamlara aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsindən istifadə edə bilər. “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilmiş hərracda 01 nömrəli protokola əsasən 90 yerlik uşaq bağçasının yarımçıq tikilisi 2583 manata Cavabdeh1 satılmış, buna uyğun olaraq satıcı ƏMDK ilə alıcı Cavabdeh1 arasında müəssisənin (obyektin) xx.xx.2013-cü il tarixli, 2570 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyd edilən obyekt xx.xx.2013cü il tarixdə alıcının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona çıxarış verilmişdir. Daha sonra satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 4307 saylı alqı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh1 Oğuz şəhəri, Ş.Qurbanov küçəsi ümvanında yerləşən qeyri-yaşayış binasının (90 yerlik uşaq bağçasının yarımçıq tikilisinin) istifadəsində olan 2098,8 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış, əmlakın dəyəri 1070 manat alıcı tərəfindən dövlət büdcəsinə tam ödənilmişdir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satın alınmış torpaq sahəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona çıxarış verilmişdir. Satıcı Cavabdeh1 tərəfindən ünvan 2 ünvanda yerləşən 0,2099 ha digər təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə 40000 manata alıcı Cavabdeh2 satılmış, bu barədə Şəki Regional “ASAN xidmət” mərkəzi notariat ofisində reyestrdə 4Ə-1529 nömrə ilə qeyd edilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlak xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona çıxarış verilmişdir. Mütəxəssis və ekspert rəyləri ilə iddiaçının 105 kv.m torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi bildirilsə də göründüyü kimi alqı-satqının rəsmiləşdirilməsi əvvəldən qanuni əsaslarla aparılmış, alqı-satqı predmeti olan daşınmaz əmlaka dair sənədlərin ləğvi üçün əsaslar müəyyən edilməmişdir. İddiaçı tərəfindən buna dair sübutlar təqdim edilməmiş, o yalnız onun adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 105 kv.m torpaq sahəsinin mübahisəli torpaq sahəsinin tərkib hissəsi olduğuna dair arqumentə əsaslanmışdır. İşin hazırki hallarından göründüyü kimi alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, məhkəmə araşdırması zamanı 0,2099 ha torpaq sahəsi ilə bağlı çıxarış sənədlərinin verilməsinə əsas olmuş sənədlərə münasibətdə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyən edici sənədlərin həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Beləliklə məhkəmə hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən qeyd olunan hallar nəzərə alınmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(054)-162/2024 saylı qərardadı ilə məhkəmə-tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4420 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz ) manat dövlət rüsumu iddiaçıya aid edilməli, 100 manat ekspertiza xərci iddiaçıdan utulub dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə Cavabdeh1 adına hazırlanmış ilkin sənədlərin iddiaçıya məxsus 105 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi, həmin sənədlər əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1529 reyestr nömrəli alqı-satqı müqaviləsinin həmin hissədə ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüzi) manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-8/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-8/2025
14.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver