Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1293/2025 27.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İlkin iddia üzrə pul tələbi, qarşılıqlı iddia üzrə mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə rəsmi nikaha daxil olduğu 19 dekabr 2016-cı il tarixdən nikaha xitam verilən 08 avqust 2025-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə görə Cavabdeh tərəfindən ödənilmiş kredit məbləğinin yarısının, yəni, 23.088 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olduğu 19 dekabr 2016-cı il tarixdən nikaha xitam verilən 08 iyul 2025-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə görə Cavabdeh tərəfindən ödənilmiş kredit məbləğinin yarısının, yəni, 22.866 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin rədd edilməsi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə istifadə hüququna xitam verilməklə onun qeydiyyatdan çıxarılması, İddiaçı ilə birgə nikahda olduğu dövrdə, yəni 08 aprel 2024-cü il tarixində “X12” ASC-dən götürdüyü 22500 manat əsas kredit borcunun yarısının, yəni 11250 manat pulun, həmçinin onun üzərində ödəniləcək 10321.94 manat faiz borcunun yarısının yəni, 5160.97 manat pulun, “Bol kart” kreditinin yarısının, yəni 2500 manat pulun, ümumilikdə 18910.97 manat pulun, həmçinin, 350 manat vəkil xidmət haqqının, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 147 manat dövlət rüsumunun İddiaçı tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh 19 dekabr 2016-ci ildə rəsmi nikaha girməklə evlənmişlər. Birgə nikah dövründə 20 dekabr 2017-ci ildə Nilay və 22 may 2022-ci ildə Raul adlı uşaqları doğulmuşdur. Tərəflərin arasında olan münasibətlər pisləşdiyindən Cavabdeh ərizəsinə əsasən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1175/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikah qeydi pozularkan tərəflərin birgə nikahlarından doğulmuş iki nəfər uşağın İddiaçı yanında qalması müəyyən edilmişdir. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə görə müqavilə bağlanmış, mənzilin ümumi sahəsi 45.8 kv.metr, mənzilin 1 kv.metri 1290 manat olmaqla ümumi dəyəri 59082 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi 6000 manat Cavabdeh tərəfindən ödənilmişdir. Həmin tarixdən etibarən Azərbaycan Beynəlxalq Bankı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli əsasında kredit və ona hesablanmış faizlər cavabdeh tərəfindən hər ay "xxxx" ASC-yə ödənilmişdir. Sözügedən mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Buna dair Cavabdeh adına RX ******* nömrəli çıxarış verilmişdir. İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olduğu 19 dekabr 2016-cı il tarixdən nikaha xitam verildiyi 08 iyul 2025-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə görə cavabdehin adından 103 ay müddətində hər ay 444 manat olmaqla 45.732 manat kredit ödənişi edilmişdir. Həmin ödəniş tərəflərin birgə nikahda olduğu və birgə təsərrüfat idarə etdikləri dövrdə olduğundan ilkin iddia üzrə iddiaçı ödənilmiş kredit ödənişinin yarısını, yəni 22.866 manatını ilkin iddia üzrə cavabdehdən tələb edir. Qarşılıqlı iddianı qəbul etmirlər və hesab edirlər ki, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilən və Cavabdeh tərəfindən götürülmüş kreditlərdən İddiaçı xəbəri olmamışdır, həmin kreditlər ailənin ehtiyacları üçün istifadə olunmamışdır. Bu səbəbdən də, həmin məbləğlərin yarısı İddiaçı tələb edilə bilməz. Odur ki, göstərdiklərinin nəzərə alınıb ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasında iştirak etməsə də, 20 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2016-cı ildə rəsmi nikaha girməklə evlənmişlər və Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə gəlin köçmüşdür. Cavabdeh həmin mənzili nikaha girməmişdən əvvəl ipoteka ilə almışdır, 6000 manat ilkin ödəniş etmiş, aylıq ödənişi 444 manat təşkil etmişdir. O, 2018-ci ildə işləməyə başlamışdır. Əvvəlcə Saatlı rayonunun Varxankənd kəndində tibb bacısı kimi işləmiş, 2020-ci ildən X5 işləmişdir. Cavabdeh əmək haqqından yalnız ipotekanı ödəmiş, qalan bütün ailə xərclərini o qarşılamışdır. Həmçinin də, valideynləri də, maddi cəhətdən onlara köməklik etmişlər. Cavabdeh həmişə mərc oyunlarında bütün pulunu uduzmuş, evin xərcləri onun üzərinə düşmüşdür. Cavabdeh mobil tətbiq üzərindən mərc oyunlarının aludəçisi olmuş, bu barədə cavabdehin anasına məlumat vermiş, lakin anası ona inanmamış, əksinə onu cavabdehə şər atmaqda günahlandırmışdır. Cavabdeh uşaqların zəruri ləvazimatlarını belə almağa pul verməmişdir. O, dəfələrlə qonşudan borc pul istəmişdir. Aralarında olan münasibət pisləşdiyindən Cavabdeh ərizəsinə əsasən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1175/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikah qeydi pozularkan birgə nikahlarından doğulmuş iki nəfər uşağın onun yanında qalması müəyyən edilmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınıb ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh 19 dekabr 2016-ci ildə rəsmi nikaha girməklə evlənmişlər. Onların birgə nikah dövründə 20 dekabr 2017-ci ildə Nilay və 22 may 2022-ci ildə Raul adlı uşaqları doğulmuşdur. Tərəflərin arasında olan münasibət pisləşdiyindən Cavabdeh ərizəsinə əsasən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1175/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikah qeydi pozularkan birgə nikahlarından doğulmuş iki nəfər uşağın İddiaçı yanında qalması müəyyən edilmişdir. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə görə müqavilə bağlanmış, mənzilin ümumi sahəsi 45.8 kv.metr, mənzilin 1 kv.metri 1290 manat olmaqla ümumi dəyəri 59082 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi 6000 manat Cavabdeh tərəfindən ödənilmişdir. Həmin tarixdən etibarən Azərbaycan Beynəlxalq Bankı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli əsasında kredit və ona hesablanmış faizlər cavabdeh tərəfindən hər ay "xxxx" ASC-yə ödənilmişdir. Sözügedən mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Buna dair Cavabdeh adına RX ******* nömrəli çıxarış verilmişdir. İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olduğu 19 dekabr 2016-cı il tarixdən nikaha xitam verildiyi 08 iyul 2025-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə görə cavabdehin adından 101 ay müddətində hər ay 444 manat olmaqla 44.844 manat kredit ödənişi edilmişdir. Həmin ödəniş tərəflərin birgə nikahda olduğu və birgə təsərrüfat idarə etdikləri dövrdə olduğundan İddiaçı ödənilmiş kredit məbləğinin yarısını Cavabdeh tələb edir. Həmin tələblə bağlı bildirir ki, tələb əsassızdır. Belə ki, həmin ödənişləri cavabdeh birgə nikah dövründə ödəsə də, şəxsi hesabından ödəmişdir. Ona görə də, ilkin iddia ərizəsi təmin edilə bilməz. Eyni zamanda bildirir ki, Cavabdeh birgə nikah dövründə ailənin ehtiyaclarını qarşılamaq üçün 08 aprel 2024-cü il tarixdə “X12” ASC-dən 19.90 faizlə 48 ay müddətinə 22500 manat kredit, həmçinin, həmin bankdan eyni tarixdə 5000 manat məbləğdə “Bol Kart” krediti götürmüş və həmin kreditlərə görə hər ay 600 manat banka ödəniş edir. Cavabdeh həmin vəsaiti ailənin ehtiyacları üçün sərf etmişdir. Belə ki, həmin vəsait İddiaçı özünə aid olan borclarını, uşaqların qayğıları və ailənin ehtiyacları üçün "xxxx" ASC-dən götürdüyü krediti bağlamaq üçün, həmçinin nikahdan əvvəl ipotekda olan mənzilin ödənişinə xərclənmişdir. Hazırda hesab edirlər ki, birgə nikah dövründə ailənin ehtiyacları üçün götürdüyü kredit məbləğinin və onun üzərində ödəniləcək faiz məbləğinin yarısı, yəni 11250 manat əsas borc və 5160.97 manat faiz borcu, həmçinin “Bol kart” kreditinin yarısı, yəni 2500 manat İddiaçı alınıb Cavabdeh verilməlidir. Həmçinin qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi pozulduğu üçün Cavabdeh birgə nikahdan əvvəl aldığı, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzildən İddiaçı istifadə hüququna xitam verilməli və o, həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Ona görə də, ilkin iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasında iştirak etməsə də, 20 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2022-ci ildə avtomobil almışdır. İddiaçı həmin dövrdə mediasiya təşkilatına müraciət etmiş, lakin sonradan barışmışlar, İddiaçı da, ərizəsini geri çəkmişdir. O, qeyd etdiyi avtomobili İddiaçı atasının və qardaşının adına 10800 manat kredit götürərək almışdır. Bir müddət keçəndən sonra İddiaçı onunla hər gün mübahisə edərək atasının və qardaşının adına götürdüyü kreditləri bağlamaqda israr etmişdir. O da, 16000 manat dəyərində avtomobili dəyərindən xeyli ucuz qiymətə sataraq həmin kreditləri bağlamışdır. Bir dəfə də, mübahisə etdikdən sonra İddiaçı onu polisə şikayət etmişdir. Bu hadisədən sonra o mənzildən çıxmışdır. İddiaçı nikah qeydi pozulana qədər uşaqlarla həmin mənzildə yaşamışdır. Onlar 2025-ci ilin yanvar ayından ər-arvad kimi bir yerdə yaşamamışlar. 08 iyun 2025-ci il tarixdə evinə gələrkən İddiaçı əşyalarını yığaraq evdən getdiyini görmüşdür. İddiaçı aldığı əmək haqqını özünə sərf etmiş, nə evə, nə də ki, ona əmək haqqından pul xərcləməmişdir. Həmçinin də, İddiaçı işə girmək üçün 5500 manat məbləğində kredit götürmüş, ailəli olduqları müddət ərzində aldığı əmək haqqını öz kreditinə vermiş, o ipoteka kreditini tək ödəmişdir. Hər dəfə işə gedəndə evin xərcləri üçün İddiaçı 100-150 manat pul saxlamış, bundan əlavə evin bütün xərclərini o qarşılamışdır. İddiaçı ipoteka kreditindən bir qəpik də olsa ödəniş etməmişdir. Bundan əlavə, o, 22500 manat kredit götürmüş, onun 13000 manatını köhnə krediti bağlamış, 5000 manat digər kredit kartında olan borclarını bağlamış, 6000 manat isə kredit götürdüyü bankda olan kreditini bağlamışdır. Hal-hazırda aldığı 2000 manat əmək haqqından özünə pul qalmır. Hər ay alimentə və əvvəlki aliment borclarına görə əmək haqqından 1400 manat çıxılır, qalan məbləğdən 444 manat ipoteka kreditinə tutulur. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq ilkin iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehlə uzun illər qonşuluqda yaşamışdır. İddiaçı və cavabdeh ailə qurduqdan sonra normal ər-arvad kimi yaşamışlar. Lakin, son iki ildə mübahisələri dözülməz hala gəlib çıxmışdır. O, bir neçə dəfə iddiaçıya səs-küydən narahat olduqları barədə irad bildirmişdir. İddiaçı və cavabdeh boşanana qədər bir yerdə yaşamışlar. Son dəfə 08 iyun 2025-ci il tarixdə iddiaçı ona mənzildən köçdüyünü yazmışdır. İyun ayına qədər iddiaçının həmin mənzildə yaşadığını görmüşdür. Cavabdeh 15 gün işdə, 15 gün evdə olduğundan onu çox görməmişdir. Lakin, cavabdehin ailəsinə qarşı laqeyd olduğunu bilmişdir. Hətta İddiaçı bir neçə dəfə ondan borc pul istəmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2(010)-1175/2025 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan 19 dekabr 2016-cı il tarixdə İmişli rayon Qeydiyyat Şöbəsində bağlanmış 721 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından 21 dekabr 2017-ci il təvəllüdlü X6 və 22 may 2022-ci il təvəllüdlü X7 adlı iki nəfər uşağın İddiaçı yanında qalması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün gəlirlərin 1/3 hissəsi miqdarında alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh 08 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edərək göstərmişdir ki, 2 aya yaxındır ki, faktiki olaraq münasibətləri yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh ilə «Xəzər İnşaat XXİ Əsr” MMC arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsinə əsasən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «D» massivində 9 saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, “B” blok, 6-cı mərtəbə, “E” nömrəli, 1 otaqlı mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin ümumi sahəsi 45.8 kv.metr, mənzilin 1 kv.metri 1290 manat olmaqla müqavilənin ümumi dəyəri 59082 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi 6000 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş borcalan Cavabdeh ilə borcverən "xxxx" ASC arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli, 10-xx-xx-2015-AF-GY saylı kredit müqaviləsinə əsasən borcverən borcalana 53082 manat məbləğində kredit verilməsini, borc alan isə həmin krediti 240 ay müddətində hər ay 444 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 oktyabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, 41.8 kv.metr sahəsi olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzil Cavabdeh mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 08 aprel 2024-cü il tarixli CC/00417/A2/3 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 19.90% olmaqla 48 ay müddətinə 22500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar “X12” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 01 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh «X12” Açıq Səhmdar Cəmiyyətinə 08 aprel 2024-cü il tarixli CC/00417/A2/3 saylı kredit müqaviləsi üzrə əsas borcu 16645,68 manat, faiz borcu 193,41 manat, cərimə borcu 37,59 manat, cəmi borcu 16876,68 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 08 aprel 2024-cü il tarixli AL/69548/A1/3 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 59 ay müddətinə, illik 25%-lə 5000 manat məbləğində kreditin xəttinin açılması ilə əlaqədar «X12” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 01 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh «X12” Açıq Səhmdar Cəmiyyətinə 08 aprel 2024-cü il tarixli AL/69548/A1/3 saylı kredit müqaviləsi üzrə əsas borcu 4708,39 manat, faiz borcu 160,23 manat, cərimə borcu 28.20 manat, cəmi borcu 4896,82 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 18 sentyabr 2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 08 aprel 2024-cü il tarixdə "xxxx" ASC-yə olan kredit borcundan 12379 manat ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ərarvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə müvafiq olaraq, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə aşağıdakılar aid edilir: - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 4.15-ci bəndinə görə birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. İş materiallarından göründüyü kimi, ilkin iddia tələbi Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «D» massivində 9 saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, “B” blok, 6cı mərtəbə, “E” nömrəli, 1 otaqlı mənzilə birgə nikah dövründə çəkilmiş xərclərdə, yəni kredit ödənişinin ödənilməsində iştirakla əlaqədar pul vəsaitinin yarısının Cavabdeh tələb edilməsi ilə bağlıdır. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh ilə borcverən "xxxx" ASC arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli, 10-xx-xx-2015-AF-GY saylı kredit müqaviləsinə əsasən borcverən borcalana sonuncu ilə «Xəzər İnşaat XXİ Əsr” MMC arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli ********* nömrəli müqavilənin predmeti olan, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «D» massivində 9 saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, “B” blok, 6-cı mərtəbə, “E” nömrəli, 1 otaqlı mənzilin alınması üçün 53082 manat məbləğində kredit verilməsini, borcalan isə həmin krediti hər ay 444 manat olmaqla 240 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər birgə nikahda olduğu 19 dekabr 2016-cı il tarixdən nikaha xitam verildiyi 08 iyul 2025-ci il tarixədək olan dövrdə, yəni 103 ay ərzində ayda 444 manat olmaqla, cəmi 45732 manat kredit ödənilmişdir. İddiaçı cavabdehlə arasında olan nikah qeydinin pozulması və həmin evin Cavabdeh qalmasını əsas tutaraq nikahda olduqları müddət ərzində ailənin ümümi vəsaiti hesabına 103 ay müddətində ödənilmiş 45732 manat kredit ödənişinin yarısını, yəni 22.866 manat tələb edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2(010)- 1175/2025 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin arasında olan faktiki nikah münasibətlərinə 2 ay əvvəl, yəni 2025-ci ilin may ayında xitam verilmiş və həmin vaxtdan sonra tərəflər birgə təsərrüfat idarə etməmişlər. İlkin iddia üzrə Cavabdeh və nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı zamanı verdikləri izahatlarında 19 dekabr 2016-cı il tarixdən nikah münasibətlərinə faktiki xitam verildiyi 2025-ci ilin yanvar ayınadək olan müddətdə tərəflərin ər-arvad olaraq birgə təsərrüfatı etmələrinə baxmayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə görə İddiaçı hər hansı məbləğdə ödəniş etmədiyini, aylıq ödənişləri Cavabdeh öz əmək haqqından ödədiyini, belə olan halda ödənilmiş kredit ödənişinin yarısını İddiaçı tələb etməsinin əsassız olduğunu bildirmiş və ilkin iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfin etirazları ilə razılaşmayaraq diqqətə çatdırır ki, birincisi Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda sadalanan normalarından göründüyü kimi, ər-arvadın birgə nikah dövründə ailə təsərrüfatı hesabına kredit təşkilatına etdiyi ödənişlər də ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. İkincisi, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Göründüyü kimi, qeyd olunan normanın mənası baxımından hazırki halda mənzilə görə aylıq kredit ödənişlərinin təkcə Cavabdeh tərəfindən ödənilməsi həmin ödənişdə İddiaçı payını inkar etmək üçün əsas hesab oluna bilməz. Ona görə də, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfin etirazlarının dəlilləri əsassızdır və İddiaçı tələbi əsaslı olmaqla məhkəmə qaydasında müdafiə olunmalıdır. Lakin tərəflərin münasibətlərinə 2025ci ilin yanvar ayında deyil, faktiki olaraq 2025-ci ilin may ayında xitam verildiyinə görə, yəni tərəflər həmin vaxtdan sonra birgə təsərrüfat idarə etmədiyindən müvafiq hesablamalar nikah qeydi məhkəmə qaydasında pozulan tarixə qədər deyil, tərəflərin birgə təsərrüfat idarə etməyi dayandırdığı vaxtadək (2025-ci ilin may ayına qədər) aparılmalıdır. Buradan da görünür ki, İddiaçı, onunla Cavabdeh rəsmi nikaha daxil olduğu 19 dekabr 2016-cı il tarixdən nikaha xitam verildiyi tarixədək olan müddətdə (99 ay) Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə görə Cavabdeh tərəfindən ödənilmiş kredit məbləğinin (99x444=43956 manat) yarısını, yəni, 21.978 (43956:2=21978) manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.35-ci bəndinə görə Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Sözügedən qərarın 6.40-cı bəndinə görə ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia tələbi İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə istifadə hüququna xitam verilməklə onun qeydiyyatdan çıxarılması, Cavabdehlə İddiaçı birgə nikahda olduğu dövrdə, yəni 08 aprel 2024-cü il tarixində “X12” ASC-dən götürdüyü 22500 manat əsas kredit borcunun yarısının, yəni 11250 manat pulun, həmçinin onun üzərində ödəniləcək 10321.94 manat faiz borcunun yarısının yəni, 5160.97 manat pulun, “Bol kart” kreditinin yarısının, yəni 2500 manat pulun, ümumilikdə 18910.97 manat pulun cavabdehdən tələb edilməsi ilə bağlıdır. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh ailənin ehtiyaclarını qarşılamaq üçün 08 aprel 2024-cü il tarixdə - birgə nikah dövründə “X12” ASC-dən 19.90 faizlə 48 ay müddətinə 22500 manat kredit, həmçinin də, həmin bankdan eyni tarixdə 5000 manat məbləğdə “Bol Kart” krediti götürmüşdür. Cavabdeh həmin kredit məbləğlərini ailənin ehtiyaclarını qarşılamaq üçün götürdüyünü, lakin onları faizləri ilə birlikdə tək ödəməli olduğunu əsas gətirərək qeyd edilən məbləğlərin yarısını İddiaçı tələb edir. 01 oktyabr 2025-ci il tarixli arayışlarla müəyyən edilmişdir ki, Cavabdeh «X12” Açıq Səhmdar Cəmiyyətinə 08 aprel 2024-cü il tarixli CC/00417/A2/3 saylı kredit müqaviləsi üzrə əsas borcu 16645,68 manat, faiz borcu 193,41 manat, cərimə borcu 37,59 manat, cəmi borcu 16876,68 manat, 08 aprel 2024-cü il tarixli AL/69548/A1/3 saylı kredit müqaviləsi üzrə əsas borcu 4708,39 manat, faiz borcu 160,23 manat, cərimə borcu 28.20 manat, cəmi borcu 4896,82 manat təşkil edir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi Nümayəndə1 məhkəmə baxışı zamanı verdikləri izahatlarında Cavabdeh götürdüyü kredit məbləğlərini ailənin ehtiyacları üçün xərcləmədiklərini göstərmişlər, belə olan halda götürülmüş kreditlərin ödənişlərinin yarısını İddiaçı tələb etməsinin əsassız olduğunu bildirmişlər və qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh tərəfin etirazları ilə razılaşmayaraq diqqətə çatdırır ki, qarşılıqlı iddia ərizəsinin predmeti olan kredit məbləğləri faizləri ilə birgə qaytarılması şərti ilə birgə nikah dövründə götürülmüşdür və həmin məbləğlərin Cavabdeh tərəfindən ailə ehtiyacları üçün sərf olunmaması inandırıcı deyildir. Həmçinin də, iş materiallarına əlavə edilmiş 18 sentyabr 2025-ci il tarixli hesabdan çıxarışla müəyyən edilir ki, Cavabdeh 08 aprel 2024-cü il tarixdə "xxxx" ASC-yə olan kredit borcundan 12379 manat ödəniş etmişdir. Bu hal da, Cavabdeh 08 aprel 2024-cü il tarixdə «X12” Açıq Səhmdar Cəmiyyətindən götürdüyü krediti həqiqətən də, ailə ehtiyacları üçün sərf etməsini təsdiq edir. Etirazlar yalnız şifahi mülahizələrdən ibarətdir. Ona görə də, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfin etirazının dəlilləri əsassızdır və Cavabdeh tələbi əsaslı olmaqla məhkəmə qaydasında müdafiə olunmalıdır. Məhkəmə diqqətə çatdırır ki, Cavabdeh məhkəmə qaydasında müdafiə olunmalı tələbi sonuncunun götürdüyü kredit məbləğinin yarısından deyil, həmin kreditə görə yaranmış və faktiki ailə münasibətlərinə xitam verildiyi vaxtdan sonra ödənilməmiş qalan borcun yarısından ibarətdir. Odur ki, müvafiq hesablamalar aparılarkən tərəflərin birgə nikah dövründə, yəni birgə təsərrüfat idarə edərkən edilmiş ödənişlər nəzərə alınmalı, birgə nikah dövründə edilmiş ödənişlərə görə yenidən İddiaçı pul tutulmasına yol verilməməlidir. Buradan da, görünür ki, Cavabdeh, onun “X12” ASC-dən götürdüyü 08 aprel 2024-cü il tarixli CC/00417/A2/3 saylı kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun (16645,68 manat əsas borc, 193,41 manat faiz borcu, 37,59 manat cərimə borcu, cəmi 16876,68 manat) və 08 aprel 2024-cü il tarixli AL/69548/A1/3 saylı kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun (4708,39 manat əsas borc, 160,23 manat faiz borcu, 28.20 manat cərimə borcu, cəmi borcu 4896,82 manat) cəminin (16876,68 manat+4896,82 manat=21773,5 manat) yarısını, yəni 10886,75 manat (21773,5 manat:2=10886,75 manat) pulu X2 tələb etməkdə haqlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Məhkəmə qarşılıqlı iddianın İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı həmin mənzilə dair heç bir hüququ yaranmadığından qarşılıqlı iddia tələbi sonuncunun sözügedən mənzilə istifadə hüququna xitam verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir, qeydiyyatdan çıxarılma hissəsində təmin edilməməlidir. Belə ki, Cavabdeh, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini müvafiq icra hakimiyyəti orqanına təqdim edərək sonuncunun sözügedən mənzildən qeydiyyatdan çıxarılmasını həmin orqandan tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər iki tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olduğu 19 dekabr 2016-cı il tarixdən nikaha xitam verildiyi 08 may 2025-ci il tarixədək olan müddətdə (99 ay) Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə görə Cavabdeh tərəfindən ödənilmiş kredit məbləğinin (99x444=43956 manat) yarısı, yəni, 21.978 (43956:2=21978) manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə istifadə hüququna xitam verilməli, Cavabdeh “X12” ASC-dən götürdüyü 08 aprel 2024-cü il tarixli CC/00417/A2/3 saylı kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun (16645,68 manat əsas borc, 193,41 manat faiz borcu, 37,59 manat cərimə borcu, cəmi 16876,68 manat) və 08 aprel 2024-cü il tarixli AL/69548/A1/3 saylı kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun (4708,39 manat əsas borc, 160,23 manat faiz borcu, 28.20 manat cərimə borcu, cəmi borcu 4896,82 manat) cəminin (16876,68 manat+4896,82 manat=21773,5 manat) yarısı, yəni 10886,75 manat (21773,5 manat:2=10886,75 manat) X2 alınaraq Cavabdeh verilməlidir. Tələblər təmin olunan pul məbləğləri hissəsində əvəzləşdirilməli, yekunda Cavabdeh 11091,25 manat (21978 manat- 10886,75 manat=11091,25 manat) alınaraq İddiaçı verilməlidir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə istifadə hüququna xitam verilməlidir. İlkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izah edilməlidir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi sonuncunun sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İşdə olan 17 iyul və 14 avqust 2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı 50 manat mediasiya xərci və 160 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 19 sentyabr 2025-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh 351 manat vəkil xidmət haqqı və 147 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı ödəmiş olduğu 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh ödəmiş olduğu 351 manat vəkil xidmət haqqı və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İlkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 11091 (on bir min doxsan bir) manat 25 (iyirmi beş) qəpik alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzilə istifadə hüququna xitam verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izah edilsin ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 2, 104 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi sonuncunun sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İlkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qalan hissələrdə təmin edilməsin. İddia qaldırılarkən İddiaçı ödəmiş olduğu 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160 manat dövlət rüsumu, cəmi 185 (bir yüz səksən beş) manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qaldırılarkən Cavabdeh ödəmiş olduğu 351 manat vəkil xidmət haqqı və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147 manat dövlət rüsumu, cəmi 498 (dörd yüz doxsan səkkiz) manat İddiaçı alınaraq Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1293/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1293/2025
27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver