Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1417/2025 22.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 dekabr 2018-ci ildə doğulmuş X2 və 18 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli həddində sabit məbləğində alimentin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Sabirabad 1 saylı Mediasiya təşkilatının 24 oktyabr 2024-cü il tarixli, MŞS/MT 023/2024-02186 nömrəli barışıq sazişinə əsasən 25 dekabr 2018-ci ildə doğulmuş X2 və 18 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə tutulan 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli həddində sonrakı artımlar nəzərə alınmaqla təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə evlənərək 07 aprel 2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların nikahından 25 dekabr 2018-ci ildə doğulmuş X2 və 18 iyul 2020-ci ildə doğulmuş X4 adlı iki nəfər uşaqları anadan olmuşlar. Münasibətləri pisləşdiyindən ilk olaraq aralarında olan rəsmi nikah qeydinın pozulması və aliment tələbi ilə bağlı Sabirabad 1 saylı Mediasiya təşkilatına ərizə ilə müraciət etmiş, mediasiya təşkilatında uşaqların onun yanında qalması və iki uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi razılaşdırılmış, rəsmi nikahları isə Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 2(055)-39/2025 saylı qətnaməsi ilə pozulmuşdur. O, iki uşağının saxlanmasında maddi çətinlik çəkdiyi üçün razılaşdırılmış alimentin məbləğinin artırılması barədə Sabirabad 1 saylı Mediasiya təşkilatına ərizə ilə müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya təşkilatı tərəfindən ona bu barədə arayış verilmişdir. Bundan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq Sabirabad 1 saylı Mediasiya təşkilatının 24 oktyabr 2024cü il tarixli, MŞS/MT 023/2024-02186 nömrəli barışıq sazişinə əsasən 25 dekabr 2018-ci ildə doğulmuş X2 və 18 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə tutulan 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli həddində sonrakı artımlar nəzərə alınmaqla təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olaraq özünün maddi ehtiyacını və hər ay ödəməli olduğu 300 manat alimenti güclə ödəyir. Lakin, iddiaçının hazırda tələb etdiyi hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli həddində, yəni iki uşağa görə hər ay 488 manat sabit məbləğdə alimenti ödəmək imkanı yoxdur. O, hazırda olan çətinliklərini, borclarını ancaq 5-6 aya aradan qaldıra bilər ki, həmin müddətdə hər ay ödədiyi 300 manatdan artıq aliment ödəmək iqtidarında deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatının 24 oktyabr 2024-cü il tarixli, MŞS/MT 023/2024-02186 nömrəli barışıq sazişinin surətindən görünür ki, 25 dekabr 2018-ci ildə doğulmuş X2 və 18 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin 01 noyabr 2024-cü il tarixdən başlanaraq hər ayın 1-dən 30-a qədər Cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə razılıq əldə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11 avqust 2025-ci il tarixli MŞS/MT 023/2025-01006 saylı arayışdan görünür ki, bu arayış ilkin mediasiya sessiyasının tarixi və saatı barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, Cavabdeh yazılı şəkildə ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etməsi ilə bağlı İddiaçı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 2(055)-39/2025 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 07 aprel 2020-ci il tarixdə Saatlı rayon Qeydiyyat Şöbəsində bağlanmış 11 saylı nikah qeydi pozulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh 07 aprel 2020-ci ildə nikahlarını rəsmiləşdirmişlər, onların burgə nikahından 25 dekabr 2018-ci ildə Alya və 18 iyul 2020-ci ildə Murad adlı iki nəfər uşaqları doğulmuşdur. Tərəflər arasına olan münasibətlər pisləşdiyindən iddiaçı ilk olaraq rəsmi nikah qeydinın pozulması və aliment tələbi ilə bağlı Sabirabad 1 saylı Mediasiya təşkilatına ərizə ilə müraciət etmiş, mediasiya təşkilatında uşaqların onun yanında qalması və iki uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi razılaşdırılmış, onların rəsmi nikahları isə Saatlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 2(055)-39/2025 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı iki uşağının saxlanmasında maddi çətinlik çəkdiyi üçün razılaşdırılmış alimentin məbləğinin artırılması barədə Sabirabad 1 saylı Mediasiya təşkilatına ərizə ilə müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya təşkilatı tərəfindən ona bu barədə arayış verilmişdir. Bundan sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Sabirabad 1 saylı Mediasiya təşkilatının 24 oktyabr 2024-cü il tarixli, MŞS/MT 023/2024- 02186 nömrəli barışıq sazişinə əsasən 25 dekabr 2018-ci ildə doğulmuş X2 və 18 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh onun xeyrinə tutulan hər ay hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,61 misli həddində təyin edilməsini tələb etmiş, cavabdeh isə iddianı etiraf etməyərək hazırda hər ay iki uşağın saxlanması üçün iddiaçının xeyrinə 300 manat aliment ödəməsini, taksi fəaliyyəti ilə məşğul olsa da üzləşdiyi çətinliklər, borcları və qazancının yaxşı olmaması ona iddiaçının göstərdiyi məbləğdə, yəni hər ay iki uşağa 488 manat məbləğində alimenti ödəmək iqtidarında olmadığını bildirmişdir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, uşaqlarını yetkinlik yaşına çatana kimi saxlamaq cavabdehin valideyn kimi üzərində olan vəzifəsidir. Cavabdehin iddiaya qarşı etirazı (üzləşdiyi çətinlikləri, borcları və qazancının yaxşı olmaması) isə alimentin artırılmaması üçün əsas deyildir. Lakin, alimentin məbləği artırılarkən əvvəlki aliment təyin olunduqdan sonrakı dövrdə cavabdehin maddi vəziyyətində əsaslı dəyişikliyin olmaması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Sabirabad 1 saylı Mediasiya təşkilatının 24 oktyabr 2024-cü il tarixli, MŞS/MT 023/2024-02186 nömrəli barışıq sazişinə əsasən 25 dekabr 2018-ci ildə doğulmuş X2 və 18 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Sabirabad 1 saylı Mediasiya təşkilatının 24 oktyabr 2024-cü il tarixli, MŞS/MT 023/2024-02186 nömrəli barışıq sazişinə əsasən 25 dekabr 2018-ci ildə doğulmuş X2 və 18 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə tutulan 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddində sabit məbləğdə aliment sonrakı artımlar nəzərə alınmaqla ata-Cavabdeh alınıb ana-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan 11 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiyaya müraciət edilməsi üçün 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir, Cavabdeh əlavə olaraq iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Sabirabad 1 saylı Mediasiya təşkilatının 24 oktyabr 2024-cü il tarixli, MŞS/MT 023/2024-02186 nömrəli barışıq sazişinə əsasən 25 dekabr 2018-ci ildə doğulmuş X2 və 18 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə tutulan 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddində sabit məbləğdə aliment sonrakı artımlar nəzərə alınmaqla ata-Cavabdeh alınıb ana-İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci alınıb İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1417/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1417/2025
22.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver