Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-318/2024 05.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər torpaq mülkiyyətçiləri olan mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı arasında bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək 1,96 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 10 saylı qərarı ilə JN 0041, KOD 90802038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızının ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,96 hektar torpaq sahəsi verilmişdir. 01 dekabr 1998-ci il tarixdə həmin torpaq sahəsinin mülkiyyətçiləri 1,96 hektar torpaq sahəsini satmaq istədiklərini ona bildirmişlər. O da torpağın mülkiyyətçilərinə köhnə məzənnə ilə on milyon manat ödəməklə həmin 1,96 hektar torpaq sahəsini birdəfəlik olaraq almışdır. Həmin vaxtdan 1,96 hektar torpaq sahəsini öz mülkiyyəti kimi istifadə etmişdir. O, həmin torpaq sahəsini cavabdehlərdən və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızından alarkən alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi üçün notarat kontoruna müraciət etdikdə ona torpaq sahənin alqı-satqısının rəsmiləşdirilməsinə icazə verilmədiyi bildirilmişdir. Cavabdehlərə həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün onunla birlikdə notariat kontoruna getmələrini bildirsə də, X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızının vəfat etmələri səbəbindən torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər torpaq mülkiyyətçiləri olan mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı arasında bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək 1,96 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 10 saylı qərarı ilə JN 0041, KOD 90802038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun, digər Cavabdeh2 və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızının ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,96 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini birdəfəlik olaraq İddiaçı satmışlar və bu barədə 01 dekabr 1998-ci il tarixli akt tərtib edilərək onlar tərəfindən imzalanmışdır. Sonralar isə X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızının vəfat etmələri səbəbindən qeyd olunan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Ona görə də İddiaçı ona və digər Cavabdeh2 qarşı qaldırdığı iddianı o və digər Cavabdeh2 qəbul edirlər və mülkiyyətlərində olan 1,96 hektar torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasına heç bir etirazları yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağa mülkiyyət hüququna dair JN 0041, KOD 90802038 saylı dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 10 saylı qərarına əsasən JN 0041, KOD 90802038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,96 hektar torpaq sahəsi X3, X2, Cavabdeh2, Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 01 dekabr 1998-ci il tarixli aktdan görünür ki, X3, X2, Cavabdeh2, Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı və Cavabdeh1 Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 10 saylı qərarına əsasən JN 0041, KOD 90802038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 1,96 hektar torpaq sahəsini birdəfəlik olaraq on milyon manata İddiaçı satmışlar. İşdə olan və məhkəmə iclasında elan olunmuş ölüm haqqında şəhadətnamələrin və Saatlı rayon Qeydiyyat Şöbəsinin 08 dekabr 2022-ci il tarixli arayışının surətindən görünür ki, X3 28 may 2000-ci il tarixdə, X2 10 dekabr 2008-ci il tarixdə, X1 10 iyun 1999-cu ildə X5 23 aprel 2000-ci il tarixdə, X9 ölmüşlər. İşdə olan və məhkəmə iclasında elan olunmuş 01 fevral 2024-cü il tarixli ərizədən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 10 saylı qərarına əsasən JN 0041, KOD 90802038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş Saatlı rayonu Bəylər kəndində yerləşən 1,96 hektar torpaq sahəsini 01 dekabr 1998-ci il tarixdə birdəfəlik olaraq on milyon manata İddiaçı satdıqlarını, həmin torpaq sahəsi barədə gələcəkdə heç bir iddia tələblərinin olmayacağını və həmin torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə heç bir etirazları olmadığını bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı da müəyyən olundu ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 10 saylı qərarına əsasən JN 0041, KOD 90802038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızının ümumi birgə mülkiyyətinə verilmiş 1,96 hektar torpaq sahəsini adları qeyd olunan torpaq mülkiyyətçiləri müəyyənləşdirilmiş pul məbləğini iddiaçıdan almaqla 01 dekabr 1998-ci il tarixdə ona satmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı mülkiyyətlərində olan torpaq sahəsini iddiaçıya 01 dekabr 1998-ci il tarixdə satdıqlarından məhkəmə hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi tətbiq edilməlidir. Belə ki, 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, iddiaçı müəyyənləşdirilmiş pul məbləğini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızına vermişdir, yəni əqdi tam olaraq icra etmişdir. Torpaq mülkiyyətçiləri müəyyənləşdirilmiş pul məbləğini İddiaçı alsalar da, sonradan əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışlar. Ona görə də İddiaçı yuxarıda göstərilən hüququn dövlət qeydiyyatına alınması üçün torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 10 saylı qərarına əsasən JN 0041, KOD 90802038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2 və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızının ümumi birgə mülkiyyətinə verilmiş 1,96 hektar torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızının İddiaçı satmaları barədə öz aralarında bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmalıdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 10 saylı qərarına əsasən JN 0041, KOD 90802038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2 və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızının ümumi birgə mülkiyyətinə verilmiş 1,96 hektar torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhumlar X3, X2 və Allahverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızının İddiaçı satmaları barədə öz aralarında bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-318/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-318/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver