Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-352/2025 14.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 18 fevral 2012-ci il təvəllüdlü Kifayət, 15 iyun 2014-cü il təvəllüdlü Şahmurad, 24 may 2015-ci il təvəllüdlü Dəniz, 23 iyun 2016-cı il təvəllüdlü Səma, 11 fevral 2019-cı il təvəllüdlü Günəş və 02 sentyabr 2020-ci il təvəllüdlü Şahmur adlı altı nəfər uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 18 fevral 2012-ci il təvəllüdlü Kifayət, 15 iyun 2014-cü il təvəllüdlü Şahmurad, 24 may 2015-ci il təvəllüdlü Dəniz, 23 iyun 2016-cı il təvəllüdlü Səma, 11 fevral 2019-cı il təvəllüdlü Günəş və 02 sentyabr 2020-ci il təvəllüdlü Şahmur adlı altı nəfər uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 60 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını və alimentin 28 fevral 2025-ci il tarixdən hesablanmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında Saatlı RİHBnın Məmmədabad kənd İƏD-si üzrə nümayəndəlikdə bağlanmış 07 iyul 2015-ci il tarixli 03 saylı nikah qeydi Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, məhkəmə qətnaməsinə əsasən onların birgə nikahından doğulmuş 18 fevral 2012-ci il təvəllüdlü Kifayət, 15 iyun 2014-cü il təvəllüdlü Şahmurad, 24 may 2015-ci il təvəllüdlü Dəniz, 23 iyun 2016-cı il təvəllüdlü Səma, 11 fevral 2019-cı il təvəllüdlü Günəş və 02 sentyabr 2020-ci il təvəllüdlü Şahmur adlı altı nəfər uşağın onuna yanında qalmaları müəyyən edilmişdir. Hal-hazırda uşaqların saxlanılması üçün aliment təyin edilməsinə ehtiyacı var. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X2 18 fevral 2012-ci ildə, X1 15 iyun 2014-cü ildə, X5 24 may 2015-ci ildə, X7 23 iyun 2016-cı ildə, X6 11 fevral 2019cu ildə, X4 02 sentyabr 2020-ci ildə anadan olmuşlar və həmin uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)-1125/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 18 fevral 2012-ci il təvəllüdlü Kifayət, 15 iyun 2014cü il təvəllüdlü Şahmurad, 24 may 2015-ci il təvəllüdlü Dəniz, 23 iyun 2016-cı il təvəllüdlü Səma, 11 fevral 2019-cı il təvəllüdlü Günəş və 02 sentyabr 2020-ci il təvəllüdlü Şahmur adlı altı nəfər uşağın iddiaçının yanında saxlanılması qət edilmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunaraq tərəflərin birgə nikahından anadan olmuş 18 fevral 2012-ci il təvəllüdlü Kifayət, 15 iyun 2014-cü il təvəllüdlü Şahmurad, 24 may 2015-ci il təvəllüdlü Dəniz, 23 iyun 2016-cı il təvəllüdlü Səma, 11 fevral 2019-cı il təvəllüdlü Günəş və 02 sentyabr 2020-ci il təvəllüdlü Şahmur adlı altı nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 28 fevral 2025-ci il tarixdən başlanaraq hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması 28 fevral 2025-ci il tarixdən başlanmaqla dərhal icra olunmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Tutulan alimentin 1 illik məcmusu isə 4320 manatdır (360 manat x 12 ay = 4320 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq rüsum məbləği 63.20 manat təşkil edir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, Cavabdeh ödənilməmiş 63.20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 18 fevral 2012-ci il təvəllüdlü Kifayət, 15 iyun 2014-cü il təvəllüdlü Şahmurad, 24 may 2015-ci il təvəllüdlü Dəniz, 23 iyun 2016-cı il təvəllüdlü Səma, 11 fevral 2019-cı il təvəllüdlü Günəş və 02 sentyabr 2020-ci il təvəllüdlü Şahmur adlı altı nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 28 fevral 2025-ci il tarixdən başlanaraq hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilməmiş 63 (altmış üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-352/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-352/2025
14.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver