Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-285/2024 05.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 oktyabr 2012-ci ildə anadan olmuş X4 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(055)- 295/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 13 noyabr 2012-ci il tarixdə Saatlı rayon Əlisoltanlı kənd icra nümayəndəliyində bağlanmış 23 saylı nikah qeydinin pozulması, nikah qeydi pozularkən tərəflərin birgə nikahından 21 oktyabr 2012-ci ildə doğulmuş X3 İddiaçı, 08 may 2017-ci ildə doğulmuş İsgəndərova Selcan Vüsal qızının Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, İddiaçı 08 may 2017-ci ildə doğulmuş İsgəndərova Selcan Vüsal qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün başlanaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(055)-1000/2023 saylı qətnaməsinə əsasən alimentin miqdarının artırılaraq İsgəndərova Selcan Vüsal qızı adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 180 manat sabit pul məbləğində aliment alınıb Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı İsgəndər adlı bir nəfər uşağın saxlanmasında çətinlik çəkdiyi üçün hal-hazırda aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.Çünki iddiaçı özü də həm işsizdir, həm də xəstədir.Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(055)-295/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 13 noyabr 2012-ci il tarixdə Saatlı rayon Əlisoltanlı kənd icra nümayəndəliyində bağlanmış 23 saylı nikah qeydinin pozulması, nikah qeydi pozularkən tərəflərin birgə nikahından 21 oktyabr 2012-ci ildə doğulmuş X3 İddiaçı, 08 may 2017-ci ildə doğulmuş İsgəndərova Selcan Vüsal qızının Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, İddiaçı 08 may 2017-ci ildə doğulmuş İsgəndərova Selcan Vüsal qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 03 mart 2022-ci il tarixdən başlanaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(055)- 1000/2023 saylı qətnaməsindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(055)-295/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 08 may 2017-ci ildə anadan olmuş İsgəndərova Selcan Vüsal qızı adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 180 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ambulator kitabçadan (xəstəlik tarixçəsindən) çıxarışlardan görünür ki, Cavabdeh himayəsində olan İsgəndərova Selcan Vüsal qızı anadangəlmə şikəst və əlildir, sağlamlıq imkanları məhdud olmaqla serebral iflicdən əziyyət çəkir. İşdə olan çıxarışdan görünür ki, İsgəndərova Selcan Vüsal qızı sağlamlıq imkanları məhdud olan uşaq kimi ayda 200 manat müavinət alır. İşdə olan “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür ki, Cavabdeh işsizdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir.Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya iki hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən ikiinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Saatlı Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(055)-295/2022 saylı qətnaməsinə əsasən himayəsinə verilmiş 21 oktyabr 2012-ci il təvəllüdlü X4 adlı bir nəfər uşağın saxlanmasında çətinlik çəkdiyi üçün hal-hazırda aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə İddiaçı Cavabdeh İsgəndər adlı uşağın saxlanması üçün aliment tələb etmək hüququ istisna olunmur. Lakin himayəsində olan anadangəlmə əlil və serebral iflicdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşağa baxan, uşağa görə aldığı müavinətdən başqa heç bir yerdən gəliri olmayan və uşağa baxmaqla əlaqədar digər bir işlə məşğul olması mümkün olmayan cavabdehdən aliment alınması sağlamlıq imkanları məhdud olmaqla mütəmadi müalicə alan Selcan adlı uşağın mənafeyinin pozulmasına, eyni zamanda Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2023cü il tarixli 2(055)-1000/2023 saylı qətnaməsinin icrasının əhəmiyyətsiz olmasına gətirib çıxaracaqdır. İddiaçı isə kifayət qədər əmək qabiliyyətli olmaqla himayəsindəki İsgəndər adlı övladını maddi baxımdan təmin etmək, onun qayğısına qalmaq imkanındadır. Odur ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-285/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 05 mart 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Gülbəniz Atamalı qızına qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-285/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-285/2024
05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver