Məhkəmə qərarları › İş №2(055)-498/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-498/2025

15.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-498/2025 15.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi, qanunsuz olaraq açılmış qapının bağlanması, dəymiş maddi ziyanın qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qonşusu olan İddiaçı məxsus torpaq sahəsi ilə aralarında olan hasarın iddiaçının giriş-çıxış darvazası tərəfdən sökülərək 2 metr arxaya çəkməsinin Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması, həmçinin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində maddi zərər kimi 1000 manat pulun və mənəvi zərərin əvəzi kimi 2000 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əaslandırılmışdır ki, Cavabdeh və cavabdehin qızı tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə qanunsuz olaraq mişar daşından olan hasarı aşaraq basqın edilmiş, iddiaçı döyülərək təhqir edilmiş, iddiaçının mülkiyyətindən sərbəst istifadə hüququ pozulmuş, iddiaçıya məxsus torpaq sahəsinin girişi mişar daşından olan daş hasarla zəbt edilmiş, cavabdeh tərəfindən qanunsuz çəkilmiş mişar daşından olan hasarın bir metr hissəsindən iddiaçıya məxsus torpaq sahəsinə tərəf cavabdehin həyətindən qapı yeri açılmış, oraya cavabdeh tərəfindən dəmir qapı qoyulmuş, bununla da iddiaçıya məxsus torpağın girişini qəsb etməyə cəhd edilmiş, həmçinin iddiaçının həyatına qəsd edilməsinə cəhd edilmiş, iddiaçıya məxsus torpaq sahəsindən müxtəlif əşyalar (şlanq, bel, balta, dırmıx, su matoru və s.) və onun həyətinə bitişik qardaşının həyətindən avtomobil hissələri bu hadisədən sonra yoxa çıxmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh qanunsuz olaraq mişar daşından olan hasarını səhv şəkildə çəkərək iddiaçının torpağının girişini daraltmış və avtomobil üçün giriş məhdudlaşmış, bu səbəbdən iddiaçının digər qonşudan müvəqqəti olaraq öz torpağına giriş-çıxış üçün 2 metr yer aldığını qeyd etmişdir. Buna görə iddiaçı torpağının giriş-çıxış darvazasını cavabdehin mişar daşından olan hasarının bitdiyi yerə çəkmişdir ki, cavabdeh daha torpağının girişini zəbt edə bilməsin. Həmçinin özlərini dövlət məmurları kimi təqdim edən və torpaq sahəsinə cavabdehin tələbi ilə baxış keçirməyə gələn bir neçə şəxs iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin faktiki hasarının daxilində daha böyük olduğunu bildirmiş və artıq torpaq sahəsini zəbt etdiyini iddia etmişlər, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişlər. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq Cavabdeh qonşusu İddiaçı məxsus torpaq sahəsi ilə aralarında olan hasarın iddiaçının giriş-çıxış darvazası tərəfdən sökülərək 2 metr arxaya çəkməsinin Cavabdeh üzərinə öhdəlik olaraq qoyulmasını, həmçinin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində maddi zərər kimi 1000 manat pulun və mənəvi zərərin əvəzi kimi 2000 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edərək iddia ərizəsini müdafiə etdiyi göstərmiş və əlavə olaraq bildirmişdir ki, o, sözügedən yerdə 2013-cü ildə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin öz yolu olmuşdur. O, həmin torpağı almamışdan əvvəl digər oğlunun da həmin yerdə evi olmuşdur. Onun oğlunun evi yandıqdan sonra o, icra hakimiyyətindən xahiş etmiş, onlara bələdiyyə vasitəsi ilə həmin yerdən yanğınsöndürən maşının rahat giriş-çıxışı üçün yer vermişlər. 2-3 il əvvəl cavabdeh həmin torpaq sahəsinin qonşuluğunda özünə torpaq sahəsi almış və orada ev tikmişdir. Bundan bir müddət sonra cavabdeh çəpər çəkmək qərarına gəlmiş. O, həmin vaxtı cavabdehə bildirmişir ki, elə çəpər çəkilsin ki, onun torpaq sahəsinə gələn avtomobil yolunu daraltmasın. Buna baxmayaraq cavabdeh elə çəpər çəkmişdir ki, çəpərin tini onların yolunu daraltmışdır. Bundan sonra o, digər qonşusundan xahiş etmişdir ki, ona öz bağçasının bir hissəsini versin, o da öz növbəsində yolu avtomobil gediş-gəlişi üçün genişlətdirsin. Qonşusu da razılaşmışdır. O, həmin hissədə özünə darvaza qoymuş və yolu genişlətdirmişdir. O, yolu genişlətdirdiyi üçün, cavabdehin sonradan ikinci çıxış kimi açdığı qapı onun torpaq sahəsində qalmışdır. O, da cavabdehi və onun qızını gediş-gəliş üçün onun torpaq sahəsindən istifadə etməsinə icazə verməmişdir. O, bunu onunla əsaslandırmışdır ki, cavabdehin digər tərəfə açılan darvazası var, yəni əsas girişi o biri tərəfə açılır və oradan həm piyada yolu, həm də avtomobil yolu üçün istifadə edirlər. Mübahisə belə başlamışdır. Cavabdehin qızı mübahisə vaxtı dəyənəklə onun başına vurmuşdur. Bu mübahisə başladığı gündən onun üstünə bir neçə dəfə təcili yardım gəlmiş, onun dərmanlara xərci çıxmışdır. Ona görə də, göstəriklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə hazırki məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edərək iddia əriəsinin müdafiə etiyini göstərmiş və əlavə olaraq bildirmişdir ki, onlar ekspert rəyinə etirazlarını bildirmişlər. Ekspert öz rəyində sadəcə mütəxəssis rəyinin surətini ora əlavə etmişdir. Mütəxəssis rəyinə ona görə etiraz etmişlər ki, həmin rəydə işin faktiki vəziyyətinə deyil, sənədlər üzərində olan hissəyə əsaslanıb rəy tərtib olunmuşdur. Yəni, bir sözlə əllərində olan, arxivdən əldə olunan plan sxemlə rəy tərtib etmişlər. Plan sxemdə onların digər qonşudan yer alıb özlərinə girişçıxış yolu düzəltmələri göstərilməmişdir. Rəydə onların 84 kvadrat yeri zəbt etməsi qeyd edilmişdir. Onlar zatən onu öz ərizələrində qeyd etmişlər və nə üçün zəbt olunduğunu bildirmişlər. Onların məqsədi qonşunun onların həyətindən gediş-gəliş üçün istifadə etməməsi və daha çox yeri zəbt etməməsi olmuşdur. Plan sxemdə də göstərilmişdirir ki, cavabdehin həyəti konusvaridir. Cavabdehə torpaq sahəsi o formada satılsa da, bələdiyyə fikirləşməli idi ki, bu mövcud hal gələcəkdə problemlər yarada bilər. Onlar “google maps” proqramı vasitəsi ilə həmin torpaq sahəsinin çəkilişini aparmışlar. Həmin çəkilişdə torpaq sahəsinin faktiki vəziyyətini görmək mümkündür. Əlavə olaraq bildirmişdir ki, mütəxəssis rəyində cavabdehin qeyri-adi formada torpaq sahəsi almasının nə qədər qanuna uyğun olduğuna qiymət verilməmişdir. Ona görə də, torpaq sahəsinə yerli baxış keçirilməsini və həmin yerin faktiki vəziyyəti ilə tanış olunmasını, sonra təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xahişini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Mirağa Ağayev küçəsində 4 sot torpaq sahəsi almışdır. O, həmin torpaq sahəsində ev tikdirərkən orada avtomobil yolu olmamışdır. Onların yola çıxan tərəfi İmişli-Saatlı magistral yolunun yanıdır, dəfələrlə uşaqları avtomobil vurmaq təhlükəsi yaranmışdır, orada hərəkət etmək çox təhlükəlidir. O, həmin yola piyada keçidi və yaxud “STOP” nişanı qoyulması üçün müraciət etmiş, lakin ona bildirilmişdir ki, yolun həmin hissəsində hər hansı bir yol nişanın qoyulması nəzərdə tutulmayıb. Onlardan təhlükəsiz tərəfə çıxan hissədə kiçik göl var. O, oradakı su gölünü torpaqla doldurtdurmuş, bunun üçün də aidiyyəti qurumlardan icazə almışdır. Ona bildirmişlər ki, nəzərdə tutulandan çox sahəni əhatə etdiyindən o, bələdiyyədən həmin yeri hərrac yolu ilə almalıdır. O, həmin torpaq sahəsini hərrac yolu ilə almış və sənədləşdirmişdir. Sonradan aldığı yeri hasara almış, hasarın bir yanı iddiaçının torpaq sahəsinə birləşmişdir. Bundan sonra həmin aldığı yerdən ikinci çıxış üçün qapı qoymuşdur. Bu hadisədən bir müddət sonra o, Bakıya getmişdir. Bakıdan qayıdandan sonra görmüşdür ki, iddiaçı onun giriş-çıxış üçün açdırdığı ikinci qapının qarşısını zəbt etmiş, torpaq sahəsini özü genişləndirib, darvazanı 3-4 metr irəli çəkərək elə qoydurmuşdur ki, onun qapısı mühasirədə qalmışdır. İddiaçı ona bildirmişdir ki, hasarı çəkərkən düzgün çəkməmiş və nəticədə onların torpaq sahəsinin avtomobil yolunu zəbt etmişdir. O, bu barədə iddiaçının Rusiyada yaşayan oğlu ilə danışmış, oğlu isə ona demişdir ki, Rusiyadan gələndə hər şeyi qaydasına qoyacaqdır. O, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsini çağırmış, nümayəndə əraziyə gəldikdə ölçüb-biçib təsdiq etmişdir ki, iddiaçı tərəf özü orada torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. İddiaçı həmin yeri zəbt edərkən onun ikinci çıxış üçün qoyduğu qapının qarşısına daşdan maneə düzəltmiş və faktiki olaraq onun qapısının çıxışını bağlamışdır. O, çıxışını məhdudlaşdıran həmin maneəni sökmək istədikdə iddiaçının oğlu onlara mane olmuş və onun nəvəsini hədələmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mühəndisi Elçin Kərimov şahid qismində dindirilərkən mülki iş üzrə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyini müdafiə edərək ifadəsində göstərdi ki, İddiaçı faktiki olaraq istifadə etdiyi həyətyanı torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən 13 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin ərazi hüdudlarından (sərhəddindən) 108 kv.m ölçüdə kənara çıxma (zəbt etmə) mövcuddur. Cavabdeh faktiki olaraq istifadə etdiyi torpaq sahəsi onun mülkiyyətinə verilmiş 0.0394 ha torpaq sahəsinin ərazi hüdudları daxilindədir. İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. Əksinə olaraq İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsindən əlavə (artıq) 108 kv.m ərazini zəbt edərək dəmir darvazanı irəli (bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə) çəkmişdir. Yəni iddiaçının sözügedən gediş-gəliş yolundan iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən süni maneələr yaradılmamışdır. Əksinə olaraq cavabdeh tərəfindən qoyulan piyada üçün nəzərdə tutulmuş dəmir darvazadan giriş-çıxış və gediş-gəliş yolu iddiaçı tərəfindən məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən çəkilmiş mişar daşından olan hasar və piyada üçün nəzərdə tutulmuş dəmir darvaza İddiaçı öz mülkiyyətinə giriş-çıxış yolu ilə gedib-gəlməsi üçün hər hansı maneçilik yaratmır. İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə başqa tərəfdən giriş-çıxış yolu yoxdur, yalnız sözügedən ərazidəndir və sərbəst şəkildə maneəsiz istifadə edə bilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********97 reyester nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 may 2024-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********08 reyester nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı şəhəri, X6 küçəsində yerləşən 0.0394 hektar torpaq sahəsi Cavabdeh məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş 20 dekabr 2024-cü il tarixli “AKT”dan görünür ki, Saatlı şəhəri, M.Ağayev küçəsində (39T X-274474; Y-4424347, X- 274441; Y-4424360 saylı koordinatlar) ərazilərə baxış keçirilmişdir. Baxış zamanı, qeyd edilən ünvanlarda xüsusi mülkiyyətə aid, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 2-ci zonaya aid torpaq sahəsində tikinti materiallarının (qum, çınqıl) tökülməsi və darvazanın quraşdırılması faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti materiallarının tökülməsi işlərini (X-274474; Y-4424347), Saatlı şəhər sakini X2 tərəfindən həyətyanı məqsədi ilə xüsusi mülkiyyətinə (xx.xx.2016-cı il tarixli **********03 reyestr nömrəli çıxarış) verilmiş 0.06 hektar torpaq sahəsində aparıldığı məlum olmuşdur. Zəbtetmə faktı aşkar edilməmişdir. Darvazanın quraşdırılması işlərini isə (X-274441; Y-4424360) Saatlı şəhər sakini İddiaçı tərəfindən xüsusi mülkiyyətində olan 0.05 hektar torpaq sahəsinə bitişik, bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 2-ci zonaya aid, heç bir hüquqmüəyyənedici sənəd olmadan zəbt etdiyi 0.0084 hektar torpaq sahəsındə aparıldığı məlum olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Polis Şöbəsinin 10 yanvar 2025-ci il tarixli, HK-1/2093 nömrəli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı və Cavabdeh qeyd olunan torpaq sahəsində müəyyən xərc çəkib darvaza çəkmişlər. Tərəflər arasında olan münasibətlər mülki xarakterli olduğu üçün toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2025-ci il tarixli, 10/5138 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin, faktiki istifadəsində olan 0.0571 ha torpaq sahəsinin və həmin torpaq sahəsinə gedən yolun naturada yeri və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı faktiki olaraq istifadə etdiyi həyətyanı torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin ərazi hüdudlarından (sərhəddindən) 108 kv.m ölçüdə kənara çıxma (zəbt etmə) mövcuddur. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01 may 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0.0394 ha torpaq sahəsinin və həmin torpaq sahəsinə gedən yolun naturada yeri və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdeh faktiki olaraq istifadə etdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01 may 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 0.0394 ha torpaq sahəsinin ərazi hüdudları daxilindədir. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. Əksinə olaraq İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsindən əlavə (artıq) 108 kv.m ərazini zəbt edərək dəmir darvazanı irəli (bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə) çəkmişdir. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən yol Saatlı bələdiyyəsinin mülkiyyətindədir. Həmin yol Cavabdeh tərəfindən zəbt olunmamışdır. Yəni iddiaçının sözügedən gediş-gəliş yolundan iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən süni maneələr yaradılmamışdır. Əksinə olaraq cavabdeh tərəfindən qoyulan piyada üçün nəzərdə tutulmuş dəmir darvazadan giriş-çıxış və gediş-gəliş yolu iddiaçı tərəfindən məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən çəkilmiş mişar daşından olan hasarın və dəmir darvazanın olduğu yer (ərazi) onun özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh tərəfinden çəkilmiş mişar daşından olan hasar və piyada üçün nəzərdə tutulmuş dəmir darvaza İddiaçı öz mükiyyətinə giriş-çıxış yolu ilə gedib-gəlməsi üçün hər hansı maneəçilik yaratmır. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə başqa tərəfdən giriş-çıxış yolu yoxdur, yalnız sözügedən ərazidəndir və sərbəst şəkildə maneəsiz istifadə edə bilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı 0.05 hektar torpaq sahəsi və Cavabdeh 0.0394 hektar torpaq sahəsi verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz olaraq mişar daşından olan hasar çəkilərək, mülkiyyətindən sərbəst istifadə hüququnu pozduğunu, ona məxsus torpaq sahəsinin girişinin mişar daşından olan daş hasarla zəbt edilərək cavabdeh tərəfindən qanunsuz çəkilmiş mişar daşından olan hasarın bir metr hissəsindən iddiaçıya məxsus torpaq sahəsinə tərəf cavabdehin həyətindən qapı yeri açıldığını, oraya cavabdeh tərəfindən dəmir qapı qoyulduğunu, bununla da ona məxsus torpağın girişinin qəsb etməyə cəhd edildiyini əsas götürərək cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. İş üzrə mübahisə yarandığı üçün Saatlı Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin rəyi ilə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. Əksinə olaraq İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsindən əlavə (artıq) 108 kv.m ərazini zəbt edərək dəmir darvazanı irəli (bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə) çəkmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən yol Saatlı bələdiyyəsinin mülkiyyətindədir. Həmin yol Cavabdeh tərəfindən zəbt olunmamışdır. Yəni iddiaçının sözügedən gediş-gəliş yolundan iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən süni maneələr yaradılmamışdır. Əksinə olaraq cavabdeh tərəfindən qoyulan piyada üçün nəzərdə tutulmuş dəmir darvazadan giriş-çıxış və gedişgəliş yolu iddiaçı tərəfindən məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən çəkilmiş mişar daşından olan hasarın və dəmir darvazanın olduğu yer (ərazi) onun özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh tərəfindən çəkilmiş mişar daşından olan hasar və piyada üçün nəzərdə tutulmuş dəmir darvaza İddiaçı öz mükiyyətinə giriş-çıxış yolu ilə gedib-gəlməsi üçün hər hansı maneəçilik yaratmır. Bundan başqa, iş üzrə zərurət yarandığından torpaq sahəsinin yerində müayinəsi aparılmış və aparılmış müayinə nəticəsində müəyyən edilmişdir ki, İddiaçı faktiki olaraq istifadə etdiyi həyətyanı torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHS-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən 13 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin ərazi hüdudlarından kənara çıxma (zəbt etmə) mövcuddur. İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsindən əlavə (artıq) 108 kv.m ərazini zəbt edərək dəmir darvazanı irəli (bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə) çəkmişdir. Cavabdeh tərəfindən çəkilmiş mişar daşından olan hasar və piyada üçün nəzərdə tutulmuş dəmir darvaza öz mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********97, qeydiyyat tarixi 13 oktyabr 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən torpaq sahəsi daxilindədir və darvaza İddiaçı öz mülkiyyətinə giriş-çıxış yolu ilə gedib-gəlməsi üçün hər hansı maneçilik yaratmır. Beləliklə, İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin hər hansı bir hissəsinin və həmin torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən zəbt olunmaması, maneələr yaradılmaması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2025-ci il tarixli, 10/5138 nömrəli rəyi və 08 oktyabr 2025-ci il tarixli yerli baxış protokolu ilə təsdiq olunur. İddiaçı tərəf keçirilmiş məhkəmə baxışı zamanı verdiyi izahatında obyektiv rəy verilmədiyini göstərərək ekspert rəyi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2025-ci il tarixli, 10/5138 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi, qanunsuz olaraq açılmış qapının bağlanması, dəymiş maddi ziyanın qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşdə olan 24 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 15 avqust 2025-ci il tarixli, 10/5138 nömrəli ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi, qanunsuz olaraq açılmış qapının bağlanması, dəymiş maddi ziyanın qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar