Məhkəmə qərarları › İş №2(055)-38/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-38/2023

13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-38/2023 13.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ 13 yanvar 2023-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 1540 manat dəyərində-qızıl üzük (sırğa, zəncir və kulonla birlikdə)dəstinin, ümumilikdə 490 manat dəyərində-2 ədəd qızıl üzüyün, 1800 manat dəyərindəmebel yataq dəstinin, 800 manat dəyərində-1 ədəd künc divanın, 700 manat dəyərində-mətbəx mebelinin, cəmi 500 manat dəyərində-2 ədəd stolun (8 ədəd stulla birlikdə), 200 manat dəyərində-1 ədəd əlavə stolun, 700 manat dəyərində-3 otaq üçün və 1 zal üçün pərdələrin, 300 manat dəyərində-1 ədəd 4 gözlü qaz piltəsinin, 50 manat dəyərində-1 ədəd 2 gözlü qaz piltəsinin, 650 manat dəyərində-1 ədəd paltar yuyan maşının, 400 manat dəyərində-qazan dəstinin (Tefalkeramit), 320 manat dəyərində-nahar və çay dəsti servis dəstinin, ümumilikdə 640 manat dəyərində-4 ədəd xalçanın, 80 manat dəyərində-1 ədəd termosun (elektirik), 360 manat dəyərində- 1 ədəd su təmizləyənin, 850 manat dəyərində-1 ədəd soyuducunun, 1205 manat dəyərindətelevizorun (LC markalı), 190 manat dəyərində-1 ədəd susler sobasının, cəmi 90 manat dəyərində- 5 ədəd qətvə və digər dəsmalların, ümumilikdə 280 manat dəyərində-qurulama dəsmalları, süfrələr, qılaf və mələfələrın, ümumilikdə 300 manat dəyərində-2 ədəd kravatın, ümumilikdə 200 manat dəyərində-4 ədəd yorğanın, ümumilikdə 560 manat dəyərində-8 ədəd taxt döşəyin, ümumilikdə 160 manat dəyərində-8 ədəd balışın, 160 manat dəyərində-16 ədəd döşəkcənin, 70 manat dəyərindəümumilikdə-1 ədəd tavanın (aliminium), ümumilikdə 320 manat dəyərində-mətbəx əşyalarının (qablar, podnislər, stəkanlar, kasalar, boşqablar, 2 ədəd mikser, 1 ədəd ət çəkən maşın və çıl-çıraq) və ya sözügüdən əşyalar olmadıqda onların dəyəri olan ümumilikdə 13200 (on üç min iki yüz) manat pulun Cavabdeh ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 1540 manat dəyərində-qızıl üzük (sırğa, zəncir və kulonla birlikdə)dəstinin, ümumilikdə 490 manat dəyərində-2 ədəd qızıl üzüyün, 1800 manat dəyərində-mebel yataq dəstinin, 800 manat dəyərində-1 ədəd künc divanın, 700 manat dəyərində-mətbəx mebelinin, cəmi 500 manat dəyərində-2 ədəd stolun (8 ədəd stulla birlikdə), 50 manat dəyərində-1 ədəd 2 gözlü qaz piltəsinin, ümumilikdə 480 manat dəyərində-4 ədəd xalçanın, 850 manat dəyərində-1 ədəd soyuducunun, 150 manat dəyərində-1 ədəd kravatın, ümumilikdə 200 manat dəyərində-4 ədəd yorğanın, ümumilikdə 560 manat dəyərində-8 ədəd taxt döşəyin, ümumilikdə 160 manat dəyərində-8 ədəd balışın, 160 manat dəyərində-16 ədəd döşəkcənin, 70 manat dəyərində-ümumilikdə-1 ədəd tavanın (aliminium), ümumilikdə 320 manat dəyərində-mətbəx əşyalarının (qablar, podnislər, stəkanlar, kasalar, boşqablar, 2 ədəd mikser, 1 ədəd ət çəkən maşın və çıl-çıraq) və ya sözügüdən əşyalar olmadıqda onların dəyəri olan ümumilikdə 8830 (səkkiz min səkkiz yüz otuz) manat pulun, həmçinin birgə nigah dövründə əldə etdikləri 200 manat dəyərində-1 ədəd əlavə stolun, 700 manat dəyərində-3 otaq üçün və 1 zal üçün pərdələrin, 300 manat dəyərində-1 ədəd 4 gözlü qaz piltəsinin, 650 manat dəyərində-1 ədəd paltar yuyan maşının, 400 manat dəyərində-qazan dəstinin (Tefal-keramit), 320 manat dəyərində-nahar və çay dəsti servis dəstinin, 160 manat dəyərində-1 ədəd xalçanın, 80 manat dəyərində-1 ədəd termosun (elektirik), 360 manat dəyərində-1 ədəd su təmizləyənin, 1205 manat dəyərində-televizorun (LC markalı), 190 manat dəyərində-1 ədəd susler sobasının, cəmi 90 manat dəyərində-5 ədəd qətvə və digər dəsmalların, ümumilikdə 280 manat dəyərində-qurulama dəsmalları, süfrələr, qılaf və mələfələrın, 150 manat dəyərində-1 ədəd kravatın ümumilikdə 4370 (dörd min üç yüz yetmiş) manat pulun yarısını (1/2 hissəsini), yəni 2185 (iki min bir yüz səksən beş) manatının Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə aralarında Saatlı rayon Mustafabəyli kənd İƏD-si üzrə Nümayəndəliyində 03 saylı nikah qeydə alınmışdır. Heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmiş və Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan 03 saylı nigah qeydi pozulmuşdur.Bundan sonra cavabdeh onu evdən çıxarmışdır.Cavabdeh onu məcburi qaydada evdən çıxaranda ona məxsus olan cehiz əmlakların bir hissəsi həmin evdə qalsa da, digər hissəsi isə cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüşdür. Bu səbəbdən də Cavabdeh tərəfindən qanunsuz götürülən cehiz əmlaklarına dair Saatlı Rayon Məhkəməsində iddia qaldırmışdır. Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmişdir. İddia tələbində göstərdiyi bəzi əmlaklarla bağlı artıq məhkəmə qətnaməsi var, bəziləri isə ilk dəfədir ki, tələb olunur. Belə ki, 1540 manat dəyərində-qızıl üzük (sırğa, zəncir və kulonla birlikdə)dəsti, 490 manat dəyərində-2 ədəd qızıl üzük, “LC” markalı televizor, “Dnepr” markalı soyuducu, 4 ədəd yorğan, 8 ədəd taxt döşəyi, çılçıraq, qablar, tava, 400 manat dəyərində qazan dəsti, nahar və çay dəsti-sevis dəsti, dəsmallar əvvəlki iddia ərizəsində göstərilmişdir. Lakin həmin əmlaklar faktiki olaraq ona verilmədiyindən hazıki iddia tələbində bu əmlakları da göstərmişdir. Ona məxsus digər əmlaklar həmin vaxt cavabdehlə birgə yaşadıqları evdə olduğu üçün həmin əmlakların tələbinə zərurət yaranıb. Ona ailə qurarkən valideyinləri tərəfindən hədiyyə edilmiş əmlaklar cavabdehdən ayrılıb valideyinlərinin evinə gələrkən cavabdehə məxsus olan və birlikdə yaşadıqları evdə qalmışdır. Halhazıra kimi cavabdeh onu həmin evə buraxmır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona məxsus olan əşyaları qaytarmaqdan imtina etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçının özünə məxsus əmlak kimi qeyd etdiyi əşyaların bəziləri birgə nikah dövründə əldə edilmiş, əksər hissəsi ilə bağlı isə məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa, iddiaçı bəzi əmlakların qiymətini şişirtmişdir. Belə ki, birgə nikah dövründə əldə edilmiş mətbəx mebeli 700 manat deyil, 200 manat dəyərindədir. 1 ədəd iki gözlü qaz pilitəsi 50 deyil, 20 manat dəyərindədir.1 ədəd əlavə stol 200 deyil, 100 manat dəyərindədir. 1 ədəd susler sobası 190 manat deyil, 90 manat dəyərindədir.1 ədəd paltaryuyan maşın 650 manat deyil, 100 manat dəyərindədir.1 ədəd xalçanın 160 manat dəyərində, 1 ədəd kravatın 150 manat dəyərində və1 ədəd su təmizləyənin 360 manat dəyərində olmasını qəbul edir. Lakin bildirir ki, bu əmlaklar birgə nikah dövründə əldə edilmişdir. 3 otaq üçün və 1 zal üçün pərdələr də birgə nikah dövründə əldə edilsə də, onların qiymətinin 700 manat olması ilə razı deyil, qiymət aşağı olmalıdır, lakin dəqiq bilmir. Qeyd olunan əmlakların dəyərinin yarısının iddiaçıya verilməsinə etiraz etmir. İddiaçının özü ilə gətirdiyi əmlaklardan qalan isə 1 ədəd 150 manat dəyərində kravat və 2 ədəd 40 manat dəyərində balışdır. Digər əmlakların əksəriyyəti ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, qalanları isə mövcud olmamışdır. Odur ki, göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Məhkəməsinin 18 noyabr 2020ci il tarixli, 2(055)-741/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 03 mart 2004-cü il tarixdə Saatlı rayon Mustafabəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 03 saylı nikah qeydi pozulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(106)-1617/2021 saylı qətnaməsindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(055)-30/2021 saylı qətnaməsinin ilkin iddiaya dair hissədə ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, Cavabdeh çilçıraq, rəngli büllur çil-çıraq, limon qabı, böyük stəkan- 8 ədəd, yorğan 3 ədəd, 6 ədəd dərin boşqab, 6 ədəd dayaz boşqab, 3 ədəd müxtəlif ölçüdə qazan, 1 ədəd ağ rəngli tava, 3 ədəd tava, qazan, 1 ədəd dəm çayniki, ət döyən, qənd doğrayandan 1 ədəd, əl-üz dəsmalı, çay dəsmalı 2 ədəd, 3 ədəd hamam dəsmalı, 3 metr tül pərdə, qara rəngli yarımboğaz çəkmə alınıb iddiaçı verilməsi, birgə nikah dövründə əldə edilmiş “Dnepr” markalı soyuducunun və, “Mazda CX-7” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən vəsaitin yarısının-5500 manatın Cavabdeh tutulub iddiaçıya ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, qətnamə qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu normada qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Qanunun bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İş materiallarından və iddiaçının məhkəmə araşdırması zamanı verdiyi izahatından da göründüyü kimi, iddia ərizəsində tələb olunan bir sıra əmlaklarla bağlı-1540 manat dəyərində-qızıl üzük (sırğa, zəncir və kulonla birlikdə)dəsti, 490 manat dəyərində-2 ədəd qızıl üzük, “LC” markalı televizor, “Dnepr” markalı soyuducu, 4 ədəd yorğan, 8 ədəd taxt döşəyi, çılçıraq, qablar, tava, 400 manat dəyərində qazan dəsti, nahar və çay dəsti-sevis dəsti barədə Şirvan Apellyasiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(106)-1617/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Lakin iddiaçı bildirir ki, həmin əmlaklar faktiki olaraq ona qaytarılmadığından yenidən məhkəmədə iddia qaldırmışdır. Odur ki, qeyd olunan əmlaklarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan iddia həmin hissədə təmin edilə bilməz. İddia ərizəsində göstərilən digər əmlaklara gəlincə, məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə iddia tələbi digər mötəbər dəlillər olmadığından cavabdehin etiraf etdiyi hissədə sübut olunur və bu hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin birgə nikah dövründə əldə edilmş əmlakı bölərkən mətbəx mebelinin evə uyğun quraşdırıldığını nəzərə alaraq cavabdehdə qalmasını məqsədəuyğun sayır. Bundan başqa, iddiaçı tələb etdiyi əmlaklarla bağlı fotoşəkillər təqdim etsə də, cavabdeh həmin fotoşəkillərin əksəriyyərinin birgə yaşadıqları evə aid olmadığını bildirmişdir. Həmçinin həmin fotoşəkillərə baxılarkən fotoşəkillərin bəzilərinin aydın olmadığı, bəzilərinin iddia ərizəsində göstərilən əmlaklarla əlaqədar olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlarla yanaşı bildirir ki, iddiaçı iddia ərizəsində həm özünə məxsus, həm də birgə nikah dövründə əldə edilmiş əmlakları tələb edir. Hansı əmlakların birgə nikah dövründə əldə edildiyini, hansının iddiaçının şəxsən özün məxsus olması barədə iddiaçı mötəbər sübutlar təqdim etmədiyindən və iddiaçının 1992-ci ildə cavabdehlə faktiki nikaha daxil olmasını nəzərə alanda iddiaçının ata evindən cehiz olaraq gətirdiyi əmlakların uzun müddət istismar olunması ilə əlaqədar yarasız hala düşməsini və ya məhv olması ehtimalı yüksək olduğundan məhkəmə qeyd olunan xüsusatlarla bağlı da cavabdehin bildirdiklərini daha mötəbər sübut kimi qəbul edir. Məhkəmə həmçinin iddia ərizəsində göstərilmiş əmlakların uzun müddət istismar olunaraq köhnəlməsi və iddiaçının da etirazının olmaması ilə əlaqədar olaraq cavabdeh tərəfindən göstərilmiş qiymətləri Sabirabad rayon Kooperativ Cəmiyyətinin möhürü və həmin cəmiyyətin əmtəəşünası X1 imzası ilə təsdiq olunmuş rəyi ilə müqayisədə daha mötəbər sübut kimi qəbul edir. Eyni zamanda cavabdeh məhkəmə araşdırması zamanı izahatında 3 otaq üçün və 1 zal üçün pərdələrin də birgə nikah dövründə əldə edildiyini, lakin onların qiymətinin 700 manat olması ilə razı olmadığını göstərsə də, bu barədə hər hansı sübut təqdim etmədiyindən sözügedən əmlakların qiyməti mütəxəssis rəyinə əsasən 700 manat dəyərində qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus 1 ədəd 150 manat dəyərində kravat, 2 ədəd 40 manat dəyərində balış və ya olmadıqda onların dəyəri və birgə nikah dövründə əldə edilmiş 1 ədəd 20 manat dəyərində iki gözlü qaz pilitəsi, 1 ədəd 100 manat dəyərində əlavə stol, 1 ədəd 160 manat dəyərində xalça, 1 ədəd 90 manat dəyərində susler sobası, 1 ədəd 150 manat dəyərində kravat, 1 ədəd 100 manat dəyərində paltaryuyan maşın,1 ədəd 360 manat dəyərində su təmizləyən və 3 otaq üçün və 1 zal üçün 700 manat dəyərində pərdələrin dəyərinin yarısı Cavabdeh alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı 55 manat mediasiya xərci, 80 manat dövlət rüsumu haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilməli, ödənilmiş 80 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçıya məxsus 1 ədəd 150 manat dəyərində kravat, 2 ədəd 40 manat dəyərində balış və ya olmadıqda onların dəyəri və birgə nikah dövründə əldə edilmiş 1 ədəd 20 manat dəyərində iki gözlü qaz pilitəsi, 1 ədəd 100 manat dəyərində əlavə stol, 1 ədəd 160 manat dəyərində xalça, 1 ədəd 90 manat dəyərində susler sobası, 1 ədəd 150 manat dəyərində kravat, 1 ədəd 100 manat dəyərində paltaryuyan maşın,1 ədəd 360 manat dəyərində su təmizləyən və 3 otaq üçün və 1 zal üçün 700 manat dəyərində pərdələrin dəyərinin yarısı Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 55(əlli beş) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar