Məhkəmə qərarları › İş №2(055)-462/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-462/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-462/2024 30.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü Nuray adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə mərhum bacısı X2 faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların faktiki nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü Nuray adlı iki nəfər uşağı anadan olmuşdur. X8 15 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Bacısı vəfat etdikdən sonra o, Saatlı rayon İcra Hakimiyyəti başçısının 11 dekabr 2023-cü il tarixli, 161 saylı sərəncamına əsasən Gülay və Nuray adlı uşaqların üzərində qəyyum təyin edilmişdir. Hazırda həmin uşaqlar onun himayəsində yaşadığından və həmin uşaqların saxlanmasında maddi çətinlik çəkdiyindən cavabdehdən aliment alınması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, mərhum arvadı X2 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların faktiki nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü Nuray adlı iki nəfər uşağı anadan olmuşdur. X9 15 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Arvadı vəfat etdikdən sonra mərhum arvadının bacısı, hazırki iş üzrə İddiaçı Saatlı rayon İcra Hakimiyyəti başçısının 11 dekabr 2023-cü il tarixli, 161 saylı sərəncamına əsasən Gülay və Nuray adlı uşaqlarının üzərində qəyyum təyin edilmişdir. Hazırda işləmir. Hər uşağa görə ayda 120 manat olmaqla, cəmi 240 manat aliment ödəməyə razıdır. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2008-ci ildə, X7 xx.xx.2013-cü ildə anadan olmuşdur. Həmin uşaqların atası Cavabdeh, anası X1r. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 atası hesab edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X215 fevral 2023-cü ildə vəfat etmişdir. İşdə olan Saatlı RİH başçısının 11 dekabr 2023-cü il tarixli, 161 saylı sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü Gülay Əlili və xx.xx.2013-cü il təvəllüdlü Nuray Əlili üzərində qəyyum təyin edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,xx.xx.2008-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü Nuray adlı iki nəfər uşaq üzərində qəyyum təyin edilımiş İddiaçı həmin uşaqların saxlanmasında çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xx.xx.2008-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü Nuray adlı nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 09 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin alınması həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 13 avqust 2008-ci il təvəllüdlü Gülay və 30 iyul 2013-cü il təvəllüdlü Nuray adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 mart 2024-cü il tarixdən başlanaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300(üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 13 avqust 2008-ci il təvəllüdlü Gülay və 30 iyul 2013-cü il təvəllüdlü Nuray adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 mart 2024cü il tarixdən başlanaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300(üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq iddiaşı İddiaçı xeyrinə ödənilsin. Qətnamənin alimentə dair olan hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-462/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 30 aprel 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 13 avqust 2008-ci il təvəllüdlü Gülay və 30 iyul 2013-cü il təvəllüdlü Nuray adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 mart 2024cü il tarixdən başlanaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300(üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq iddiaşı İddiaçı xeyrinə ödənilsin. Qətnamənin alimentə dair olan hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar