Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1330/2023 27.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 avqust 2013-cü il tarixdə anadan olmuş X5, 24 aprel 2016-cı il tarixdə anadan olmuş X3 və 18 avqust 2018-ci il tarixdə anadan olmuş X4 xeyrinə Cavabdeh hər ay hər bir uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2012ci ilin oktyabr ayında Cavabdeh ilə el adəti ilə evlənmiş, 25 aprel 2013-cü il tarixdə isə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahından 01 avqust 2013-cü il tarixdə X8, 24 aprel 2016-cı il tarixdə X6 və 18 avqust 2018-ci il tarixdə X7 adlı üç nəfər uşaqları anadan olmuşlar. Daha sonra Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(055)-154/2023 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi pozulmuş və 01 avqust 2013-cü il tarixdə anadan olmuş X5, 24 aprel 2016-cı il tarixdə anadan olmuş X3 və 18 avqust 2018-ci il tarixdə anadan olmuş X4 onun yanında qalmaları müəyyən edilmişdir. O, ofisiant işləyir və günlük 20 manat əmək haqqı alır. İş olmadığı vaxtlarda isə əkin və heyvandarlıq işləri ilə məşğul olur. Hal-hazırda uşaqların saxlanmasında çətinlik çəkmir, lakin uşaqların təminatını daha yüksək səviyyədə ödəmək üçün aliment tələb etmək hüququndan istifadə edir. Ona görə də göstərdiklərini nəzərə alaraq 01 avqust 2013-cü il tarixdə anadan olmuş X5, 24 aprel 2016-cı il tarixdə anadan olmuş X3 və 18 avqust 2018-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələbi ilə razı deyil. O, hazırda Bakı şəhərində “Vətən mühafizə şirkəti” adlı xüsusi mühafizə xidmətində işləyir və aylıq 350 manat əmək haqqı alır. Bəzən 1-2 həftə ərzində onun işini başqa şəxsə həvalə etdiklərindən işə çıxmır, lakin qalan vaxtlarda mütəmadi olaraq işləyir və əmək haqqı alır. Anası ilə birlikdə Bakı şəhərində kirayədə qalır və anası da işlədiyi üçün maddi məsələlərlə bağlı ona köməklik göstərir. Lakin heç bir məbləğdə aliment ödəməyə imkanı yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 01 avqust 2013-cü il tarixdə, X6 24 aprel 2016-cı il tarixdə, X7 18 avqust 2018-ci il tarixdə anadan olmuşlar və uşaqların atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28 sentyabr 2023-cü il tarixli MŞS/MT 023/2023-0210 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməyə razılıq vermədilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(055)-154/2023 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında 25 aprel 2013-cü il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış 117 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 01 avqust 2013-cü il tarixdə anadan olmuş X5, 24 aprel 2016-cı il tarixdə anadan olmuş X3 və 18 avqust 2018-ci il tarixdə anadan olmuş X4 ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh-ataları İddiaçı yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə Cavabdeh ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara baxış keçirərkən müəyyən olundu ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi vəzifəsində çalışır və aylıq 345 manat əmək haqqı alır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. 01 avqust 2013-cü il tarixdə anadan olmuş X8, 24 aprel 2016-cı il tarixdə anadan olmuş X6 və 18 avqust 2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Məhkəmə iclası zamanı Cavabdeh anası ilə birlikdə Bakı şəhərində kirayə evdə yaşadıqlarını, Bakı şəhərində işləyərək aylıq 350 manat əmək haqqı aldığını, anasının da işlədiyini və ona maddi köməklik göstərdiyini bildirmiş, cavabdehin göstərdikləri iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə tərəfindən Cavabdeh ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara baxış keçirilərkən həqiqətən də cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi vəzifəsində işləməsi və aylıq 345 manat əmək haqqı alması müəyyən olunmuşdur. Məhkəmə həmin məlumatları mötəbər sübut hesab edərək qeyd edir ki, cavabdehin aldığı 345 manat əmək haqqı sadəcə onun yaşadığı evin kirayə pulunun ödənilməsi üçün kifayət edəcək məbləğdir. Cavabdehin aldığı 345 manat əmək haqqı iddiaçının hər uşaq üçün tələb etdiyi 150 manat, ümumilikdə 450 manat alimentin ödənilməsi üçün kifayət etmir. Lakin cavabdehin az əmək haqqı alması və maddi imkanın aşağı səviyyədə olması, onun bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsini yerinə yetirməməsi üçün əsas deyil. Odur ki, göstərilən hallar, həmçinin də iddiaçının özünün izahatında göstərdiyi hallar (hal-hazırda uşaqların saxlanmasında çətinlik çəkməməsi, lakin uşaqların təminatını daha yüksək səviyyədə ödəmək üçün aliment tələb etmək hüququndan istifadə etməsi) nəzərə alınaraq məhkəmə hesab edir ki, aliment minimal məbləğdə, yəni hər uşaq üçün 30 manat məbləğində təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 01 avqust 2013-cü il tarixdə anadan olmuş X5, 24 aprel 2016-cı il tarixdə anadan olmuş X3 və 18 avqust 2018ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 30 manat, cəmi 90 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 24 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh əlavə olaraq 30,80 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 avqust 2013-cü il tarixdə anadan olmuş X5, 24 aprel 2016-cı il tarixdə anadan olmuş X3 və 18 avqust 2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 24 oktyabr 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşağa görə 30 (otuz) manat, cəmi 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Əlavə olaraq Cavabdeh 30 (otuz) manat 80 (səksən) qəpik dövlət rüsumu tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1330/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1330/2023
27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver