Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-304/2025 28.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmri haqqında ərizəni araşdırıb, Müəyyənetdi: Kreditor Borclu qarşı 440 manat borcun tutulması tələbinə dair məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə məhkəmə əmri haqqında ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2 və 279.2.2-ci maddələrinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-279.4-cü maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materiallarından görünür ki, kreditor ərizədə Borclu 440 manat pul tələb edərək tələbini təsdiq edən sənəd qismində xx.xx.2017-ci il tarixli kredit müqaviləsini işə əlavə etsə də, həmin müqavilədən iş üzrə yekun nəticəyə gəlinməsi(müqavilənin borclu tərəfindən imzalanmaması və s.) mümkün deyil.Bu hal isə ərizəyə əmr icraatı qaydasında baxılmasının yolverilməzliyinə dəlalət edən hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmri haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmri haqqında ərizənin qəbul olunmasından imtina olunsun. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(055)-304/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-304/2025
28.01.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver