Məhkəmə qərarları › İş №2(055)-431/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-431/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-431/2023 19.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağa dair alqı-satqı müqaviləsi nəzərə alınaraq torpaq sahəsinin bazar dəyərinin qiymətləndirilərək pulun ödənilməsi tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, satıcı Cavabdeh ilə Saatlı rayonu Qaralar kəndi ərazisində yerləşən 2 hektar 42 sot torpaq sahəsinə dair bağlanmış 18 noyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin nəzərə alınaraq torpaq sahəsinin bazar dəyəri olan 17000 manat pulun, həmçinin dövlət rüsumu və digər xərclərə görə ödənilmiş 1000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Göstərilən mülki işin məhkəmə hazırlıq iclası 19 may 2023-cü il tarixə, saat 11:45ə Saatlı Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb olmadan təkrarən məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etsə də, işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmişdir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpağa dair alqı-satqı müqaviləsi nəzərə alınaraq torpaq sahəsinin bazar dəyərinin qiymətləndirilərək pulun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 141 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 141 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263, 264, 266-268-ci maddələrini rəhbər turaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı torpağa dair alqı-satqı müqaviləsi nəzərə alınaraq torpaq sahəsinin bazar dəyərinin qiymətləndirilərək pulun ödənilməsi tələbinə dair iddia ərizəsi baxlmamış saxlanılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar