Məhkəmə qərarları › İş №2(055)-512/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-512/2025

17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-512/2025 17.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsi əsasında hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində təyin edilmiş alimentin Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 8(055)-17/2025 saylı qərardadına əsasən sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya edilmiş alimetin miqdarının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, hazırda Saatlı rayonunda təmizlik işçisi kimi fəhlə işləyir və hər ay 372 manat əmək haqqı alır. Saatlı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsi əsasında 02 aprel 2016-cı ildə doğulmuş X3 və 25 avqust 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 21 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti Cavabdeh xeyrinə ödəyir. Lakin, Cavabdeh alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət etdikdən sonra Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 8(055)- 17/2025 saylı qərardadı ilə bir uşağa görə hər ay ondan tutulan 100 manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunmuşdur. Bundan sonra da onun bir uşağa görə ödəməli olduğu alimentin məbləği 100 manatdan, 160 manata qalxmış, aldığı əmək haqqı isə həm özünün, həm də xəstə anasının maddi ehtiyacını ödəməkdə çətinlik yaratmışdır. O, iki uşağının saxlanması üçün hər bir uşağa hər ay 120 manat məbləğində aliment ödəyə bilər. Ona görə də göstərdiklərinin nəzərə alınaraq alimentin azaldılaraq hər uşağa görə 120 manat sabit pul məbləğində aliment təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələbinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak etməsinə dair müvafiq sənədi məhkəməyə təqdim etmədiyindən onun alimentin azaldılması barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 263, 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar