Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-586/2023 05.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 mart 2013-cü ildə anadan olmuş X2, 30 iyun 2014-cü ildə anadan olmuş X4 və 30 iyun 2014-cü ildə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək 05 mart 2013-cü ildə anadan olmuş X2, 30 iyun 2014-cü ildə anadan olmuş X4 və 30 iyun 2014-cü ildə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə el adəti ilə evlənib ailə həyatı qurmuş, 06 iyul 2006-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan onların 23 iyul 2006cı ildə Röya, 05 mart 2013-cü ildə Əsnad, 30 iyun 2014-cü ildə Həsən və 30 iyun 2014-cü ildə isə Hüseyn adlı uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Saatlı Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(055)-1141/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi pozulmuş, birgə nikahlarından 23 iyul 2006-cı ildə doğulmuş Röya, 05 mart 2013-cü ildə doğulmuş Əsnad, 30 iyun 2014-cü ildə doğulmuş Həsən və 30 iyun 2014-cü ildə doğulmuş Hüseyn adlı uşaqlar onun himayəsində qalmışdır. Nikah pozularkən onun cavabdehdən uşaqların saxlanması üçün aliment tələbi olmamışdır. Hazırda uşaqların saxlanması üçün maddi imkanının zəifdir, cavabdehin isə ona bu barədə heç bir köməklik göstərmir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh hazırki məhkəmə iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclası zamanı iddianı qəbul etdiyini bildimişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 23 iyul 2006-cı il tarixdə, X2 05 mart 2013-cü il tarixdə, X4 30 iyun 2014cü il tarixdə, X3 isə 30 iyun 2014-cü il tarixdə anadan olmuş və həmin uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 2(055)- 1141/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 iyul 2006-cı il tarixdə Saatlı rayon Dəllər kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 09 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş 23 iyul 2006-cı il təvəllüdlü X5, 05 mart 2013-cü il təvəllüdlü X2, 30 iyun 2014-cü il təvəllüdlü X4 və 30 iyun 2014-cü il təvəllüdlü X3 adlı dörd nəfər uşağın İddiaçı yanında qalması müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 05 mart 2013-cü ildə anadan olmuş X2, 30 iyun 2014-cü ildə anadan olmuş X4 və 30 iyun 2014-cü ildə anadan olmuş X3 adlı üç nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 16 may 2023-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin alınması həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək 05 mart 2013-cü il tarixdə anadan olmuş X2, 30 iyun 2014-cü il tarixdə anadan olmuş X4 və 30 iyun 2014-cü il tarixdə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün 16 may 2023-cü il tarixdən başlanaraq Cavabdeh hər ay hər bir uşaq üçün 50 manat, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarına əlavə edilmiş 10 may 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 05 mart 2013-cü il tarixdə anadan olmuş X2, 30 iyun 2014-cü il tarixdə anadan olmuş X4 və 30 iyun 2014-cü il tarixdə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün 16 may 2023-cü il tarixdən başlanaraq Cavabdeh hər ay hər bir uşaq üçün 50 manat, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamənin alimentə dair olan dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-586/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-586/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver