Məhkəmə qərarları › İş №2(055)-562/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-562/2024

22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-562/2024 22.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 aprel 2009-cu il tarixdə doğulmuş X1 və 09 avqust 2018-ci il tarixdə doğulmuş X2 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 13 aprel 2009-cu il tarixdə doğulmuş X1 və 09 avqust 2018-ci il tarixdə doğulmuş X2 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə ailə həyatı quraraq 22 noyabr 2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 13 aprel 2009-cu il təvəllüdlü X1 və 09 avqust 2018-ci il təvəllüdlü X2 adlı iki nəfər uşaqları doğulmuşdur.Cavabdehlə münasibətləri pisləşdiyindən Saatlı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(055)-1369/2023 saylı qətnaməsi ilə ayrılmışlar. Nikah qeydi pozularkən Polad və Arzu adlı uşaqların onun yanında saxlanılması müəyyən edilmişdir. Cavabdehlə ayrıldıqları vaxtdan cavabdeh uşaqların saxlanması üçün ona heç bir yardım göstərmir.Hal-hazırda uşaqların saxlanmasında çətinlik çəkir. Ona görə də cavabdehdən aliment tələb edir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə ailə həyatı quraraq 22 noyabr 2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 13 aprel 2009-cu il təvəllüdlü X1 və 09 avqust 2018-ci il təvəllüdlü X2 adlı iki nəfər uşaqları doğulmuşdur.Cavabdehlə münasibətləri pisləşdiyindən Saatlı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(055)-1369/2023 saylı qətnaməsi ilə ayrılmışlar. Nikah qeydi pozularkən Polad və Arzu adlı uşaqların iddiaçının yanında saxlanılması müəyyən edilmişdir.13 aprel 2009-cu il tarixdə doğulmuş X1 və 09 avqust 2018-ci il tarixdə doğulmuş X2 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin alınaraq cavabdehə verilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(055)- 1369/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah qeyd pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş13 aprel 2009-cu il təvəllüdlü X1 və 09 avqust 2018-ci il təvəllüdlü X2 adlı iki nəfər uşaqların iddiaçının yanında saxlanılması müəyyən edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 13 aprel 2009-cu il tarixdə doğulmuş X1 və 09 avqust 2018-ci il tarixdə doğulmuş X2 adlı iki nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 15 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin alınması həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 13 aprel 2009cu il təvəllüdlü Polad və 09 avqust 2018-ci il təvəllüdlü Arzu adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 aprel 2024-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100(bir yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamənin alimnetə dair olan hissəsi dərhal icra olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 13 aprel 2009-cu il təvəllüdlü Polad və 09 avqust 2018-ci il təvəllüdlü Arzu adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 aprel 2024cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100(bir yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50(əlli) manat mediasiya xərci alınaraq İddiaçı verilsin. Qətnamənin alimentə dair olan hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov çıxarış İş № 2(055)-562/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 22 may 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 13 aprel 2009-cu il tarixdə doğulmuş X1 və 09 avqust 2018- İddia təmin edilsin. Cavabdeh 13 aprel 2009-cu il təvəllüdlü Polad və 09 avqust 2018-ci il təvəllüdlü Arzu adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 aprel 2024cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100(bir yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50(əlli) manat mediasiya xərci alınaraq İddiaçı verilsin. Qətnamənin alimentə dair olan hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar