Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Saatlı rayonu İş № 2(055)-1150/2023 08.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı Rayon Məhkəməsinin hakimi Sadıqov Mirlətif Süleyman oğlu, Kreditor X1 Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyənetdim: Kreditor X3 ərizə ilə məhkəməyə müraciət edərək Borclu 5000 manat borcun və 100 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5100 manat pulun alınıb ona verilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Kreditor X3 məhkəməyə ünvanladığı əmr icraatı qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, onunla Borclu arasında Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində bağlanmış 16 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 16 aprel 2023-cü il tarixdə qaytarmaq şərtilə 5000 manat pul vermişdir. Dəfələrlə edilmiş xərbərdarlıqlara baxmayaraq borclu 5000 manat borcunu ödəməmişdir. Ona görə də Borclu 5000 manat borcun və 100 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5100 manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. İşdə olan Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində bağlanmış 16 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor X3 Borclu 16 aprel 2023-cü il tarixdə qaytarmaq şərtilə 5000 manat verilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, kreditor X3 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edirəm ki, iş üzrə məhkəmə əmri verilməlidir. Belə ki,tərəflər arasında bağlanan 16 aprel 2022-ci il tarixli kredit müqaviləsi əqdi bağlayan şəxslər tərəfindən imzalandığından əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinin tələbinə uyğun olaraq bağlanmışdır. Tərəflər arasında yuxarıda göstərilən əqd bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 276.1-ci maddəsində əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditorun tələbi aşkardır, həmin tələb Borclu mübahisə edilməyən vəzifəsinə əsaslanır. Şərh olunanlara əsasən Borclu 5000 manat borcun və 100 manat ödənilmiş dövlət rüsumu, cəmi 5100 manat alınaraq kreditor X2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-284-cü maddələrini rəhbər tutaraq Əmredirəm: xx xxxxxx 1996-cı il təvəllüdlü, Saatlı rayonu, Şirinbəyli kəndində yaşayan Borclu 5000 manat borc və 100 manat ödənilmiş dövlət rüsumu, cəmi 5100 (beş min yüz) manat alınaraq 17 oktyabr 1980-cı il təvəllüdlü, Saatlı şəhəri, M.Axundov küçəsi döngə 5, ev 6-da yaşayan X2 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(055)-1150/2023
Saatlı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(055)-1150/2023
08.09.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver