Məhkəmə qərarları › İş №2(055)-1135/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1135/2024

30.08.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1135/2024 30.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmri haqqında ərizəni araşdırıb, Müəyyənetdi: Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə məhkəmə əmri haqqında ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsaəsn ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından görünür ki, kreditor ərizədə Borclu ilə yanaşı hazırki işə aidiyyəti olmayan X1 da pul tələb edir.Bu hal isə ərizənin forma və məzmununa dair MPM-in 278-ci maddəsinin tələblərinin pozulması hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmri haqqında ərizə kreditora qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 278, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmri haqqında ərizə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar