Məhkəmə qərarları › İş №2(055)-609/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-609/2025

12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-609/2025 12.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Yisifəli qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Yisifəli qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 fevral 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində sabit məbləğdə alimentin alınaraq İddiaçı Yisifəli qızına verilməsi və alimentin tutulmasının 08 fevral 2025-ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Yisifəli qızı Cavabdeh ilə evlənərək 10 noyabr 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların nikahından 31 dekabr 2005-ci il tarixdə X2 və 11 fevral 2008-ci il tarixdə X4 adlı iki nəfər uşaqları anadan olmuşlar. Dürdanə adlı uşaq yetkinlik yaşına çatmışdır. Saatlı Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(055)- 312025 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı Yisifəli qızı arasında olan rəsmi nikah qeydi pozulmuş, 11 fevral 2008-ci il tarixdə anadan olmuş X4 anası İddiaçı Yisifəli qızının yanında qalması müəyyən edilmiş, lakin həmin vaxt məhkəmə aliment təyin etməmişdir. Hal-hazırda iddiaçı Nihad adlı uşağının saxlanmasında maddi çətinlik çəkdiyi üçün uşağın atasına qarşı aliment tələb etmək hüququndan istifadə edir. Belə ki, cavabdeh yaxşı həyat tərzinə malik olmasına, qazancının yüksək olmasına baxmayaraq uşağın saxlanılmasında iddiaçıya maddi köməklik etmir. Ona görə də göstərdiklərini nəzərə alaraq 11 fevral 2008ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində sabit məbləğdə alimentin alınaraq İddiaçı Yisifəli qızına verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçının nümayəndəsinin onun qazancının yaxşı olması barədə dediyi sözlə razılaşmır. O, günəmuzd fəhlə işləməklə özünün maddi ehtiyacını güclə ödəyir və iddiaçının tələb etdiyi hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində, yəni hazırda 300 manat sabit məbləğdə alimenti ödəmək imkanı yoxdur. O, 11 fevral 2008-ci il tarixdə anadan olmuş oğlu Nihadın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100-150 manat aliment ödəyə bilər. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 31 dekabr 2005-ci il tarixdə və X4 11 fevral 2008-ci il tarixdə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçı Yisifəli qızıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməmsi barədə 18 mart 2025-ci il tarixli MŞS/MT 023/2025-00232 saylı arayışdan görünür ki, İddiaçı Yisifəli qızı və Cavabdeh ilkin mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(055)-312025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı Yisifəli qızı arasında 10 noyabr 2006-cı il tarixdə Saatlı rayon VVADQ bağlanmış 271 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından anadan 18 fevral 2008-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı Yisifəli qızının yanında qalması qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 11 fevral 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 11 fevral 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit məbləğdə aliment sonrakı artımlar nəzərə alınmaqla alınaraq İddiaçı Yisifəli qızının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı Yisifəli qızı alimentin 08 fevral 2025-ci il tarixdən hesablanmasını tələb etsə də, iddia ərizəsi 08 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarında olan 18 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Yisifəli qızı tərəfindən mediasiyaya müraciət edilməsi üçün 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı Yisifəli qızı tərəfindən ödənilmiş 25 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 11 fevral 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 aprel 2025-ci il tarixdən başlanaraq hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit məbləğdə aliment sonrakı artımlar nəzərə alınmaqla alınaraq İddiaçı Yisifəli qızının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci alınıb İddiaçı Yisifəli qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-609/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 12 may 2025-ci il Saatlı şəhəri Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Yisifəli qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 11 fevral 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 aprel 2025-ci il tarixdən başlanaraq hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit məbləğdə aliment sonrakı artımlar nəzərə alınmaqla alınaraq İddiaçı Yisifəli qızının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci alınıb İddiaçı Yisifəli qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar