Məhkəmə qərarları › İş №2(055)-1735/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1735/2025

17.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1735/2025 17.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası” İctimai Birliyinin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia qaldırmışdır. “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası” İctimai Birliyinin nümayəndəsi X8 vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası” İctimai Birliyinin nümayəndəsi X8 məhkəməyə təqdim etdiyi vəsatəti müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (6-cı redaksiyada) Nizamnaməsin 67.1-ci maddəsinə əsasən AFFA, onun üzvləri, oyunçuları, vəzifəli şəxsləri, habelə vasitəçilər Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmadıqda, hər hansı mübahisəli məsələni adi məhkəmələrə çıxarmır. İstənilən mübahisə FİFA, UEFA və ya AFFA-nın yurisdiksiyasına təqdim olunur. Həmin Nizamnamənin 68.1-ci maddəsinə əsasən X3 bərabərlik və tərəflərə eyni münasibət prinsiplərinə əsasən yaradılan müstəqil və tərəfsiz tribunaldır. Tribunal iki palatadan ibarətdir: İntizam Palatası və X4 Nizamnəmənin 68.4-cü maddəsinə əsasən X1 səlahiyyət dairəsi və iş qaydası X1 Əsasnaməsinə uyğun olaraq tənzimlənir. Həmin Nizamnamənin 68.6-cı maddəsinə əsasən Arbitraj Tribunalına apellyasiya şikayəti yalnız AFFA-nın daxili prosedurları və hüquqi-müdafiə vasitələrindən tam istifadə olunduqdan sonra verilə bilər. Həmin Nizamnamənin 68.7-ci maddəsinə əsasən X1 qərarlarından şikayətlərə Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsində (CAS) baxılır. Həmin Nizamnamənin 1-ci maddəsinin “ç” bəndində qeyd edilmişdir ki, AFFA, FİFA və UEFA-nın nizamnamələrinin müvafiq müddəalarında müəyyən olunduğu kimi, Lozanna (İsveçrə) İdman Arbitraj Məhkəməsinin (CAS) yurisdiksiyasını tanıyır. İşdə olan və məhkəmə iclasında elan edilmiş AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin 14 iyul 2025-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçının mübahisələndirdiyi tələblə bağlı AFFA-nın daxili orqanlarında müvafiq qərar qəbul olunmuşdur. Göründüyü kimi AFFA, onun üzvləri, oyunçuları, vəzifəli şəxsləri, habelə vasitəçilər arasında yaranmış mübahisələrin ümumiyyətlə adi məhkəmələr çıxarılması istisna olunmaqla bu cür mübahisələrin FİFA, UEFA və ya AFFA-nın yurisdiksiyasına təqdim olunması nəzərdə tutulmuşdur. Müəyyən edilmiş qaydalara görə tərəflər arasında yaranmış mübahisə əvvəlcə danışıqlar yolu ilə həll edilməli, əgər mübahisə danışıqlar yolu ilə həll edilməzsə o, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində həll edilir. AFFA-nın müvafiq komitəsinin (İntizam Komitəsi və ya Oyunçuların Statusu və Transferi Komitəsi) qərarından AFFA-nın daxili prosedurları və hüquq müdafiə vasitələrindən tam istifadə olunduqdan və tərəflər qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın X2 apellyasiya şikayəti verə bilərlər. AFFA-nın X1 qərarından isə narazı qaldıqları təqdirdə İsveçrə İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilə bilər. İddiaçı ilə “X11 Klubu” MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin 8-ci maddəsinə əsasən bu müqavilədən irəli gələn münasibətlər FİFA və AFFA-nın Oyunçuların Statusu və X7 ilə tənzimlənir. Tərəflər arasında yaranmış mübahisə əvvəlcə danışıqlar yolu ilə həll edilməlidir. Əgər mübahisə danışıqlar yolu ilə həll edilməzsə o, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, tərəflər arasında mübahisənin yerli məhkəmələrdə baxılmasını istisna edən razılaşma olduğundan, tərəflər mübahisələrin yerli məhkəmələrdə deyil, AFFA-nın daxili yurisdiksiya orqanlarında, daha sonra isə İdman üzrə Arbitraj Məhkəməsində (CAS) həll olunması barədə razılığa gəldiyindən, yəni hazırki mübahisəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə mülki iş üzrə icraata xitam verilir. Həmin məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçıya qeyd edilən tələblə bağlı müvafiq olaraq AFFA-nın daxili yurisdiksiya orqanlarına və İdman üzrə Arbitraj Məhkəməsinə müraciət etməli olduğu izah olunmalıdır. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Belə ki, mülki iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, qeyd edilən tələblə bağlı müvafiq olaraq AFFA-nın daxili yurisdiksiya orqanlarına və İdman üzrə Arbitraj Məhkəməsinə müraciət edə bilər. Ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar